Məhkəmə qərarları › İş №3(001)-3778/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3778/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3778/2022 05.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru X11 Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 05 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 noyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X13 atası Şəxs müvəqqəti alınaraq anası X4 verilməlidir.Borcu Şəxs icra sənədini könüllü olaraq icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borcu icra sənədinin tam icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirmişdir ki, o, uşağı özü aparmamışdır, anası özü onu evdə qoyub getmişdir.Hal-hazırda, o, həmin qərardan şikayət vermişdir.O, hesab edir ki, anası uşağa baxmayacağından və həmin qərardan şikayət verdiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxs uşağı ozu aparmamışdır, anası özü uşağı evdə qoyub getmişdir.Hal-hazırda, o, həmin qərardan şikayət vermişdir.O, hesab edir ki, anası uşağa baxmayacağından və həmin qərardan şikayət verdiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili - məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X5 – məhkəmə qərardadına əsasən uşaq ona qaytarılmalı olduğundan və həmin qərardad dərhal icra edilməli olduğundan, qərardaddan borclunun şikayət verməsi icra sənədi üzrə icraatın dayandırılmasına səbəb olmur.Buna görə də, o, borclunun məhkəmə qərarını qərəzli olaraq tam icra etmədiyini nəzərə alaraq borclunun inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X11 borclunun icra sənədini qərəzli olaraq tam icra etmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, tələbkarın və icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 noyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X13 atası Şəxs müvəqqəti alınaraq anası X4 verilməlidir.Borcu Şəxs icra sənədini könüllü olaraq icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borcu icra sənədinin tam icra etməkdən imtina etmişdir.Bundan başqa, həmin qərardad dərhal icra edilməli olduğundan, qərardaddan borclunun şikayət verməsi icra sənədi üzrə icraatın dayandırılmasına səbəb olmur.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada minimum həddə cərimə edilməlidir.Həmçinin, məhkəmə hesab edir ki, hal-hazırda faktiki olaraq uşaq atasının nəzarəti altında olunduğundan borclunun inzibati qaydada həbs olunması 3 yaşlı uşağın evdə tam nəzarətsiz və təhlükədə qalmasına səbəb ola bilər. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar