Məhkəmə qərarları › İş №3(001)-3763/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3763/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3763/2023 18.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-02384/23 saylı, 14 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, AZ 1000, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) ünvanına Çin Xalq Respublikasından Şəxs MMC-nin ünvanına 36BX340/36ZB340 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********5293 sorğu nömrəli göirük bəannaməsi ilə bəyan edilən yüklərə xx.xx.2023-cü il tarixdə Biləcəri şossesi, X3 46 ünvanında gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı transpalet-3000 kq yükü daşımaq üçün 2 ədəd, qaynaq aparatı - İH1500w 1 ədəd, kabel üçün plasmas yol (kanal) (1 metr) -29 ədəd - 29 metr, drel JY-13A-790W-5 ədəd, drel power-BD637-2QV-2- ədəd, drel power-BD639-16V-2-ədəd, drel power-BD636-12V-2~ ədəd, hava borusu (şlanqı)- 6x4mm-200 metr-1-ədəd, hava borusu (şlanqı) -8x5mm-100 rnetr-1-ədəd, hava borusu (şlanqı) -12x8mm-1Q0 metr-1-ədəd, hava borusu (şlanqı)-4x2mm-200 metr-2-ədəd, rezin boru (şlanq) başlığı-700-ədəd, şnur başlığı (terminals) balaca 10000-ədəd (10 paçka), fan- (SNUON-DP200A) -100-ədəd-Q14A, havanı təmizləyən cihaz (Pneumatic component) -5ədəd, havanı təmizləyən cihaz (CNİKT SOLENİOD VALE) -2-ədəd, havanı təmizləyən cihaz (LNİCN) -9-ədəd, avadanlıq üçün ayaq pedalı-4-ədəd iki çıxışlı (TREADLE SWİTCH MARKALİ), avadanlıq üçün ayaq pedalı-12-ədəd bir çıxışlı (TREADLE SWİTCH MARKALİ), FOOT VALVE markalı avadanlıq üçün bir çarxlı ayaq pedalı -30-ədəd, mebel üçün rezak-20-ədəd, rezin rolik 120X60- 5 ədəd, podşipnikli rezin rolik 70X60 -40 ədəd, avadanlıq üçün plastmasd bıçaq tutan 40 ədəd, hava nasosu ACQ 40X30-25-20 ədəd, Richauto –A11C- (A0552978) cihazı – 5 ədəd, havanı idarə edəq cihaz (əllə açıb bağlanan) 40 ədəd, hava nasosu (silinder) MA20X75-12 ədəd, hava nasosu (Silinder) TN25X75S-10-ədəd, hava nasosu (Silinder) SDA50X100-10-ədəd, hava şlanqı birləşdirici- ZV08-20-ədəd, podşipnik avadanlıq üçün - W25A (BLOCK)-40-ədəd, podşipnik -TRH15- 40-ədəd, podşipnik -HYH20CA-40-ədəd, avadanlıq üçün adapter-NDR-120-24- 3-ədəd, avadanlıq üçün adapter-LRS-150-24- 15-ədəd, sverlo tutan -90-ədəd, Bıçaq tutan avadanlıq üçün-15-ədəd, Bıçaq VBMT 160408 (HLDG125) -10-ədəd, Sverlo 680 ədəd, Mini laqunda (DL95216A) -2-ədəd, Avadanlıq üçün ayaq altı (Qara metal)-2 komplekt, Daççik (KABEL)-5-ədəd, Datçik-R38S6-5-ədəd, Datçik-ZK6170-SL-C-1 -ədəd, Datçik-CM- 1704-5-ədəd, Fan setkası-300-ədəd, Matorlu yağ qutusu -(OLİ PUMP)-5-ədəd, Yanmayan yağ (TAPPİNG-PASTE)-2-ədəd-2 kq, Açar (əl aləti)-40-ədəd, Metçik (REZBA ÜÇÜN) -40ədəd, Şkif ( Dişli çarx)-32 ədəd malların bəyanedilməməsi aşkar edilmişdir. Gömrük yoxlaması zamanı, bəyannamənin 5-ci mal mövqeyində lazer dəzgah lampaları 10 ədəd bəyan edildiyi halda, 6 ədəd olduğu müəyyən edilmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2023cü il tarixdə MMC barəsində 00100-02384/23 saylı inzibati protokol tərtib olunmuşdur Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMC-nin nümayəndəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin və hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. (VÖEN: **********) İş materiallarına əlavə edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) ünvanına Çin Xalq Respublikasından Şəxs MMC-nin ünvanına 36BX340/36ZB340 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********5293 sorğu nömrəli göirük bəannaməsi ilə bəyan edilən yüklərə xx.xx.2023-cü il tarixdə Biləcəri şossesi, X3 46 ünvanında gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı transpalet-3000 kq yükü daşımaq üçün 2 ədəd, qaynaq aparatı - İH1500w 1 ədəd, kabel üçün plasmas yol (kanal) (1 metr) -29 ədəd - 29 metr, drel JY-13A-790W-5 ədəd, drel power-BD637-2QV-2- ədəd, drel power-BD639-16V-2-ədəd, drel power-BD636-12V-2 ədəd, hava borusu (şlanqı)- 6x4mm-200 metr-1-ədəd, hava borusu (şlanqı) -8x5mm-100 rnetr-1-ədəd, hava borusu (şlanqı) -12x8mm-1Q0 metr-1-ədəd, hava borusu (şlanqı)-4x2mm-200 metr-2-ədəd, rezin boru (şlanq) başlığı-700-ədəd, şnur başlığı (terminals) balaca 10000-ədəd (10 paçka), fan- (SNUON-DP200A) -100-ədəd-Q14A, havanı təmizləyən cihaz (Pneumatic component) -5ədəd, havanı təmizləyən cihaz (CNİKT SOLENİOD VALE) -2-ədəd, havanı təmizləyən cihaz (LNİCN) -9-ədəd, avadanlıq üçün ayaq pedalı-4-ədəd iki çıxışlı (TREADLE SWİTCH MARKALİ), avadanlıq üçün ayaq pedalı-12-ədəd bir çıxışlı (TREADLE SWİTCH MARKALİ), FOOT VALVE markalı avadanlıq üçün bir çarxlı ayaq pedalı -30-ədəd, mebel üçün rezak-20-ədəd, rezin rolik 120X60- 5 ədəd, podşipnikli rezin rolik 70X60 -40 ədəd, avadanlıq üçün plastmasd bıçaq tutan 40 ədəd, hava nasosu ACQ 40X30-25-20 ədəd, Richauto –A11C- (A0552978) cihazı – 5 ədəd, havanı idarə edəq cihaz (əllə açıb bağlanan) 40 ədəd, hava nasosu (silinder) MA20X75-12 ədəd, hava nasosu (Silinder) TN25X75S-10-ədəd, hava nasosu (Silinder) SDA50X100-10-ədəd, hava şlanqı birləşdirici- ZV08-20-ədəd, podşipnik avadanlıq üçün - W25A (BLOCK)-40-ədəd, podşipnik -TRH15- 40-ədəd, podşipnik -HYH20CA-40-ədəd, avadanlıq üçün adapter-NDR-120-24- 3-ədəd, avadanlıq üçün adapter-LRS-150-24- 15-ədəd, sverlo tutan -90-ədəd, Bıçaq tutan avadanlıq üçün-15-ədəd, Bıçaq VBMT 160408 (HLDG125) -10-ədəd, Sverlo 680 ədəd, Mini laqunda (DL95216A) -2-ədəd, Avadanlıq üçün ayaq altı (Qara metal)-2 komplekt, Daççik (KABEL)-5-ədəd, Datçik-R38S6-5-ədəd, Datçik-ZK6170-SL-C-1 -ədəd, Datçik-CM- 1704-5-ədəd, Fan setkası-300-ədəd, Matorlu yağ qutusu -(OLİ PUMP)-5-ədəd, Yanmayan yağ (TAPPİNG-PASTE)-2-ədəd-2 kq, Açar (əl aləti)-40-ədəd, Metçik (REZBA ÜÇÜN) -40ədəd, Şkif ( Dişli çarx)-32 ədəd malların bəyanedilməməsi aşkar edilmişdir. İş materialları ilə müəyyən olunur ki, inzibati xəta obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza aparılması zərurəti yarandığından Gömrük orqanı 3-33-1100/2-007743/2023 nömərli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanı aparılması Mərkəzin ekspertlərinə həvalə edilmişdir. Mərkəzdən daxil olan 9/6139 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 52 adda malların xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15372,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC –nin direktoru vəzifəsində X1 izahatından görünür ki, o izahatında bildirmişdir ki, o, 02 iyul 2018-ccı il tarixdə təsis etdiyi Şəxs MMCnin direktorudur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, X3 46 ünvanında ona məxsus «Konix Mağazasında» Dəzgah hissələrinin istehsalı və satıı ilə məşğul olur. O, Çin Xalq Respublikasında qeydiyyatda olan «Yiwu Planet CO.limited» şirkətindən avadanlıq və ehtiyyat hissələri sifariş vermiş, 25 iyul 2023-cü il tarixdə 36BX340/36ZB340 nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində MEDU ******* nömrəli konteynerlə ölkə ərazisinə daxxil olmuş maalar xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5293 sorğu nömrəli gömrük bəyannaəsi ilə bəyan edilmişdir. 03 avqust 2023-cü il tarixdə MMC-yə məxsu anbarda mallara baxış keçirən zaman siyahıda göstərilən gömrük orqanında bəyan edilməyən mallar aşkar edilmişdir. həmin dövrdə o işlərə baxan işçisini işdən çıxartdığı üçün o, məcburən özü bu elədiyi üçün səhvə yol vermişdir. buna görə də gömrük orqanına bəyan olunmayan mallara görə cəzasını çəkməyə hazırdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, müəyyən edilmişdir ki, 52 adda malların xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15372,00 manat dəyərində olan mallar bəyan edilməmişdir. Bununla da, Şəxs MMC -nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 113, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 15 372 (on beş min üç yüz yetmiş iki) manatın 40 faizi miqdarında, yəni 6148.8 (altı min yüz qırx səkkiz manat, səksən qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar