Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3843/2021 29.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X4, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X9 tərəfindən X7 barəsində 28.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X9 izahat verərək bildirmişdir ki, 10.09.2021-ci il tarixdə X8 DİN-nin 102 xidmətinə müraciət edərək bildirmişdir ki, həmin tarixində idarə etdiyi "Nissan” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu, Atatürk prospektindən Gənclik istiqamətinə getmək üçün geriyə dönmə əməliyyatı etmiş, bu zaman arxadan gələn “Toyota Corolla” markalı **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə aralarında münaqişə yaranmış və avtomobili saxlayaraq mübahisə etməyə başlamışlar. Mübahisə nəticəsində X12 Vəlizadənin üzərinə gələrək sinə nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Aparılmış araşdırma zamanı tərəflər arasında münaqişə baş verməsi, münaqişə nəticəsində X3 vurulması nəticəsində hər hansı bir xəsarət aşkar edilməmişdir. Belə olan halda X2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Elçin Rzazadə tərəfindən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və X2 əməllərində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Odur ki, məhkəmədən X2 inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verərək bildirmişdir ki, o, 2-ci Qarabağ Müharibəsində iştirak etmiş və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 10.09.2021-ci il tarixdə, saat 10 radələrində idarə etdiyi “Toyota Corolla” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi rayonu Atatürk prospekti ilə üzü Nərimanov rayonu istiqamətində hərəkət edən zaman "Nissan” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydasını pozaraq qəfildən qarşısına çıxmış, siqnal verərək avtomobilin sol tərəfinə keçərkən həmin avtomobilin sürücüsü kobud şəkildə dönmə işığını yandırdığını bildirdikdə onun dönmə işığını söymüşdür. Buna görə də, o, həmin şəxsdən yolun sağ kənarında avtomobili saxlamasını istəmişdir. O, avtomobildən düşərək həmin şəxsə yaxınlaşıb niyə görə qışqırmasını soruşduqda həmin şəxsin ona baxmadan DİN-in 102 xidmətinə məlumat verdiyini, həmin şəxsin onu diqqətə almaması səbəbindən əsəbiləşərək həmin şəxsin sol çiyin nahiyəsindən yavaş itələmiş və sualına cavab verməsini istəmişdir. Həmin şəxs yenə də ona fikir verməmiş və o, avtomobilinə əyləşərək həmin yeri tərk edib getmişdir. Hazırda əməlindən peşmandır, həmçinin zərərçəkmiş şəxs X8 ilə barışıq əldə etmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, 10.09.2021ci il tarixində idarə etdiyi "Nissan” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu Atatürk prospektindən Gənclik istiqamətinə getmək üçün geriyə dönmə əməliyyatı etmiş, bu zaman arxadan gələn “Toyota Corolla” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona siqnal vermiş, daha sonra sağ tərəfində keçdikdə həmin sürücüyə dönmə işığını yandırmasını bildirmişdir. Adını sonradan bildiyi X7 ona qarşı nalayiq ifadə işlətmiş, Xaliq Nurəliyevdən onu söyüb-söyməməsini soruşduqda sonuncu avtomobili sağ tərəfdə saxlamağını bildirmişdir. Buna görə də, yolun sağ kənarında avtomobilini saxlayaraq düşmüşdür. O, Xaliq Nurəliyevə yaxınlaşaraq onu söymə səbəbini soruşduqda sonuncu onu deyil dönmə işığını söyməsini bildirmiş, daha sonra onun üzərinə gələrək sinə nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, telefonu əlinə götürərək DİN-in 102 xidmətinə zəng etdikdə Xaliq Nurəliyev ona qarşı nalayiq ifadə işlədərək oranı tərk etmişdir. X10 ilə barışmış və ondan şikayət və tələbi yoxdur. Ona görə də, X7 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22.09.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 barəsində cinayət işinin başlanması rədd edilmiş və X7 barəsində İXM-in 157-ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı X8 mübahisə zəminində baş vermiş münaqişə zamanı X7 tərəfindən vurulmuş və nəticədə hər hansı bir xəsarət aşkar edilməmişdir. 29 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X7 29 oktyabr 2021-ci il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur. 28.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 29.10.2021-ci il tarixli X3 ərizəsindən görünür ki, X7 ilə barışmış və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X2 əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən X7 barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, X2 X5 vurması məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, X1 Xaliq Elçin oğlu ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 157-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 ilə barışmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs X7 barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən tərtib olunmuş 28.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 53, 61, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs X7 barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən tərtib olunmuş 28.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X7 məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3843/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3843/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver