Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3832/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 iştirakı ilə, xx.xx.1983-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 23 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində Binəqədi RPİ-in 6-cı PB-in əməliyyat müvəkkili Rəşan Şirinovun və sahə rəisi Asim Salahovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən X7 barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən 23 iyun 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə saat 20 radələrində 2 nəfər şəxs 6-cı PB-yə gələrək Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində tanımadıqları 3 nəfər tərəfindən döyüldüklərini bildirmişlər. Onların müraciəti əsasında 6-cı PB-in əməliyyat müvəkkili Rəşan Şirinov və sahə rəisi Asim Salahov hadisə yerinə yollanmışlar. PB-dən bir qədər aralıda yerləşən hadisə yerinə çatanda həmin 3 nəfər şəxsi görərək onlara yaxınlaşmış, özlərini təqdim etmiş, onları məsələnin aydınlaşdırılması üçün 6-cı PB-yə dəvət etmişlər. Lakin həmin şəxslər polislə mübahisə etmiş, polisin ünvanına söyüş söyməyə başlamışlar. Onları intizama dəvət edib polisin işinə mane olmamağa dəvət etsələr də, onlar sakitləşməmiş, əksinə polis əməkdaşlarını yenidən söyərək tabesizlik göstərməyə davam etmişdir. Onları yenidən 6-cı PB-yə dəvət etmişlər. Lakin həmin şəxslər yenidən tabesizlik göstərib PB-yə getməkdən nümayişkəranə şəkildə imtina etmiş, əl-qol hərəkətləri ataraq onları heç kəsin apara bilməyəcəyini deyib, ətrafdakı şəxslərin diqqətini üzərlərinə cəlb etməyə çalışmışlar. Bundan sonra şəxslərin polis bölməsinə gətirilməsi təmin edilmişdir. Polis Bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxslərdən biri X4r. Onun intizamsız davranışını, uzun müddət ərzində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 23 iyun 2024-cü il tarixdə axşam saatlarında içkili halda olmuşdur. İçkili olduğundan Biləcəri qəsəbəsində tanımadığı şəxslərlə mübahisə etməyə başlamış, onlarla savaşmışlar. Daha sonra əraziyə polislər çağırılmışdır. Onlara da sərt cavab vermişdir. Buna görə aralarında narazılıq yaranmış, onu 6-cı PB-yə dəvət etmişlər. Lakin o, 6-cı PB-yə getməkdən imtina etmişdir. Vəziyyətin belə hal almasının səbəbi sərxoş olması olmuşdur. Hərəkətlərindən peşmandır. Peşmançılığını nəzərə alıb ona inzibati həbslə bağlı olmayan tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in əməliyyat müvəkkili Rəşan Şirinov və sahə rəisi Asim Salahov tərəfindən Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in rəisinə yazılmış Raportdan görünür ki, X7 23 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində Binəqədi RPİ-in 6-cı PB-in əməliyyat müvəkkili Rəşan Şirinovun və sahə rəisi Asim Salahovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X7 həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. X3 6-cı Polis Bölməsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edib, hərəkətlərindən peşman olduğunu bildirmişdir. İnzibati xəta haqqında 23 iyun 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli protokoldan görünür ki, X7 barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 23 iyun 2024-cü il tarixli qərardaddan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyun 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 2-ci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində X3 təqsirliliyi öz izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, X7 23 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Halbuki, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları özləri ilə tabelik münasibətlərində olmayan şəxslərə qarşı icrası həmin şəxslər üçün məcburi olan müəyyən qanuni tələblər irəli sürmək hüququna malikdirlər. Göründüyü kimi barəsində icraat aparılan şəxs X7 ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının icrası onun üçün məcburi olan qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə X5 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X3 məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini X3 məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaratmış, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının sakitləşməyə, insanların dincliyini pozmamağa, onların işinə mane olmamağa dəvət etməkdən ibarət qanuni tələblərinə tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3832/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3832/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver