Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3810/2024 21.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətdən görünür ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar "xxxx" MMC-in direktoru X3 barəsində İXM-in 192.1-ci maddəsi ilə çıxarılmışdır. Həmin qərardan şikayəti isə cəmiyyətin hüquqşünası X5 vermişdir. Belə olan halda aydın olur ki, şikayət verən X5 barəsində qərar çıxarılmış vəzifəli şəxs deyil, eyni zamanda o, barəsində qərar çıxarılmış vəzifəli şəxsin vəkili də deyildir. Şikayətə əlavə edilmiş X1 X4 öz imzası və "xxxx" MMC-in möhürü ilə təsdiq edərək verdiyi xx.xx.2024-cü il tarixli Etibarnamə ilə bağlı məhkəmə bildirir ki, həmin etibarnamə X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan şikayət vermək səlahiyyəti vermir. Belə ki, İXM-in 65.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə görə məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Belə olan halda aydın olur ki, qanunda MMC-in vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərardan həmin cəmiyyətin hüquqşünasının şikayət vermək hüququ nəzərdə tutulmamışdır, həmin qərardan barəsində qərar çıxarılmış vəzifəli şəxs, ya da onun müdafiəçisi qismində vəkil şikayət verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3810/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3810/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver