Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3827/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş leytenantı X4 iştirakları ilə, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X13 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Şəhriyar Həsənli tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir və heç bir araşdırma aparılmadan həmin günxx.xx.2022-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və onun AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyinə görə 40 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Bu qərar qeyriqanuni və əsassızdır, həm inzibati xəta haqqında protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Qeyd olunmalıdır ki, “BMW 3181” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə saat 07:20də Binəqədi rayonu, Zəngəzur küçəsində baş yolda hərəkətdə olduğu zaman X14 ara yolda idarə etdiyi ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq dayanma - durma əməliyyatı etmədən bir başa baş yola çıxmış və nəticədə idarə etdiyi avtomobillə toquşaraq qəza törətmişdir. O, həmin vaxt avtomaşınla baş yolda hərəkətdə olmuş, digər avtomaşın ara yoldan gözləmədən birbaşa baş yola çıxmışdır və qəza törətmişdir. Qəza baş verən zaman 102, 902 və 161 qaynar xətlərinə zəng edərək məlumat vermiş, DYPŞ-nin əməkdaşları da hadisə yerinə gəlmişlər. X2 içki qəbul edərək avtomobili idarə etmişdir, lakin polis əməkdaşı onun müayinədən keçməsini təmin etməmişdir. DYPŞ-nin əməkdaşı hadisə zamanı bildirmişdir ki, qəzanın səbəbkarı X8r. Lakin, sonradan əsassız olaraq inspektor tərəfindən onun barəsində protokol tərtib edilmişdir. Qəzanın baş verdiyi ərazi “AL Market” mağazasının kamerasının müşahidəsi altındadır və buna baxmayaraq hadisənin görüntüləri əldə edilməmişdir. İşin araşdırılması ilə bağlı olaraq həmin görüntülər məhkəmə qaydasında əldə edilməlidir. Qeyd olunanlardan da görünür ki, onun əməlində AR İXM-nin 327.1-ci maddəsinin tərkibi yoxdur, əsassız olaraq barəsində qərar qəbul edilmişdir, X14 barəsində inzibati tənbeh tətbiq edilməli olduğu halda qanunsuzluğa yol verilərək onun barəsində tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X13 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş leytenantı X6 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi nizamlanmayan yol ayrıcında “BMW 3181” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 gələn digər nəqliyyat vasitəsini idarə edən X9 gözləyərək, ona yol verməli olduğu halda gözləməmiş və nəticədə onun tərəfindən “Yol hərəkəti haqqında” AR Qanununun tələbləri pozularaq, İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən, göstərilənlərin nəzərə alınmasını və xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Nissan Sunny” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ X10 tərəfindən X11 etibar edilmişdir. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, “BMW 3181” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ X12 tərəfindən X7 etibar edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 2/29899 nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X14 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Beləliklə, məhkəmə iclasında X5 şikayət ərizəsi və yol nəqliyyat hadisəsinin sxemi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “Nissan Sunny” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BMW 3181” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermişdir. İş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsi nizamlanmayan yolayrıcında baş vermişdir. Nizamlanmayan yol ayrıcında “BMW 3181” minik markalı nəqliyyat vasitəsinin sürücüsü X3 gələn “Nissan Sunny” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini gözləməli olduğu halda gözləməmişdir və nəticədə onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulmaqla, yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə, İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta X13 tərəfindən həqiqətən törədilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X13 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinin 13cü bəndinə əsasən nizamlanmayan yolayrıcı —nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin qanunun 77.3-cü maddəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X5 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3827/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3827/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver