Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3844/2023 27.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirmişdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(81)-307/2013 saylı icra vərəqəsinə əsasən Şəxs 17 sentyabr 2010-cu il tarixli 4xx.xx.2010 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə ümumilikdə 102877 AZN və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub X4 QSC-nin xeyrinə ödənilməlidir. 12 aprel 2013-cü il tarixdə qeyd edilən icra sənədi üzrə icraata başlanmış və borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclunun adına hər hansı bir əmlak aşkar edilməmiş, həmçinin rəsmi əmək haqqı olmadığından hər hansı bir məcburi icra tədbiri tətbiq edilə bilməmişdir. Həmçinin Şəxs AR CM-nin 178.3.2 maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra cəzası 4 il 4 aya endirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hazırda qeyri-rəsmi olaraq satıcı olaraq çalışır və 600 AZN əmək haqqı almaqdadır. Cəzasından azad edildikdən sonra işsizlik yaşamış, sonra da koronavirus pandemiyası yarandığından ümumiyyətlə çalışa bilməmişdir. Daha əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1 il 6 aydır iş taparaq işləməyinə baxmayaraq borcundan hər hansı bir ödəniş etməmişdir. Lakin o cəzadan azad edildikdən sonra X4 QSC-ni soraqlamış, tapa bilməmişdir. Həmin cəmiyyətin adının "xxxx" QSC olaraq dəyişdirilməsindən xəbəri olmamışdır. Hətta barəsində icra işi olmasını belə, Gürcüstana gedərkən sərhəddə saxlandığı zaman öyrənmişdir. Bundan sonra özü icra şöbəsinə yaxınlaşmışdır. O, barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edildikdən sonra X4 QSC-nin "xxxx" QSC olaraq adlandırılmasını öyrənmişdir. İcra sənədində qeyd olunan nəqliyyat vasitələrinin hər ikisi yararsız vəziyyətə düşmüşdür, nəqliyyat vasitələrindən birini tapmış, onu saxlaması üçün yaxın bir adamın həyətyanı sahəsinə yerləşdirmişdir. Digər nəqliyyat vasitəsin isə axtarmaqdadır, artıq izinə də düşmüşdür, yaxın müddətdə tapacaqdır. Digər nəqliyyat vasitəsini tapdıqdan sonra hər ikisini yararlı vəziyyətə gətirib, cəmiyyətə təhvil verəcəkdir. 4 ildir qeyd edilən cəmiyyətin mövcudluğundan xəbəri olmadığından bu barədə hər hansı bir tədbir görməmişdir. Himayəsində 4 övladı vardır, kirayədə yaşayır, kirayə haqqı aylıq 200 AZN təşkil edir. Qeyd olunanların nəzərinə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Şəxs 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(81)-307/2013 saylı icra sənədi üzrə 102877 (yüz iki min səkkiz yüz yetmiş yeddi) AZN məbləğində yığılmış borcu mövcuddur. Hər hansı bir şəkildə həmin borcdan ödəniş edilməməkdədir. Onu qeyd edir ki, X4 QSC 2016-cı ildə rebrendiq olaraq "xxxx" adlandırılmışdır. İcra sənədi üzrə göstərilən nəqliyyat vasitələri hazırda hüquqi cəhətdən cəmiyyətin mülkiyyətində olsa belə, faktiki olaraq həmin nəqliyyat vasitələrinin harada olmasından xəbərləri yoxdur. Şəxs inzibati məsuliyyət məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(81)-307/2013 saylı icra vərəqəsindən görünür ki, Şəxs 17 sentyabr 2010 cu il tarixli 4xx.xx.2010 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə ümumilikdə 102877 AZN və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub X4 QSC-nin xeyrinə ödənilməlidir. xx.xx.2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(81)-307/2013 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinun 01-013 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzası 4 il 4 aya endirildiyinə görə cəzadan azad olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(001)-787/2013 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması qət edilmişdir. xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “AzeMis” elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2010-cü il təvəllüdlü Ömər Dəmirov, xx.xx.2010-cu il təvəllüdlü Bəkir Dəmirov, xx.xx.2013-cü il təvəllüdlü Əsma Cəlilli, xx.xx.2020-ci il təvəllüdlü İbrahim Cəlilli adlarında 4 övladı vardır. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(81)- 307/2013 saylı icra sənədi üzrə 102877 (yüz iki min səkkiz yüz yetmiş yeddi) AZN məbləğində yığılmış borcu mövcuddur. Bu fakt həm zərər çəkmiş şəxsin nümayəndəsinin, həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, həmçinin də iş materialları ilə öz təsdiqi tapır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, Şəxs Şəxs 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(81)-307/2013 saylı icra sənədi üzrə borcundan ödəniş etməməklə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin cəmiyyətin hüquqi ünvanın dəyişməsi, rebrendiq olunaraq adının dəyişməsi sonuncunun icra sənədi üzrə öhdəliyini icra etməli olmasını istisna etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində tətbiq ediəcək inzibati tənbehin növünü müəyyən edərkən sonuncunun ailə vəziyyətini, ailəsinin kirayə yaşamasını, himayəsində olan az yaşlı uşaqları nəzərə alaraq inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, himayəsində 4 övladının olmasını, ailəsinin tək gəlir gətirən üzvü olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3844/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3844/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver