Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3771/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X9 İdarəsi X9i İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Zərgərpalan küçəsində hərəkət edən zaman polis onun idarə etdiyi **-KY-*** dövlət nömrə nişanlı avtomobili saxlayaraq onun “Giriş qadağandır” yol nişanının tələblərini pozduğunu bildirmiş və barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan sonra xəta törətdiyi iddia edilən əraziyə yenidən qayıdaraq baxış keçirən zaman həmin yolda yerə sağa dönmə işarəsi qoyulduğunu və sağa dönmə nişanının olduğunu, hər hansı qadağanedici işarənin olmadığını müşahidə etmişdir. Hesab edir ki,aşağıda göstərilənlərə əsasən sözügedən qərar tamamilə əsassızdır: həmin yolda hər hansı qadağanedici nişan qoyulmamışdır; AR Daxili İşlər Nazirliyinin “E-polis” tətbiqində (o cümlədən rəsmi olmayan smsradar.az tətbiqində) qərar yerləşdirilsə də, qaydanın tərəfindən guya pozulmasına dair hər hansı video görüntü əlavə olunmamışdır, həmin vaxt polis nəfəri avtomobildə tək xidmət aparmışdır, halbuki “Yolpatrul xidməti haqqında Təlimatın 7.7-ci bəndinə əsasən ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb edir. Sözügedən inzibati tənbehvermə haqqında qərarı almaq üçün həmin tarixdə müraciət ünvanlamış və hətta xahiş etmişdir ki, qərarı elektron poçt ünvanına göndərsinlər. Lakin müraciətlərinə heç bir halda cavab gəlmədiyindən növbəti günlərdə də təkrar bir neçə dəfə müraciət etmişdir. Müraciətlərim nəticəsiz qaldığından xx.xx.2024- cü ildə Baş X9 İdarəsinə yaxınlaşaraq qərarı əldə etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli (İXP ******* nömrəli protokol üzrə) inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 24 iyun 2024-cü il tarixli iclasında X1 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyul 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi X3 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, məhkəməyə də təqdim etdiyi video görüntüdən müşahidə olunur ki, həmin küçədə “giriş qadağandır” nişanı quraşdırılmışdır və şikayətçi idarə etdiyi avtomobillə “giriş qadağandır” nişanı quraşdırılmış yerdən çıxır. Beləliklə o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 80 manat inzibati cərimə olunmuşdur. X1 tərəfindən təqdim olunmuş foto-şəkildən görünür ki, sözügedən yolda yerdə “irəli və sağa dönmə” nişanı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi X2 təqim etdiyi foto-şəkil və video-görüntüdən görünür ki, küçənin giriş hissəsində“Giriş qadağandır” nişanı quraşdırılmışdır və X4 idarə etdiyi “Changan CS 35” minik markalı, **- KY-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin küçədən çıxır. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X5 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozmuş, həmin küçədə nişanın quraşdırılmasına baxmayaraq hərəkət etmiş və inzibati xətanın görüntüsünü əks etdirən video görüntü ilə də təsdiq olunmuşdur. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3771/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3771/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver