Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3759/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş X2 Polis İdarəsinin X3 Polis şöbəsinin baş inspektoru əvəzi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X9 küçəsi, ev 1, mənzil 1 ünvada qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18 aprel 2025-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X8 stansiyasının ərazisində yerləşən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş körpünün aşağı hissəsində aralarında yaranan mübahisə zəmnində sağı əli ilə vətəndaş Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə bir dəfə şillə vuraraq fiziki ağrı yetirməklə onu döymüşdür. Qeyd olunanlara əsasən Şəxs barəsində X2 Polis İdarəsinin X3 Polis şöbəsinin baş inspektoru əvəzi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 19 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 Polis İdarəsinin X3 Polis şöbəsinin baş inspektoru əvəzi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qərəzli olaraq vurmamışdır. Belə ki, onun qızı ilə Zərərçəkmiş şəxs oğlu eyni məktəbdə təhsil alırlar. Uşaqları arasında dəfələrlə mübahisə olmuş, Zərərçəkmiş şəxs oğlu onun qızını incitmiş (saçını dartmış, termusunu götürüb verməmiş və sair) və ağlatmışdır. Bununla əlaqədar o, Zərərçəkmiş şəxs oğlunu tənbeh etmək istəyərkən sonuncu ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı, o, Zərərçəkmiş şəxs əl atsa da bu yüngül formada olmuşdur. Demək olar ki, əli sonuncuya çox yüngül toxunmuşdur. Buna vurmaq demək olmaz. Ona görə də o, özünü təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, qızının incidilməsi ilə bağlı müəllimə və ya məktəbin rəhbərliyinə hər hansı şikayət və ya müraciət etməmişdir. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Şəxs şikayətçidir və onun ciddi tənbeh edilməsini tələb edir. Belə ki, onların uşaqları həqiqətən də eyni məktəbdə təhsil alırlar. Həmin günü gördü ki, Şəxs uzaqdan qışqıra-qışqıra onun oğlunun üstünə gəlir, oğlunu söyür, təhqir edir, əl-qol atır. O da uşağının önünə keçərək bildirmişdir ki, ürəyi xəstə uşaqdır. Onunla belə danışmasın, nə sözü varsa ona desin. Bu zaman isə onun üstünə hücum etməyə başladı, onun sol sifətinə möhkəm şillə vurdu. Elə şillə ki, onun barmaqlarının izi bir neçə gün sifətində qalmış və izləri göyərmişdir. Şillə elə möhkəm vurulmuşdu ki, onun yanaq sümüyü günlərlə ağrımışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, araşdırma materialı üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi məsələsinə baxılmasından ötrü qərarın surəti X3 Polis şöbəsinə göndərilmişdir. Qeyd olunan qərarın təsviri hissəsində aşağıdaklar göstərilir: “Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ... Mübahisə zamanı Naimə adlı şəxs bir dəfə şillə ilə onun sifət nahiyəsinin sol tərəfinə vuraraq xəsarət yetirmiş və üzünə tüpürərək oradan çıxıb getmişdir...” “Şəxs izahatında bildirmişdir ki, ...Bu zaman Tamaşa adlı şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Tamaşa adlı şəxs ona qarşı nalayiq ifadələr işlətdiyinə görə o da Tamaşa adlı şəxsə nalayiq ifadələrlə cavab qaytarmış, eləcə də əsəbləşdiyinə görə sağ əli ilə Tamaşa adlı şəxsin sifət nahiyəsinin sol tərəfinə bir dəfə şillə ilə vurmuşdur...” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-in Binəqədi rayon şöbəsindən 22 aprel 2025-ci il tarixli, 835 nömrəli məktubla daxil olmuş həmin tarixli 550 nömrəli ekspert rəyindən məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. İş üzrə təqdim olunmuş materiallardan aydın olur ki, Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyəsinə fiziki təzyiq göstərmiş, yəni ona əl ilə şillə vurmaqla qəsdən fiziki ağrı yetirmişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxs ağrı hiss etdiyini, barmaq izlərinin qaldığını bildirmiş, bu da hadisənin fiziki təsirlə müşayiət olunduğunu və sadəcə “toxunma” ilə məhdudlaşmadığını göstərmişdir. Məhkəmə baxışı zamanı Şəxs polis şöbəsində ilkin izahatında şillə vurduğunu etiraf etmiş, sonradan ifadəsini dəyişərək hərəkəti yüngülləşdirməyə çalışmışdır. Lakin zərərçəkmişin ardıcıl və məntiqəuyğun ifadələri, hadisədən sonra yaranan ağrı və izlər, habelə Şəxs ilkin etirafı birlikdə qiymətləndirilərək fiziki ağrı yetirilməsi faktını sübuta yetirir. Qeyd edilməlidir ki, İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət üçün əsas şərt fiziki zor tətbiqi nəticəsində ağrının qəsdən yetirilməsidir. Bu halda hadisənin başvermə şəraiti, təqsirləndirilən şəxsin hərəkətinin xarakteri və zərərçəkmişin fiziki narahatlıq hiss etməsi inzibati xəta tərkibinin tam şəkildə formalaşdığını təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisənin yaranmasına səbəb olmuş hadisənin (uşaqlar arasında insident) bu halda hüquqi əhəmiyyəti yoxdur, çünki həmin hadisə qarşıdakı şəxsə zor tətbiq edilməsini hüquqi baxımdan əsaslandırmır və ya leqallaşdırmır. Çünki, uşaqlar arasında yaranmış problem valideynlər və məktəb rəhbərliyi (müəllim) arasında müzakirə edilməli, bu barədə aidiyyəti üzrə pedaqoji və inzibati tədbirlər görülməli idi. Əvəzində yetkin bir şəxsin bu səbəbə görə digər valideyni döyməsi heç bir halda əsaslandırıla bilməz və bu, hüquqi baxımdan qəbuledilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün polis şöbəsində verdiyi izahatı, inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, qadın olmasını və himayəsində övladı olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, qadın olmasını və himayəsində məktəbli uşağı olduğunu nəzərə alaraq hesab edir ki, ona aşağı həddə inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Vəkil iş üzrə Şəxs cəmi 3 (üç) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, təhqiqat materialları və inzibati xəta haqqında iş ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərara 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdiyi cəmi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 33 (otuz üç) manat ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-3759/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3759/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver