Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3816/2025 11.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 30150.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30150.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, **********9759, **********6363 və **********1228 sorğu nömrəli YGB ilə 30150 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. Açıq qalan məbləğ yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, MMC pulu Türkiyəyə ödəsə də, mallar İrandan gəlir. Nümayəndə maliyyə sanksiyaları ilə bağlı olaraq İrana ödəniş etməyin mümkün olmadığını, görmrük bəyannamələrində invoys kod və avans kodun nömrəsinin texniki səhvə görə düzgün qeyd edilmədiyini, amma malların ölkəyə gəldiyini və bu barədə Mərkəzi Banka da müraciət etdərək bəyannamələri təqdim etdiklərini bildirmiş və məhkəmədən iş üzrə icraata xitma verilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2023-cü il tarixli, müqavilədən görünür ki, Şəxs ilə “VENUS MAKİNA ELEKTRONİK SANAYİ VE TİCARET LİMİTED SİRKETİ” şirkəti arasında müqavilə bağlanmışdır.
5. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-119/2-83/2025 tarixli məktubdan görünür ki, Şəxs qabaqcadan ödəniş etsə də, 30150.00 ABŞ dolları məbləğin müqabilində mallar ölkəyə daxil olunmayıb, təqdim etdiyi 120 kodlu bəyannamənin dəyişməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edilmiş, bəyannamə təqdim edilməmişdir.
6. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-cü il tarixli № 001/1940/2025 dəyəri qabaqcadan ödənilmiş idxal edilməmiş mallar haqqında bildirişdən görünür ki, Şəxs MMC tərəfindən 30150.00 ABŞ dolları məbləğində vəsait ödənilmişdir.
7. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən sifariş olunan mallar ölkəyə 120 kodu altında daxil olmuşdur.
8. xx.xx.2023-cü il tarixli **********6363 nömrəli YGB və xx.xx.2023-cü il tarixli **********759 nömrəli YGB-dan görünür ki, xx.xx.2023-cü il tarixli **********6363 nömrəli YGB ilə 20185 ABŞ dolları və xx.xx.2023-cü il tarixli **********759 nömrəli YGB ilə 6227 ABŞ dolları ilə “VENUS MAKİNA ELEKTRONİK SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ”-dən xx.xx.2023-cü il tarixli 02/2023 saylı müqavilə əsasında idxal olunmuşdur.
9. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən Şəxs barəsində İXM-nın 430.4-cü maddəsinə uyğun olaraq inzibati xəta barəsində protokol tərtib edilmişdir.
10. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizəsindən görünür ki, **********9759, **********6363 və **********1228 sorğu nömrəli YGB ilə 30150 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. Açıq qalan məbləğ yoxdur. Məhkəmənin əsaslandırması və mövqeyi
11. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
12. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəməyə ünvanlanan gömrük bəyannamələrindən müəyyən edilir ki, Şəxs 30150.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və **********9759, **********6363 və **********1228 nömrəli YGB ilə 30150.00 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. Qeyd edilən hal Mərkəzi Bank tərəfindən də müəyyən edilmişdir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-nin 8-ci maddəsinə- təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
14. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
15. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
16. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
18. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
20. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova