Məhkəmə qərarları › İş №3(001)-3804/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3804/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3804/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri, Koroğlu küçəsi ev 5-də qeydiyyatdadır. 15 sentyabr 2023-cü il tarixdə saat idarə etdiyi “Kamaz Yük” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu, Binəqədi şosesində hərəkətdə olarkən yol-hərəkət qaydalarına tam riayət edərək sürət həddini aşmadan hərəkətdə olarkən Binəqədi DYPŞ-nin YPX-nin əməkdaşı tərəfindən tam qanunsuz olaraq saxlanılmış və mənşəyi bəlli olmayan saxlanılan yerdən 5 km aralı məsafədə yerləşən tərəziyə aparılmışdır. Orada etiraz etməsinə baxmayaraq, idarə etdiyi a/m cərimə meydançasına qoyulmuşdur. Tərəzinin lisenziyası və inteqrasiyası barədə ona heç bir sənəd təqdim edilməmiş və yükü çox olmamışdır. O, əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi Nümayəndə bildirmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır. X1 idarə etdiyi “Kamaz Yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi 25800 kq olmuş və həmin nəqliyyat vasitəsinin çəkisini ölçən tərəzinin lisenziyası olmuşdur. Odur ki, verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 23:30-da Binəqədi şosesi ərazisində “Kamaz Yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə” etdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibatoi xətanı törətməkdə təqsirli bilinib 600 manat məbləğdə cərimə edilmişdir. "xxxx" LTD MMM-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tərəzi vərəqindən görünür ki, “Kamaz Yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən "xxxx" LTD MMM-nə məxsus Türkiyə istehsalı “Tunaylar” tipli, zavod nömrəli 000811 olan “Elektron Avtomobil” tərəzisində (ölçmə vasitələrinin yoxlanması haqqında şəhadətnamə nin surəti əlavə olunur) 15 sentyabr 2023-cü il tarixdə tərəziyə daxil olub 22:26:54 saatda “Kamaz Yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsünün iştirakı ilə müayinə olunub və çəkisi barədə nəticə olaraq tərəzi vərəqi təqdim olunmuşdur. Həmin tərəzi vərəqinə əsasən “Kamaz Yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 sentyabr 2023-cü il tarixdə tərəziyə daxil olub 22:26:54 saatda elektron tərəzidə çəkilmiş və nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 25800 kq olmuşdur. “X9 Sınaq” MMC-nin ölçmə vasitlərinin yoxlanılması haqqında 01990/3-2022 nömrəli şəhadətnaməsindən görnür ki, "xxxx" LTD MMM-ə məxsus Türkiyə istehsalı Tunaylar tipli, Zavod nömrəlu 000811 olan “Elektron Avtomobil” tərəzisi xx.xx.2022-ci il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir. BA125408 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, “Kamaz Yük” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksüz kütləsi 10200 kq, maksiaml kütləsi isə 20200 kq olaraq müyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş iş materiallarını bir-biri ilə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materillarından və məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, “Kamaz Yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 sentyabr 2023-cü il tarixdə 22:26:54 saatda "xxxx" LTD MMM-nə məxsus Türkiyə istehsalı “Tunaylar” tipli, zavod nömrəli 000811 olan “Elektron Avtomobil” tərəzisinə daxil olaraq yüklə birlikdə çəkisi müəyyən edilmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 25800 kq olmuşdur. Bundan başqa həmin tərəzi xx.xx.2022-ci il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir. “Kamaz Yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksüz kütləsi 10200 kq, maksiaml kütləsi isə 20200 kq olaraq müyyən edilmişdir. Qeyd edilməlidir ki, X4 tərəfindən verilmiş şikayətdə və məhkəmə iclasında verdiyi izahatında tərəzinin lisenziyasının olmaması və avtomobilin yüklə birlikdə çəkisinin artıq olmamasına dair göstərdiyi xüsusatlar məhkəmədə tədqiq edilmiş sübutlarla tıkzib edilmişdir. Göründüyü kimi, X4 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar