Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3812/2024 21.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis baş leytenantı X5, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə DYPX əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməyərək tabesizlik göstərmişdir. Buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək bildirmişdir ki, polis əməkdaşlarına sənədləri üzərində olmadığı üçün portaldan baxılmasını söyləmiş və polis əməkdaşları onunla kobud və aqressiv danışmışdır.Portalda baxaraq onun sənədlərinin qaydasında olduğunu gördükdən sonra onun avtomobilinin arxa dövlət qeydiyyat nişanının yarasız olduğu üçün duracağa yerləşdirilməsi bildirilmiş o isə bununla razılaşmışdır.Bu zaman polis əməkdaşları alkoqol qəbul edib etmədiyini soruşmuş və o isə içki içmədiyini bildirmişdir.Alkotestorla yoxlama aparılmış və heç bir spirtli içki qəbulu aşkarlanmamışdır.Daha sonra ondan narkotik vasitə istifadə edib etmədiyi soruşulmuş o isə belə şeylərdən uzaq olduğunu bildirmişdir.Polis əməkdaşı ona narkoloji testdən keçmək üçün avtomobilə minməyi tələb etmişdir.O isə öz şəxsi avtomobilini tərk etməyərək polis əməkdaşının onun avtomobilində əyləşməsini və onun maşını ilə narkoloji testdən keçməyə gedilməsini istəmişdir.Digər polis əməkdaşı bu zaman ona və onun valideyninin ünvanına nalayiq ifadələr işlətmişdir.Onu zorla avtomobilindən düşürtmək üçün cəhd etmişdirlər.O isə DİN 102 qaynar xəttinə zəng etmiş və şikayətini bildirmişdir.Bundan sonra polis əməkdaşları onu maşından zorla çıxartmış və onu vura-vura polis avtomobilinə əyləşdirmiş Sumqayıt şəhərinə apararaq orda narkoloji testdən keçirtmiş və cavab neqativ çıxmışdır.Bu məsələnin dərindən sübutlarla araşdırılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və sənədləri təqdim etməkdən imtina etmişdir.Bu səbəbdən onun barəsində məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi taqımı yol patrul xidməti baş inspektoru X8 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində Bakı-Quba yolu Quba istiqaməti 1 km-də xidmətdə olarkən tərəfindən VAZ 21015 markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət nömrə nişanları standlara uyğun olmadığı üçün saxlanılmışdır.Saxlanılan zaman sürücüyə özünü təqdim etmiş və etdiyi qayda pozuntusunu izah vermişdir.Daha sonra sənədlərin təqdim edilməsini tələb etmişdir.Sürücü etdiyi qayda pozuntusundan narazı olduğu üçün sənədlərini təqdim etməkdən imtina etmişdir.Daha sonra kapitan İsmayılov Rüstəm onlara yaxınlaşmışdır.Sürücünü nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbini yerinə yetirməyərək etdiyi əməli davam etdirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi taqımı yol patrul xidməti baş inspektoru X6 izahatında bildirmişdir ki, sürücünü nizam intizama dəvət etsələr də, o, DYPX əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməyərək tabesizlik göstərmişdir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs barəsində ilk dəfə AR İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, X4 müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3812/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3812/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver