Məhkəmə qərarları › İş №3(001)-3777/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3777/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3777/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 iştirakı ilə, X3 X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4000 (dörd min) manat cərimə edilmişdir. Qərardan narazı qalan X5 məhkəməyə şikayət vermiş, X19 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4000 (dörd min) manat cərimə edilmişdir ondan ötrü ki, X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə, X6 isə əmək müqaviləsinə aid olmayan işlərə cəlb etmişdir. Bildirir ki, o İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin rəisi vəzifəsində işləmişdir. Əmək funksiyalarında hər hansı şəxsi işə götürmək kimi səlahiyyət nəzərdə tutulmamışdır. X16 baş idarəsinin göndərişinə əsasən idarəyə gəlmiş, bir müddət işlə tanış olmuş, sonradan baş idarə tərəfindən onunla əmək müqaviləsi bağlanmışdır. X6 isə əmək müqaviləsinə aid olmayan işlərə cəlb etməmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi, X19 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X19 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X17 izahatında bildirmişdir ki, X3 Azərbaycan Respublikası İXM-in 192.1 və 193-cü maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4000 (dörd min) manat cərimə edilməsinə dair X19 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Gəncə şəhər prokurorluğundan daxil olmuş 02 və 03 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar əsasında qəbul edilmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər prokuroru X13 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, vətəndaş X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Gəncə lokomotivlərinin idarə edilməsi sahəsində mütəxəssis işinin yerinə yetirilməsinə cəlb etdiyinə görə sahə rəisi X3 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Gəncə şəhər prokuroru X13 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Gəncə lokomotivlərinin idarə edilməsi sahəsində xadimə işləyən X9 hesablama mərkəzinin operatoru, həmçinin operativ texniki mərkəzin operatoru işləyən X6 məlumatların jurnala yazılması kimi əmək funksiyalarına aid olmayan işlərə 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına kimi cəlb etdiyinə görə sahə rəisi X3 barəsində Azərbaycan Respublikası İXM-in 193-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, sahə rəisi X5 Azərbaycan Respublikası İXM-in 192.1 və 193-cü maddələrilə təqsirli bilinmiş, İXM-in 192.1-ci maddəsilə 4000 (dörd min) manat cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Dəmir Yolları QSC-in X10 bölmə rəisi X14 izahatında göstərmişdir ki, X15 cəmiyyət tərəfindən Gəncə lokomotivlərinin idarə edilməsi sahəsində operator vəzifəsinə namizəd kimi onlar tərəfindən göndərilmişdir. Məqsəd ondan ibarət olmuşdur ki, X15 işlə yerində tanış olsun, öhdəsindən gələcəyi təqdirdə onunla əmək müqaviləsi bağlanmaqla işə başlasın. Bu barədə Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinə yazılı məlumatda göndərilmişdir. X3 hər hansı şəxsi, o cümlədən X11 işə götürmək kimi səlahiyyəti olmamışdır. Buna görə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi anlaşılan deyil. 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına kimi Gəncə lokomotivlərinin idarə edilməsi sahəsində xadimə işləyən X9 hesablama mərkəzinin operatoru, həmçinin operativ texniki mərkəzin operatoru işləyən X6 məlumatların jurnala yazılması kimi əmək funksiyalarına aid olmayan işlərə cəlb edilməsilə bağlı hər hansı məlumata malik deyil. Beləliklə işin müəyyən edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4000 (dörd min) manat cərimə edilmiş X3 hər hansı şəxsi, o cümlədən X11 işlədiyi müəssisədə işə götürmək kimi səlahiyyəti olmamışdır. Həmin şəxsin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsində bir neçə gün işlə tanış olması Azərbaycan Dəmir Yolları QSC-in X10 göndərişi əsasında baş vermişdir. Gəncə lokomotivlərinin idarə edilməsi sahəsində xadimə işləyən X7 və operativ texniki mərkəzin operatoru işləyən X4 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına kimi əmək funksiyalarına aid olmayan işlərə cəlb edilməsilə bağlı məhkəmə qeyd edir ki, X5 bunu inkar etsə də, öz etirazının əsası kimi məhkəməyə sübut təqdim etməmişdir. X1 və X4 iş materiallarına əlavə edilmiş izahatlarından görünür ki, onlar sahə rəisi X5 tərəfindən 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına kimi əmək funksiyalarına aid olmayan işlərə cəlb edildiklərini təsdiq etmişlər. İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. Baxılan işdə inzibati xəta hadisəsi (İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə) uzanan inzibati xəta olmaqla 2021-ci ilin avqust ayında başlamış və 2022-ci ilin sentyabr ayına kimi, yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir. Başqa sözlə, inzibati xəta hadisəsi törədildiyi dövrdə qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə təqsirli olan şəxs inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Eyni Məcəllənin 38.2-ci maddəsində müddətlərin uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanmalı olması nəzərdə tutulsa da, nəzərə alınmalıdır ki, Gəncə lokomotivlərinin idarə edilməsi sahəsində xadimə işləyən X7 və operativ texniki mərkəzin operatoru işləyən X4 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına kimi əmək funksiyalarına aid olmayan işlərə cəlb edildikləri özlərinə məlum idi və bununla bağlı aidiyyəti orqanlara vaxtında müraciət edə bilərdilər. Bu məqamda məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsas verən və inzibati xətanın törədildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş inzibati xəta ilə həmin inzibati xətaya görə şəxsin məsuliyyətə cəlb edilməsi arasında müddət nə qədər çox uzanarsa, şəxsin tənbeh edilməsi də bir o qədər lüzumsuz olur və tənbeh istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X2 lokomotivlərinin idarə edilməsi sahəsində xadimə işləyən X9 və operativ texniki mərkəzin operatoru işləyən X6 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına kimi əmək funksiyalarına aid olmayan işlərə cəlb etməyə görə ən geci üç ay müddətində, yəni xx.xx.2023-cü ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi bu məqamı nəzərə almamış, müddət ötdükdən sonra şəxsin inzibati tənbeh edilməsinə dair qərar qəbul etmişdir. Odur ki, məhkəmə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmiş, onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcud olmasa da, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Şikayət təmin edilsin. X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X3 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə 4000 (dörd min) manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar