Məhkəmə qərarları › İş №3(001)-3802/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3802/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3802/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə, Şəxs MMC-nin rəhbəri X7 müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1981-ci ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan, Şəxs MMC-nin rəhbəri X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 borclu Şəxs MMC-nin rəhbəri X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 22 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC 63 750 manat məbləğində inzibati cərimə edilmişdir.Lakin Şəxs MMC tərəfindən icra sənədi icra edilməmişdir. Buna görə də, icra məmuru Məhəmməd Qaragözov tərəfindən Şəxs MMC-nin rəhbəri X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin rəhbəri X7 müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Borclu və icra məmuruna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin borclu və icra məmuru məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Məhkəmə müdafiəçini dinləyib, borclu və icra məmurunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri X7 İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 3(001)-685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən məlum olur ki, Şəxs MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 25 faizi miqdarında, 37 500.00 ABŞ dolları vəsaiti, yəni 63 750.00 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən qəbul edilmiş 04 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs MMC barəsində icra sənədi üzrə icraat başlanılmış və MMC-yə icra sənədini 5 gün müddətində icra edilməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin möhürü ilə təsdiq edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin rəhbəri X8r. MMC xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin rəhbəri X7 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, icra sənədi uzun müddət ərzində üzürsüz səbəbdən icra olunmadığından və icra sənədinin icra edilməməsində Şəxs MMC-nin rəhbəri X7 təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin vəzifəli şəxs X7 şəxsiyyəti, ailə və maddi vəziyyəti nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs MMC-nin rəhbəri X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs MMC-nin rəhbəri, vəzifəli şəxs X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. X1 məhkəmə baxışı zamanı 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBA Z2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar