Məhkəmə qərarları › İş №3(001)-3759/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3759/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3759/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 27 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 27 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 27 may 2024-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri ona məxsus olan “Bulaq” restoranına gələrək 14 may 2024-cü il tarixli MN2094564 saylı protokol tərtib olunmuş və onun əsasında 27 may 2024cü il tarixli MN1784929 nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi əsasında inzibati qaydada 2 500 manat məbləğində cərimə tədbiq edilmişdir.Göründüyü kimi onun barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol, qərar qanunsuz əsassız və ədalətsizdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinin inzibati tənbeh vermə haqqında qərarın çıxarılma səbəbini “Bulaq Restoranının” fəaliyyəti zamanı atmosferə atılan zaman zərərli maddələrin miqdarının normadan artıq olması qaz-toz tutucu qurğunun quraşdırılmamasını əsas gətirmişlər.Hesab edir ki, qərar və inzibati protokol düzgün qəbul edilməmişdir.Protokol tərtib edilən zaman o orda olmamışdır. Ona məxsus restoranda quraşdırılmış manqalın diametri sobası tam standartlara uyğundur. Həmçinin ona məxsus Restoranın sahəsi 1.15h sotdur. Nümayəndələr restoranın ərazisi ilə tanış olmamış işə formal yanaşaraq qanunsuz qərar qəbul etmişlər. Həmçinin protokol və qərarı tərtib edərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri atmosferə atılan tullantıların qatılıq həddinin yuxarı olmasını müəyyən etmək üçün tullantıların yaranma mənbəyini, tullantının yaranmasına Restoranın səbəb olub olmamasını, Restoranın ümumi sahəsini nəzərə almamış, manqalların diametrini sobalarının hündürlüyünə baxış keçirtməmiş, eləcə də, həmin tullantıların qatılıq həddinin normadan artıq olub-olmamsının texniki vasitələrinin köməkliyi ilə ölçülüb ölçülməməsi, həmin texniki vasitələrin dövlət standartalarına uyğun gəlib gəlməməsi, istifadəsi barədə sertifikatın olub olmamasını araşdırmamışdır.Həmin arşadırmalara aydınlıq gətirmədən inzibati xətanın törədildiyini baş verib vermədiyinə qiymət vermək mümkün deyil. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən bu xiisusatlar nəzərə alınmamış barəsində birbaşa qərar çıxarılmaqla cərimə tədbiq edilmişdir. Bu da İXM-nin maddi və prosessual normalarının açıq aşkar pozuntusudur. Göründüyü kimi onun barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol, qərar və qanunsuz əsassız və ədalətsizdir, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri bu iş üzrə qərəzli olmuşlar. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 məhkəmə iclasında şikayəti müdafiə edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən qərarından şikayət verilən inzibati orqanın nümayəndəsi X7 bildirdi ki, şikayət əsassızdır, buna görə də, məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti və iş materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 may 2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, X6 ünvan 1 ünvanında “Bulaq” restoranının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması, qaz-toz tutucu qurğununu quraşdırılmamasına görə İXM-in 233.1 -ci maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə edilmişdir. Məhkəmə inxibati xata haqqında iş üzrə qərardan şikayətlə bağlı proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarında olan sənədləri tədqiq edib aşağıda qeyd olunan əsaslarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Elmi ədəbiyyata əsasən, atmosfer havasının vəziyyətinin monitorinqi iki sistemə bölünür: müşahidə və nəzarət.Birinci sistem konkret çirklənmə mənbələrininn təsiri altında yerləşməyən şəhərlərdə, yaşayış məntəqələrində və ərazilərdə atmosfer havasının keyfiyyəti üzərində müşahidəni təmin edir. İkinci sistem çirklənmə mənbələrinin nəzarətini və zərərli maddələrin atmosferə tullanmasının tənzimlənməsini təmin edir. Hər iki məsələnin reallaşdırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilir. Atmosfer havasının keyfiyyətinin analizinin əsas elementlərindən biri nümunələrin götürülməsidir. Əgər nümunələrin seçimi düzgün edilməyibsə, onda ən dəqiq analizin nəticələri belə öz mənasını itirir. Atmosfer havasının nümunəsinin seçilməsi aspirasiya üsulu ilə uducu cihazdan müəyyən sürətlə havanın keçirilməsi və ya məhdud həcmli qabların doldurulması yolu ilə həyata keçirilir. Qazabənzər qarışıqların tədqiqi üçün hər iki metod, aerozol (toz) şəkilli qarışıqların tədqiqi üçün isə yalnız birincisi yararlıdır. Uducu cihazdan havanın keçirilməsi nəticəsində uducu mühitdə analiz edilən maddənin konsentrləşdirilməsi aparılır. Maddənin konsentrasiyasının həqiqi qiymətinin təyin edilməsi üçün, havanın sərfi dəqiqədə on və yüz litrlərlə olmalıdır. Nümunələr birdəfəlik və ortasutkalıq olurlar. Adətən atmosfer havasında çirkləndirici maddələrin konsentrasiyalarının orta sutkalıq qiymətlərini almaq üçün nümunələr yerli dekret vaxtla 7, 13, 19, 01 saatlarda aparılır. "Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 198 N°-li qərarında qeyd edilir: Müəyyən edilsin ki, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında "Bulaq” restoranında fəaliyyət zamanı atmosferə atılan zəhərli maddələrin miqdarı norma həddindən artıq olduğu faktı öz təsdiqini tapmır və heç bir vasitə ilə sübuta yetirilmir. Eyni zamanda ölçmə zamanı istifadə olunan cihazın müvafiq sertifikatının olması və metroloji sınaqdan keçirilməsi barədə məlumat inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır.Bundan başqa, protokol tərtib edilən zaman şikayətçinin və ya onun nümayəndəsinin iştirakı təmin olunmamışdır.Şikayətçiyə məxsus restoranda quraşdırılmış manqalın diametri sobası tam standartlara uyğun olmadığı təsdiqi tapmır.Həmçinin şikayətçiyə məxsus Restoranın sahəsi 1.15h sotdur. Nümayəndələr restoranın ərazisi ilə tanış olmamış işə formal yanaşaraq qərar qəbul etmişlər. Həmçinin protokol və qərarı tərtib edərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri atmosferə atılan tullantıların qatılıq həddinin yuxarı olmasını müəyyən etmək üçün tullantıların yaranma mənbəyini, tullantının yaranmasına Restoranın səbəb olub olmamasını, Restoranın ümumi sahəsini nəzərə almamış, manqalların diametrini sobalarının hündürlüyünə baxış keçirtməmiş, eləcə də, həmin tullantıların qatılıq həddinin normadan artıq olub-olmamasının texniki vasitələrinin köməkliyi ilə ölçülüb ölçülməməsi, həmin texniki vasitələrin dövlət standartalarına uyğun gəlib gəlməməsi, istifadəsi barədə sertifikatın olub olmamasını araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci madəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1 -ci madəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2- ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1 -ci madəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2- ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1 .-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 27 may 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X4 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.1.2-ci, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 27 may 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X6 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar