Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3834/2025 13.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X7 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X13 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan 258 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. 07 mart 2025-ci il tarixində X19 Xidmətinin Bakı şəhəri İdarəsinin əmək müfəttişi X17 onun iştirakı olmadan MN № ******* saylı protokol tərtib etməklə, eyni zamanda bu İdarənin digər əməkdaşı X26 isə 13 mart 2025-ci il tarixli MN № ******* saylı qərar qəbul etməklə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə və İXM-nin 192.4-cü maddəsi ilə 900 (doqquz yüz) manat cərimə növündə inzibati tənbeh verilməsini qət etmişlər. Hesab edir ki, bu işdə hər hansı inzibati xəta hadisəsi olmamışdır, ona görə də adı çəkilən protokol və qərar ləğv edilməlidir. Belə ki, müfəttiş adı çəkilən protokol və qərarda yazmışdır ki, “X1 xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində AR ƏM-nin 68.2 “a” bəndinə əsasən xitam verilsə də, son haqq hesabı bu Məcəllənin 172.4-cü bəndinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində ödənilmiş, eyni zamanda vətəndaş X9 əmək müqaviləsində həftəlik 40 saat iş saatı müəyyən edilsə də, 2025-ci ilin yanvar ayı ərzində iş saatından artıq iş saatlarına cəlb olunduğu müəyyən edilmişdir”. X1 əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixdə xitam verilmiş, həmin əmr də Bakı şəhəri Təhsil İdarəsinə son haqq hesabın alınması üçün təqdim edilmiş, lakin Bakı şəhəri Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında yazıldığı kimi -“BŞTİ-si dövlət büdcəsindən maliyyələşən təşkilat olduğu üçün ödənişin şəxsə ödəniməsi dərhal yox, maliyyə açıldıqdan sonra yüklənilibdir”. Ona görə də bu epizod üzrə onun tərəfindən əmək qanunvericiliyinin hər hansı norması pozulmamışdır. X9 2025-ci ilin yanvar ayı ərzində iş saatından artıq iş saatlarına cəlb olunması ilə bağlı bağçanın aşpazı X8 xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 31 saylı seçki məntəqəsinin üzvü olduğundan və bələdiyyə seçkiləri dövrü olduğu üçün onun əvəz edilməsi X18ma həvalə olunmuş, bunun üçün müvafiq əmr verilmiş və işçi X9 da razılıq ərizəsi də alnınmışdır. Əmək Məcəlləsini 99.1-ci maddəsinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu epizodla bağlı da tərəfindən əmək qanunvericilyinin hər hansı tələbi pozulmamışdır. O cümlədən İnzibati Xətalar Məcəlləsinin (Maddə 192. Əmək qanunvericiliyinin pozulması) 192.4-cü maddəsində nəzərdə tutulmuş- işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-pozuntuya da yol verilməmişdir. O, barəsində verilmiş qərardan 07 aprel 2025-ci il tarixində yuxarı orqana yəni, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə şikayət etmiş, bu Xidmət 14 aprel 2025-ci il tarixində şikayətə baxmış və şikayətin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Geri qaytarılmanı isə onunla izah etmişdir ki, guya şikayət verilməsi müddəti ötürülmüşdür. Halbuki o, qərarı poçt vasitəsi ilə 01 aprel 2025-ci il tarixində almış, 07 aprel 2025-ci il tarixində isə poçt vasitəsi ilə şikayəti göndərmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X13 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, heç bir işçini iş saatından artıq işlətməmişdir. Bağçada aşpaz işləmiş X14 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər müddətdə bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqəsində olduğundan onun işini şəxsi razılığı ilə bağçanın digər aşpazı X15 görmüşdür. Seylan Həsənova bununla bağlı ərizə də yazmışdır. Seylan Həsənova iş vaxtından artıq gördüyü işə görə sonuncuya əlavə əmək haqqı ödənilmişdir. X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Onun işlədiyi bağça Bakı şəhər üzrə Təhsil İdarəsinə tabeliyində olduğuna görə həmin əmr Bakı şəhəri Təhsil İdarəsinə son haqq-hesabın alınması üçün təqdim edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi dövlət büdcəsindən maliyyələşən təşkilat olduğu üçün ödənişin şəxsə ödənilməsi maliyyə açıldıqdan sonra mümkün olmamışdır. Onun barəsində əsassız yerə İXM-in 198.1.5 və 192.4-cü maddələri ilə protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi X16 bildirmişdir ki, X13 tərəfindən X8 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilsə də, son haqq-hesab gecikdirilərək xx.xx.2025-ci il tarixdə ödənilmiş, eyni zamanda X9 əmək müqaviləsində həftəlik normal iş vaxtının müddəti 40 saat müəyyən edilsə də, 2025-ci ilin yanvar ayı ərzində iş vaxtından artıq işlərə cəlb edildiyi faktları aşkar edilmişdir. Bununla bağlı 258 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən X13 barəsində İXM-in 192.4 və 198.1.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən barəsində 900 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X5 şikayət əsassızdır. Belə ki, Arifə Məhərrəmova körpələr evi-uşaq bağçasının direktoru və işə götürən şəxs olduğuna görə işçilərə son haqq-hesabın əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətdə ödənilməsini təmin etmək də onun vəzifəsi olmuşdur. Buna baxmayaraq həmin bağçada işləmiş X4 haqq-hesabın ödənilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan əlavə Arifə Məhərrəmova tərəfindən X15 əmək müqaviləsində nəzərdə tutulmuş müddətdən artıq işlərin görülməsinə cəlb edilmişdir. Hər iki pozuntu aparılmış araşdırma zamanı öz təsdiqini tapdığından Arifə Məhərrəmova barəsində əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 258 saylı körpələr evi-uşaq bağçasında aşpaz işləyən X2 Günəş Firdovsi qızını işdə əvəz etməyə etiraz etməmişdir. xx.xx.2024-cü il tarixli 100 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq X9 iş saatı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 0.5 ştat vahidi artırılmışdır. xx.xx.2025-ci il tarixli, 7 nömrəli əmrdən görünür ki, 258 saylı körpələr evi-uşaq bağçasında aşpaz işləmiş X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Suraxanı rayonu 258 saylı körpələr evi-uşaq bağçasında aşpaz vəzifəsində çalışmış işçilər X14 və X9 17 yanvar 2025-ci il tarixindən işdən çıxması ilə əlaqədar (AR ƏM 68.2.a maddəsinə əsasən) həmin tarixdən son haqq- hesabları hesablanmış və ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilmişdir. Lakin, BŞTİ dövlət büdcəsindən maliyyələşən təşkilat olduğu üçün, ödənişin şəxsə ödənilməsi dərhal yox, maliyyə açıldıqdan sonra yüklənmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 258 saylı körpələr evi-uşaq bağçasının direktoru X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən barəsində 900 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X13 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi 258 saylı körpələr evi-uşaq bağçasında aşpaz işləyən X15 iş yerində iş saatından əlavə işlərin görülməsinə öz ərizəsi ilə razılıq vermiş, həmin ərizə əsasında xx.xx.2024-cü il tarixli əmr imzalanmış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq X9 iş saatı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 0.5 ştat vahidi artırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən halda X15 tərəfindən iş vaxtında artıq işlərin görülməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmadığından həmin müəssisənin direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən təqsirli olması müəyyən edilməmişdir. Bundan əlavə 258 saylı körpələr evi-uşaq bağçasında aşpaz işləmiş X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilsə də ona son haqq-hesabın xx.xx.2025-ci il tarixdə ödənilməsində X5 təqsirli olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, 258 saylı körpələr evi-uşaq bağçası Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən qurum olduğundan X14 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti həmi idarəyə göndərilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsi dövlət büdcəsindən maliyyələşən təşkilat olduğu üçün, ödənişin şəxsə ödənilməsi dərhal yox, maliyyə açıldıqdan sonra mümkün olmuşdur. Bu halda da X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən təqsirli olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, X13 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X13 tərəfindən verilmiş şikayət təmin edilsin. X13 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3834/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3834/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver