Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3799/2024 28.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi Novruzova Cəmilə Davud qızının katibliyi, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri X7 Şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətə və ona əlavə olunmuş materiallara baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024 tarixində, barəsində yazılan İXP ******* nömrəli protokol və sonrasında xx.xx.2024 tarixində TP ******* nörmrəli qərar çıxarılmışdır. O, bu qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdiR. X6 cənabların sədrliyi ilə keçirilmiş məhkəmə prosesində qərar ləğv edilmiş və xx.xx.2024 tarixində 3(001)-1990/2024 nömrəli iş üzrə yekun qərar çıxarılmışdır. Bundan başqa göndəriyi məktub gec çatdığı üçün bu işə ikinci dəfə xanım Hakim Aygün Qurbanova tərəfindən baxılmış xx.xx.2024 tarixində 3(001 )-2006/2024 nömrəli iş üzrə yekun qərar çıxarılmışdır. Hər iki qərarda TP ******* nörmrəli qərar ləğv edilmişdir. Sonradan yenidən DYP işə baxaraq qərar vermiş və xx.xx.2024 tarixində TP ******* nörməli qərar verilmişdir. Bu qərardan verdiyi şikayət isə, xx.xx.2024 cü il tarixli keçirilmiş yekun məhkəmə iclası ilə cənab X6 tərəfindən ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qüvvəyə minmiş bu qərardan sonra, X7i idarəsi yenidən qanuni baxılma qaydalarını pozaraq, onun iştirakı olmadan və yenə də görüntüləri sistemə inteqrasiya etmədən xx.xx.2024 tarixli TP6544124 nömrəli yeni qərar çıxarmışdır. Hal-hazırda yuxarıda qeyd olunan axırıncı qərarla (TP6544124) razı deyil. Hesab edir ki, bu qərar qərəzlidir və qanun pozaraq çıxarılmışdır. Eyni əməl üzrə dəfələrlə məhkəmə qərarları çıxarılmış və iş dəfələrlə işə baxılması üzrə DYP-ya geri göndərilmişdir. Dəfələrlə qanunsuz şəkildə ona cərimə yazan DYP əməkdaşı məhkəmə iclaslarına dəvət edilmişdir. Görüntülər tələb olunmuşdur. Ancaq cərimə yazan orqan sübut təqdim etməmiş və nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Nəticə olaraq eyni əməl üzrə dəfələrlə keçirilmiş məhkəmə prosesləri nəticəsində ən son xx.xx.2024 tarixində İş № 3(001)-2761/2024 üzrə qərar verilmişdir. Eyni əməl üzrə dəfələrlə baxılmış işin qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan,bu işin icraatına tam xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq,şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə açıqlamamışdır. Protokol tərtib edən orqanın nümayəndəsi X2 məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əli Dadaşov haqqında tərtib edilmiş İXP6040994 saylı protokola Bakı ş. BPİ DYPda xx.xx.2024-cü il tarixdə baxılmış və o, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin qərar Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş, işin icraatına xitam verilmiş, qərardan apelyasiya şikayəti verilmişdir. Əli Dadaşov barəsində İXP6040994 saylı protokol əsasənda başqa hər hansı qərar, o cümlədən 11,06.2024-cü il tarixli qərar qəbul edilməmişdir. İXP6040994 saylı protokola baxılması nəticəsində çıxarılmış qərar üzrə icraata xitam verilməsi barədə məhkəmə qərarı qəbul edildiyi üçün hazırkı işin icraatına İXMnin 53.1.7-ci maddəsi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri X7 Şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3799/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3799/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver