Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3764/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 326-2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il saat 10:42-də “Ulduz” metrostansiyasının yaxınlığında “Hyundai” 99UE468 dövlət qeydiyyat nişanlı taksi minik markalı avtomaşına verilmiş taksi sifarişləri barədə məlumatları “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi aşkar edilmişdir. Buna görə də Şəxs MMC-nin barəsində İXM-nin 326-2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il saat 10:42-də əməkdaşlar tərəfindən Ulduz” metrostansiyasının yaxınlığında “Maxim” mobil tətbiqi vasitəsi ilə taksi sifarişi verilmişdır. Mobil tətbiqdə ağ rəngli “Hyundai Elantra” markalı, 99UE468 dövlət qeydiyyat nişanlı avtomaşının gələcəyi göstərilmiş, lakin həmin avtomobilin əvəzinə BYD” markalı, 77QM368 dövlət qeydiyyat nişanlı avtomaşın gəlmişdir. Yoxlama zamanı hər iki maşının buraxılış kartının olmadığı və “AYNA” İS-də məlumatların ötrülməsi mexanizmi sistemi yaradılmaması aşkar edilmişdir. Bununla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilmiş, həmçinin müvafiq fotoşəkillər çəkilmişdir. Həmin akt və fotoşəkillər inzibati xəta haqqında iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd etməlidir ki, hüquqi şəxs əvvəllər də eyni inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb edilmişdir. Odur ki, məhkəmədən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 bildirmişdir ki, texniki problem olması səbəbi ilə pozuntu baş vermişdir. Lakin, həmin texniki problemi əsaslandırmağa hal-hazırda heç bir sübutları yoxdur. Texniki problemlərin nəticəsi olaraq bu məlumatlar sistemə ötürülməmişdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, AR RİNN Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində MN ******* nömrəli 14 may 2025-ci il tarixli İnzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edirlər ki, tərtib edilmiş protokol əsassızdır. AYNA protokolu qəbul edərkən işi tam və hərtərəfli araşdırmamış, iş üzrə gəldiyi nəticə obyektiv deyildir. Buna görə də protokol ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki mübahisə ilə bağlı Şəxs MMC-nin etirazının əsasını aşağıdakılar təşkil edir: İlk öncə bildirilməlidir ki, işə baxarkən AYNA nümayəndələri Şəxs MMC-nin Maxim sistemi vasitəsilə yaradılan taksi sifarişləri ilə bağlı məlumatların ötürülməsini inkar etmədilər, lakin texniki problemlər var ki, lazımi məlumatların tam ötürülməsinə imkan vermir (ötürülmüş məlumatların bir hissəsi şirkət tərəfindən AYNA sisteminə çatmır). Şəxs MMC taksi sifarişi operatoru olaraq qanunun tələblərinə əməl olunması üçün zəruri tədbirlər görüb, lakin şirkətin özündən asılı olmayaraq, müəyyən məlumatlar real vaxt rejimində ötürülməmişdir. Məlum olduğu kimi, Şəxs MMC sistemin inteqrasiyasını AYNA-nın təqdim etdiyi APİ vasitəsilə həyata keçirib. Bu inteqrasiyanın qurulması üçün İT işçiləri daim qarşılıqlı əlaqədə olurlar və yaranan problemlərin həlli üçün bir sıra texniki tədbirlər həyata keçirilir. Bu hallar şirkətin davranışını vicdanlı davranış kimi səciyyələndirir və şirkətin müəyyən edilmiş inzibati xətanı törətmək və hər hansı qeyri-qanuni mənfəət əldə etmək məqsədinin olmadığını təsdiqləyir. AR İXM-nin 326-2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1.1-ci maddəsinə müvafiq olaraq Taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. Göründüyü kimi qeyd edilən qanunun 15-1.1-ci maddəsinə və AR İXM-nin 326-2.3-cü əsasən vaxt rejimində ötürülməsini təmin edən mexanizmin olmadığı təqdirdə cərimə olunması müəyyən edilib, halbuki Şəxs MMC taksi sifarişi operatoru olaraq qanunun tələblərinə əməl olunması üçün zəruri tədbirlər görüb, lakin şirkətin özündən asılı olmayaraq, müəyyən məlumatlar real vaxt rejimində ötürülməmişdir. Yuxarıda qeyd olunları nəzərə alaraq hesab edirlər ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmamışdır və İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsinin tərkibi yaranmamışdır. Şəxs MMC-nin əməllərində hər hansı bir inzibati xətanın tərkibi yarandığnı fərz etsək, baxılan hallarla əlaqədar olaraq bəzi əməkdaşların hərəkətləri hüquqpozmaya səbəb olsa belə, bunun qəsdən edilmədiyini və bu hərəkətlərin hüquqi şəxsin mənafeyinə açıq şəkildə cavab vermədiyi üçün yaranan nöqsanlara görə hüquqi şəxs məsuliyyət daşımamalıdır. Vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində İXM-nin 326-2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması haqqında 13 may 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il saat 10:42də “Ulduz” metrostansiyasının yaxınlığında “Maxim” mobil tətbiqi vasitəsi ilə taksi sifarişi verilmiş, proqramda ağ rəngli “Hyundai Elantra” markalı, 99UE468 dövlət qeydiyyat nişanlı avtomaşının gələcəyi bildirilmiş, ancaq həmin avtomobilin yerinə “BYD” markalı, 77QM368 dövlət qeydiyyat nişanlı avtomaşın gəlmişdir. Yoxlama zamanı hər iki maşının buraxılış kartının olmadığı və “AYNA” İS-də məlumatların ötrülməsi mexanizmi sistemi yaradılmaması aşkar edilmişdir. “AYNA” informasiya sistemindən olan çıxarışlardan görünür ki, 77QM369, 99UE468 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin buraxılış vərəqələri barədə hər hansı bir məlumat elektron sistemdən aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 5092/2024 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-591/2025 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 326-2.3-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə hüquqi şəxs inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə – vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə əsasən Taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 144 nömrəli Qərarına əsasən Taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə 1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt; 2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb); 3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı; 4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada); 5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat; 6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı; 7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti; 8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir); 9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;
10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı barədə məlumatlar real vaxt rejimində ötürülür. Qeyd edilənlərlə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il saat 10:42-də “Ulduz” metrostansiyasının yaxınlığında “Hyundai” 99UE468 dövlət qeydiyyat nişanlı taksi minik markalı avtomaşına verilmiş taksi sifarişləri barədə məlumatları “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-nin 33.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-591/2025 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə baxmayaraq eyni xətanı həmin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Zamiq Bağırov