Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3842/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin adına Türkiyə Respublikasından **********4193 nömrəli gömrük bəyənnaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti 28.10.22-ci il tarixində bitmiş, lakin hüquqi şəxs tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barəıdə heç bir müraciət daxil olmamışdır. Protokolda hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 bu halı 99JR128/10ZX652 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş radionaviqasiya aparaturası yükünün **********4193 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə saxlanca qoyulduğu, saxlanca qoyma səbəbinin yüklərə dair Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən icazə sənədini ala bilməmələri ilə izah etdiyi qeyd edilmişdir.Ona görə də, xx.xx.2022-ci il tarixli, 00100-2335/22 saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi olan direktoru məhkəmə iclasında çıxış edərək protokolda qeyd edilən pozuntumnun hüquqi şəxsin təqsiri nəticəsində baş vermədiyini, radionaviqasiya aparaturası yükünə vaxtında icazə sənədi ala bilmədiklərini, həmçinin nazirliklə yazışmalar zamanı poçt vasitəsi ilə sənədlərin vaxtında hüquqi şəxsə çatdıırılmaması və nəhayət xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin məktubu ilə həmin malların ölkə ərazisinə idxalına icazə verilmişdir. Qeyd edilən halların hüquqi şəxsin iradəsindən asılı olmadan baş verdiyini nəzərə alaraq hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişləir. Ona görə də məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin direktoru Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək Türkiyə Respublikasından xx.xx.2022-ci il tarixdə gətirilən 4 ədəd Stonex markalı avadanlıqlar Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi olmadığına görə Bakı Baş Gömrük idarəsində saxlanılmışdır. Həmin məktubda qeyd edilən avadanlıqların idxalına icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan Xüsusi gömrük prosedurları şöbəsinin rəisi Elşən Zeynalov tərəfindən yazılmış raportdan görünür ki, Şəxs MMC tərəfindən **********4193 saylı gömrük bəyənnaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi, lakin hüquqi şəxs tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 123.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 123.2-ci maddəsinə görə bu Məcəllənin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Məhkəmə araşdırması zamanı «Mirakl Dent” MMC tərəfindən gömrük orqanına malların başqa gömrük proseduru altında yerləşdirilməsi üçün hər hansı bir müraciət edilməsi halı müəyyən edilməmiş, hüquqi şəxsin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Odur ki, Şəxs MMC AR İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, hüquqi şəxs tərəfindən ilk dəfə inzibati xəta hadisəsi törədilməsi halı onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirilməklə barəsində minimum həddə inzibati cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "Mirakl Dent” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3842/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3842/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver