Məhkəmə qərarları › İş №3(001)-3851/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3851/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3851/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin polis mayoru Namiq Abdullayev tərəfindən xx.xx.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yaşayan Şəxs Namiq oğlu xx.xx.2022-cü il tarixdə təxminən saat 02:30 radələrində idarə etdiyi “ KİA SPORTAGE minik” markalı, **-MC-*** dövlət nömrə nişanlı avtomobili ilə zərərçəkmiş şəxs X4 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 22-ci Dağlı küçəsində yerləşən avtomaşın yuma məntəqəsinin yaxınlığında ehtiyatsızlıqdan vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa «YÜNGUL» dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinə və zərərçəkmiş şəxs X5 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq belə qərara gəlirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 03 noyabr 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən X3 xəsarət alması əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsvir hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsi törədilərək zərərçəkmiş şəxsin sağlamlığına «YÜNGÜL» dərəcəli bədən xəsarəti yetirərək hadisə yerindən yayınmış «KİA SPORTAGE» markalı, 99-MC-87 dövlət nömrə nişanlı yük maşının sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 noyabr 2022-ci il tarixli qərarın məzmununa görə aydın olur ki, zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxsdən şikayəti yoxdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə təqsirli şəxs iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, ünvan 2 ünvanında yaşayan Şəxs Namiq oğlu xx.xx.2022-ci il tarixdə təxminən saat 02:30 radələrində idarə etdiyi “ KİA SPORTAGE minik” markalı, **-MC-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə zərərçəkmiş şəxs X4 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 22-ci Dağlı küçəsində yerləşən avtomaşın yuma məntəqəsinin yaxınlığında ehtiyatsızlıqdan vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa «YÜNGÜL» dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar