Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3837/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə. xx.xx.1999-cu il tarixdə Zəngilan rayonu, Məmmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, sürücü işləyən, evli, himayəsində iki azyaşlı övladı olan (2 yaşlı və 4 yaşlı), Zəngilan rayonu, Məmmədbəyli Ə/D, Məmmədbəyli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 2A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 01.10 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində idarə etdiyi ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilində xarici işıq cihazlarından düzgün istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin o, polis əməkdaşının “saxla” işarəsinə məhəl qoymayaraq avtomobili idarə etmiş, sürücü polis əməkdaşları tərəfindən məcburi qaydada saxlanılaraq ondan sənədlərini təqdim edilməsi tələb edilmiş, onun sürücülük hüququnun məhdudlaşdırıldığı, habelə avtomobili idarə etmək üçün səlahiyyətinin olmadığı müəyyən olunmuş, bu səbəbdən də avtomobili cərimə meydancasına aparılmalı olduğu izah edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis əməkdaşlarına mane olaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 01.10 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində idarə etdiyi ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilində xarici işıq cihazlarından düzgün istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin o, polis əməkdaşının “saxla” işarəsinə məhəl qoymayaraq avtomobili idarə etmiş, sürücü polis əməkdaşları tərəfindən məcburi qaydada saxlanılaraq ondan sənədlərini təqdim edilməsi tələb edilmiş, onun sürücülük hüququnun məhdudlaşdırıldığı, habelə avtomobili idarə etmək üçün səlahiyyətinin olmadığı müəyyən olunmuş, bu səbəbdən də avtomobili cərimə meydancasına aparılmalı olduğu izah edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis əməkdaşlarına mane olaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən sənədlərini tələb etmişlər, lakin onun sürücülük vəsiqəsinin üzərində məhdudiyyət olduğundan o, sənədləri polis əməkdaşlarına təqdim edə bilməmişdir. Buna görə də, polis əməkdaşları onun idarə etdiyi avtomobili dayanacağa apararkən özü idarə etmək istəmişdir. Bu səbəbdən polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Hal-hazırda o, təqsirini etiraf edir və əməlindən peşmandır. Qeyd olunanları, həmçinin himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 02 azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01.10 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində idarə etdiyi ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilində xarici işıq cihazlarından düzgün istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin o, polis əməkdaşının “saxla” işarəsinə məhəl qoymayaraq avtomobili idarə etmiş, sürücü polis əməkdaşları tərəfindən məcburi qaydada saxlanılaraq ondan sənədlərini təqdim edilməsi tələb edilmiş, onun sürücülük hüququnun məhdudlaşdırıldığı, habelə avtomobili idarə etmək üçün səlahiyyətinin olmadığı müəyyən olunmuş, bu səbəbdən də avtomobili cərimə meydancasına aparılmalı olduğu izah edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis əməkdaşlarına mane olaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 saat əmək haqqının məbləği 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 8 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. X1 məhkəmə baxışı zamanı 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X, hesab №AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3837/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3837/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver