Məhkəmə qərarları › İş №3(001)-3777/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3777/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3777/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarının baxılmağa hazırlanması müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 184.17 (səlahiyyətlərinə aid edilmiş inzibati xətalara münasibətdə), 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 528-2, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanına əsasən İXM-nin 210-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır. Şikayət üzrə qeyd edilməlidir ki, hazırda inzibati qərar qəbul edilməmiş, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılma barədə qərar qəbul edilmiş və baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Qanunvericilikdə isə hakimin qərarından, kollegial orqanın qərarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqıda qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxsdir, onun barəsində inzibati tənbeh yalnız hakim tərəfindən qəbul edilə bilər. O halda şikayət apellyasiya məhkəməsinə verilməlidir. Hazırki şikayət materiallarına əlavə edilmiş qərarda isə vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Həmin maddə üzrə inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baxılır. Odur ki, əgər müvafiq qərar qəbul edilərsə, Səhiyyə Nazirliyinin qərarından məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar olmadığından verilmiş şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar