Məhkəmə qərarları › İş №3(001)-3761/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3761/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3761/2023 12.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində X2 icraat aparılan hüquqi şəxs: Şəxs MMC, AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ev 7, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsindən daxil olmuş X2 protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 14 sentyabr 2023-cü il tarixli EP № ******* saylı X2 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X2 Protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” Gömrük Postundan daxil olmuş 3-33-/3-1-322536/2023 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən Türkiyə Respublikasından ünvan 1 ünvanda qeydiyyatda olan "xxxx" MMC-in ünvanına 76DA836/76DA837 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində, xx.xx.2023-cü il tarixli, MU020230000o0124 nömrəli invoysla idxal edilmiş Bakı Bas Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********8395 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük baxışı keçirilən zaman Gömrük Bəyannaməsinin 2-ci mal mövqeyində 1 ədəd qazan (500lt) göstərildiyi halda faktiki 2 ədəd qazan (500lt) olduğu aşkar edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6542 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 500 litr tutumlu metal qazanın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 3100 (üç min yüz) manat müəyyən edilmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən idxal edilən xx.xx.2023-cü il tarixli, **********8395 sorğu nömrəli Gömrük Bəyannaməsinin 2-ci mal mövqeyində 1 ədəd qazan (500lt) göstərildiyi halda faktiki 2 ədəd (500lt) qazan aşkar olunmuş və 1 (bir) ədəd (500lt) qazan yükü gömrük orcıanına düzgün bəvan edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsi və hüquqi şəxs Şəxs MMC nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X2 Protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİin Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin və hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2 işin materiallarını yoxlayıb, X2 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X2 icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 3-33-/3-1-322536/2023 saylı, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanda qeydiyyatda olan "xxxx" MMC-in ünvanına 76DA836/76DA837 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində, xx.xx.2023-cü il tarixli, MU020230000o0124 nömrəli invoysla idxal edilmiş Bakı Bas Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********8395 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük baxışı keçirilən zaman Gömrük Bəyannaməsinin 2-ci mal mövqeyində 1 ədəd qazan (500lt) göstərildiyi halda faktiki 2 ədəd qazan (500lt) olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6542 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 500 litr tutumlu metal qazanın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 3100 (üç min yüz) manat müəyyən edilir. Məhkəmə barəsində X2 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi X2 protokol, işdə olan hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 482.2ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən X2 işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi miqdarında – 1550 (min beş yüz əlli) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar