Məhkəmə qərarları › İş №3(001)-3770/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3770/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3770/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1 vəkili Nümayəndə1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 vəkili Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət məhkəməyə daxil olmuşdur. Müdafiəçi Nümayəndə1 elektron ərizə təqdim edərək, hüquqlarını müdafiə etdiyi Mihriban Yaman barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən sorğusuna cavab verilərək məhdudiyyətin götürüldüyü bildirərək mübahisənin aradan qalxdığını nəzərə alıb şikayət üzrə ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli elektron məktubundan görünür ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının icrasına qismən xitam verilərək Türkiyə Respublikası vətəndaşı Mihriban Yamanın Azərbaycan Respublikası ərazisinə girişinə olan məhdudiyyət aradan qaldırılmışdır. Göründüyü kimi, şikayətçi Mihriban Yaman barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın icrasına qismən xitam verildiyindən və Türkiyə Respublikası vətəndaşı Mihriban Yamanın Azərbaycan Respublikası ərazisinə girişinə olan məhdudiyyət aradan qaldırıldığından şikayətçinin vəkili Nümayəndə1 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmiş və hal-hazırda inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün predmet qalmamışdır. Mihriban Yamannın vəkili Nümayəndə1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106-109-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Mihriban Yamanın vəkili Nümayəndə1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar