Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3830/2025 23.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 23 may 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 16 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, qanunda inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublkası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, qanun yalnız “qərardan” şikayət verilməsi imkanını nəzərdə tutur, “protokoldan” şikayət verilməsi hüququ nəzərdə tutulmamışdır. İnzibati xəta haqqında protokol qərar xarakteri daşımadığından, onun özü müstəqil qaydada şikayət obyekti ola bilməz. Bu səbəbdən, protokoldan şikayət verilməsi prosessual baxımdan yolverilməz hesab olunur. Belə olan halda, hazırda təqdim olunmuş şikayət müvafiq qərara yox, protokola qarşı yönəldiyi üçün X1 16 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 16 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. X2 izah edilsin ki, inzibati xəta haqqında protokol əsasında səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərardan məhkəməyə şikayət vermək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-3830/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3830/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver