Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3785/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, "xxxx" MTK-nın etibarnamə üzrə nümayəndəsi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş məsləhətçisi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2024-cü il tarixdə çalışdığı "xxxx" MTK Kooperativində mühafizəçi işindən azad olunduqdan sonra əmək kitabçasının ona verilmədiyindən narazı qalaraq əmək müfəttişliyinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron DOST Mərkəzinə ünvanladığı müraciətində əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövrdə əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Bu səbəbdən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi müavini Fərid Bağırov xx.xx.2024-cü il tarixdə ******* nömrəli protokol tərtib etmişdir. Daha sonra araşdırma nəticəsində müəyyən edilmişdir ki, şikayətçi yəni Rasim Hüseynov əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsini işə götürənə təqdim etməmiş və işdən çıxan gün özü ərizə yazaraq işdən azad olunmasını bildirdiyindən həmin protokol ləğv edilmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi yenidən işəgötürən tərəfindən təqdim edilmiş sənədləri bu barədə şikayət olunmadığına baxmayaraq araşdırıraq guya bayram və qeyri iş günlərində görülən işə görə əmək haqının qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmadığı və 8 mart qadınlar günü öncəsi iş vaxtının müddətinin bir saat qısaldılmadığı əsası ilə yenidən xx.xx.2024-cü il tarixdə ******* nömrəli protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kooperativin sədr müvini cərimə etmişdir. Lakin şikayətçinin özünün rəsmi olaraq yazdığı izahatında əmək kitabçasını və sonuncu haqqhesabını aldığını bildirərək kooperativə qarşı hər hansı bir tələbinin olmadığını bildirmişdir. Buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi müxtəlif bəhanələrlə kooperativin sədr müavini xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh tətbiq etmə haqqında qərarla inzibati qaydada cərimə etmişdir. Sözügedən qərar qanunsuz və əsassız olması səbəbindən ləğv edilməlidir. Belə ki, həmin inzibati tənbeh vermə haqqında qərar və protokol ona rəsmi qaydada səlahiyyətli qurum tərəfindən göndərilməmişdir. Həmçinin barəsində icraat aparılarkən onun ünvanına heç bir bildiriş göndərilməmişdir. Səlahiyyətli orqan inzibati qərar qəbul edərkən kooperativin bu sahəyə məsul olan aidiyyəti şöbəsi və onun kadrlar üzrə mütəxəssisini vəzifəli şəxs kimi cəlb etmək əvəzinə heç bir araşdırma aparmadan kooperativin sədr müavinini məsuliyyətə cəlb etmişdir. Göründüyü kimi işə qəbul barədə əmək müqaviləsi bildirişində kooperativin sədri başqa şəxs olduğu halda heç bir araşdırma aparmadan onun barəsində qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iclasında "xxxx" MTK-nın etibarnamə üzrə nümayəndəsi X9 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə X2 əmək müqaviləsi bildirişlərinin imzalanması, əmək haqqlarının ödənilməsi, işçilərin əmək məzuniyyətinə göndərilməsinə dair səlahiyyətləri olmamışdır. Əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Şikayətdə qeyd olunan xüsusatların nəzərə alınıb şikayətin təmin olunmasını və 04 iyujn 2024-cü il tarixli, MN1613298 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş məsləhətçisi X10 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" MTK-nın sədr müavini X8 barəsində inzibati araşdırma aparılan zaman, eyni zamanda inzibati xəta haqqında protokol tərtib edilən zaman "xxxx" MTK-nın nümayəndəsi qismində onun hüquqşünası iştirak etmişdir. Məhkəməyə məktubları və göndərilmiş məktubların reyestri də təqdim edərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman "xxxx" MTK-ya bu barədə bildiriş və məktublar göndərildiyini, sözügedən inzibati tənbeh vermə haqqında qərarın "xxxx" MTK-nın fəaliyyəti zamanı Əmək Məcəlləsinin tələblərinin pozulduğuna görə qəbul edildiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 192.4 və 198.1.5ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000(bir min) manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-17-5/2-23726/2024 nömrəli "xxxx" MTK-nın sədr müavini X4 ünvanlanmış məktubun surətindən görünür ki, o inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da 2 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixli, 3-17-5/2-29846/2024 nömrəli "xxxx" MTK-nın sədr müavini X4 ünvanlanmış məktubun surətindən görünür ki, o, yenidən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 11:00da 2 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixli, 3-17-5/2-27166/2 nömrəli "xxxx" MTK-nın sədr müavini X4 ünvanlanmış məktubun surətindən görünür ki, onun barəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi məlumat üçün ona göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-17-5/2-27218/2024 nömrəli "xxxx" MTK-nın sədr müavini X4 ünvanlanmış bildirişin surətindən görünür ki, o, inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması üçün 16 may 2024-cü il tarixdə saat 14:30-da X11 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixli, 3-17-5/2-33442/2024 nömrəli "xxxx" MTK-nın sədr müavini X4 ünvanlanmış məkutubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi məlumat üçün ona göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-17-5/2-33442/2024 nömrəli "xxxx" MTK-nın sədr müavini X4 ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi məlumat üçün ona göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-17-5/2-35010/2024 nömrəli "xxxx" MTK-nın sədr müavini X4 ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi məlumat üçün ona göndərilmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli göndərilən məktubların reyestrindən görünür ki, həmin tarixlərdə müvafiq olaraq protokola dəvət, protokol, qərara dəvət, qərardad və qərar məzmunlu məktublar "xxxx" MTK-nın sədr müavini X2 ünvanına göndərilmişdir. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli əmrdən çıxarışdan görünür ki, mühafizəçi X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi növbəti məzuniyyətə buraxılmışdır və sözügedən əmri "xxxx" MTK-nın sədr müavini X8 imzalamışdır. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, daxil olmuş X1 şikayəti əsasında araşdırılma aparılmış və "xxxx" MTK-nın fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı hüquqi şəxsin rəhbərliyi məlumatlandırılmışdır. "xxxx" MTK-nın sədr müavini X8 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi üçün X11 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuşdur.İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, X2 əmək müqaviləsi bildirişlərinin imzalanması, əmək haqqlarının ödənilməsi, işçilərin əmək məzuniyyətinə göndərilməsinə dair səlahiyyətləri yerinə yetirdiyi inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə tam olaraq sübuta yetirilir. Bu səbəbdən məhkəmə inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olaraq X8 barəsində qəbul edilməsinə dair şikayətin dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X8 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.1.5-ci maddəsinə əsasən, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3785/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3785/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver