Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3848/2022 16.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1 və vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon RPİ-nin 40-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon RPİ-nin 40-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, təxminən 2020-ci ilin noyabr ayında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz evdə olarkən qonşuluqda yaşayan Günel adlı şəxslə axşam saat 7-8 radələrində onun yaşadığı evin həyətinə soxularaq özbaşına orada axtarış aparmağa başlamışdır. Qonşusu evdə valideynlərinin olmamasından istifadə edərək evə soxulmuş, nə isə axtarmağa başlamışdır. Hətta həyətdə olarkən o, uca səslə söyüş söyməyə başlamış, o, həyətdə olan səs-küyə çıxarkən ona səslənərək burda nə axtarmasının və həyətdən çıxmasını tələb etdikdə onunla yenə təkrar uca səslə söyüş söyməsini davam etdirmiş, sonradan ona cumaraq bədəninin müxtəlif hissələrinə zərbə endirməklə xəsarət yetirmişdir. O da öz növbəsində müdafiə olunmağı və onun zərbələrinin qarşısının alınması, başına da olunan zərbələrin qarşısını almaq üçün onu itələməklə həyətdən çıxartmağa qonşuların vasitəsilə nail oldu. O və balaca qardaş, bacısına olunan təzyiqin qarşısını alınması üçün özünü irəli verdi, mismar olan taxta parçası ilə döyüldü. Anası evə gəldikdən sonra AR DİN-nin 102 qaynar xəttinə zəng olunaraq şikayət olunmuş, 40-cı Polis Bölməsinə gedərək, yazılı izahatlarını verdilər. Hətta o, bədənində olan və gözlə görünən xəsarətlərin dərəcəsini müəyyən edilməsi üçün həkim ekspertə də yollandı. Lakin polis bölməsinin əməkdaşları işə səthi yanaşmışlar, qonşunun onların həyətinə soxularaq həyətə onlara - azyaşlı uşaqlara olan söyüşlərin, döyülmələrin səbəbi araşdırılmadan qalmışdır. Sonradan qonşu ilə olan mübahisəyə son qoyulması adı ilə onlar polis bölməsində barışıq ərizəsi yazmaqla işə xitam verilmişdir. (3 zaman DİN-nin qaynar xəttinə anası zəng vurmuş, ərizəyə də ananı imza almışdır. Sonradan valideynləri arasında olan nikah münasibətlərinə məhkəmənin qərarı ilə xitam verilmiş, azyaşlı uşaqlar ananın yanında qalması, uşaqların saxlanması üçün aliment tutulması da qət edilmişdir. Bundan sonra valideynləri arasında uçurum yaranmış, evlərinin sənədinin olmamasından istifadə edən atası polis bölməsinin əməkdaşı Vüsal adlı şəxsin vasitəsilə evə soxularaq burda yaşamağa başlamış və hər dələ də anası ilə mübahisə etmiş, evin əşyalarını sındırmışdır. Anası dəfələrlə polis bölməsinə olunan şifahi şikayətləri baxılmamış qaldıqdan sonra anası yazılı qaydada polis əməkdaşından DİN rəhbərliyinə şikayət etdikdən sonra qərəzli olaraq xitam verilmiş inzibati işi yenidən arxivdən çıxardılaraq onun barəsində icra şöbəsinə 500 manat cərimənin ödənilməsi ilə bağlı qərarı icraya yönəlmişdir. İki il bundan əvvəl olmuş hadisənin icraatını yenilənərək, izahatlarda dəyişiklik edərək mənim barədə inzibati xəta törətmək adı ilə cərimə olunmağım adı ilə icra şöbəsinə yönəlməsi nə qədər qanuna uyğundur? Onun hər hansı bir inzibati xəta törətməyi barədə protokol və qərar ona yaşadığı ünvana belə daxil olmamışdır. Bundan başqa, icraata xitam verilmiş qərar hansı əsasla yenidən icraya yönəlməsini izah edə bilməmiş, mübahisə olunan qərarda tarix belə yoxdur. Tarixi olmayan qərarda onun AR İXM-nin 157-ci maddəsinin tələblərini pozduğundan mənə 500 manat cərimə edilməsi qeyd edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla razı deyil. Belə ki, qonşusu Güneli döyməmiş, qardaş, bacısını müdafiə etmək üçün özünü irəli ataraq Günel tərəfindən öz evinin həyətində döyülmüş, hətta qonşunun onun yaşadığı evə soxularaq ünvanlarına nalayiq söyüşlər işlətməsi, onu mismar olan taxta parçası ilə döyüldüyüm halda mənə İXM-nin 157-ci maddəsinə əsasən cərimə olunmağım baş verən hadisənin üzərindən təxminən iki il keçdikdən sonra icraya yönəlməsi qanuna ziddir. Onun əməlində inzibati xəta tərkibi yoxdur, əməlim nədə əks olunması iki il keçdikdən sonra mənə qarşı qərəzli olaraq icraya yönəlməsi acıq-aydın görünür. Əməlində inzibati xəta tərkibinin olmaması, inzibati xəta törətməkdə onun təqsirinun müəyyən edilməməsi, inzibati xəta hadisəsi olmaması, ona inzibati xəta törədilməsi barədə məlumat verilmədən, sonradan polis əməkdaşlarının hadisədən iki il keçdikdən sonra idarədə barəsində tərtib etdiyi inzibati xəta haqqında qərar qanunvericliyin tələblərinə ziddir. Qərarın icraya yönəlməsi üçün qanuni əsaslar mövcud olmamış, müddət ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili də şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən döymə, qəsdən fiziki ağrı yetirmə əsası ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmişdir. İş üzrə nə izibati xəta haqqında protokol, nə də protokol əsasında qəbul edilən qərar X5 təqdim edilməmişdir. Protokol və qərar şəxs tərəfindən daha sonra əldə edilmişdir. Göründüyü kimi, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3848/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3848/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver