Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3768/2022 05.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin polis sahə inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklar ilə, xx xxxxxx 1978-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru X5 izahat verərək bildirmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə, həmçinin ərizə ilə Binəqədi RPİ-nin 40cı PB-nə Şəxs onu döyməsi barədə müraciət etmişdir. Müraciətlə bağlı Binəqədi RPİ-nin 40-cı PB-də araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona təhvil verilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o zərərçəkmiş şəxs X4 ilə təxminən 8 ilə yaxın qeyrirəsmi nikah münasibətində olmaqla birgə yaşamışdır. Hazırda da Nisə ona məxsus olan evdə yaşamaqda davam edir. xx.xx.2022-ci il tarixdə X1 müraciəti ilə bağlı izahat vermək üçün Binəqədi RPİ-nin 40-cı PB-nə çağırılmışdır.Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində inzibati otağa izahat vermək üçün daxil olmaq istəyərkən Nisə onu çantası ilə üz nahiyəsindən vurmuşdur. O, da özünü müdafiə üçün əli ilə Nisə Həsənovanı qırağa itələmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq Nisə Həsənova ilə təxminən 8 ilə yaxın müddətdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamasına baxmayaraq, rəsmi olaraq evli olduğunu, həmin evlilikdən 18 və 15 yaşlarında iki oğlunun olduğunu,Nisə Həsənovaya verdiyi evin də onun evinin yaxınlığında yerləşdiyini, Nisə ilə münasibətlərinin bitməsinə baxmayaraq onun evində yaşaması, bu səbəbdən sonuncunun həmin evə başqa kənar şəxsləri (kişiləri) gətirməsinin qarşısını almaq üçün daimi olaraq həmin evə nəzarət etdiyini, hətta bu məqsədlə evin yerləşdiyi küçəyə kamera qoyduğunu bildirmiş, eyni zamanda etdiyi heç bir hərəkətdə pis heç bir şey görmədiyini bildirmişdir. Eyni zamanda məhkəməyə ürək xəstəliyindən əziyyət çəkdiyini təsdiq edən sənədləri təqdim edərək barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 öz izahatında bildirmişdir ki, Şəxsla 2015-ci ildən 2020-ci ilədək qeyri-rəsmi nikah münasibətində olmaqla birgə yaşamışlar. Hazırda münasibətlərinin bitməsinə baxmayaraq, Məqsəd mütəmadi olaraq onu narahat edir. O, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman Məqsəd onu zəng edərək narahahat etmiş və bu barədə 40-cı PB-nə ərizə ilə müraciət etmişdir. 40-cı PB-də izahat alınan zaman Şəxs onu şillə ilə ağız nahiyəsindən vurmuşdur. Bununla da, Şəxs öz hərəkətləri ilə ona fiziki ağrı yetirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ona verilən suallara cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daimi olaraq onu narahat etdiyini, təhqir etdiyini, hədə-qorxu gəldiyini, evinə gəlib-gedən şəxslərin kim olduğunu bilmək üçün hətta kamera qoyduğunu, Şəxs hazırki vaxta qədər dəfələrlə Binəqədi RPİ-nin 40-c Polis Bölməsinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini bildirərək, onun barəsində İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 oktyabr 2022-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 40-cı PB-nin ünvanında X2 döyərək xəsarət yetirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti sahə inspektoruna göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad. C. Abdullayev adına Elmitədqiqat Kardiologiya İnstitutunun müayinənin nəticələrinə dair diaqnozundan görünür ki, Şəxs xroniki ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və polis əməkdaşının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs xroniki üzrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və həbsdə saxlanılma müddətinin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3768/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3768/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver