Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3852/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 avqust 1997-ci ildə Masallı rayonu, Böyük Xocavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Qarayev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 27 sentyabr 2023-cü il tarixdə Binəqədi qəsəbəsində dövlət əleyhinə danışaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Binəqədi mərkəz adlanan ərazidə xidmət aparan zaman əhalinin sıx toplaşdığı yerdə, dayanacaqda siqaret çəkidyi üçün vətəndaşa yaxınlaşıb İXM-in 212.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 30 manat inzibati cərimə olunduğunu bildirmişdir. Bu zaman inzibati hüquq pozuntusunu törətmiş şəxsin qardaşı Şəxs ona yaxınlaşaraq Ukrayna Respublikasında müharibədə iştirak etdiyini, bu səbəbdən, qardaşına protokol yazılmamasını tələb etmişdir. O, da həmin şəxsdən niyə Azərbaycan Respubliasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmədiyini soruşduqda, həmin şəxs əhalinin sıx toplaşdığı yerdə, hamının eşidəcəyi formada Qarabağın ərazisinin 30 il bundan öncə satıldığını bildirmişdir. Bu zaman həmin vətəndaşı dəfələrlə nizam-intizama dəvət etsələr də, o buna məhəl qoymamışdır. Bu səbəbdən, həmin şəxsin Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilməsi təmin edilmiş və bölmədə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, polis əməkdaşı qardaşı haqqında protokol tərtib etdiyi üçün o polis əməkdaşına yaxınlaşmışdır, aralarında olan söhbət zamanı ona Ukraynada döyüşlərdə iştirak etdiyini bilditrmişdir, lakin polis əməkdaşının qeyd etdiyi kimi Azərbaycan Respublikasının ərazisinin 30 il bundan əvvəl satılmasını bildirməmişdir, eyni zamanda əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş səndələr: xx.xx.2023-cü tarixli, AZA 007456 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin gün saat 21:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 007456 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, 27 sentyabr 2023-cü il tarixdə Şəxs əhalinin sıx toplaşdığı ərazidə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarına xidmət aparmağa mane olmaqla xırda xuliqanlıq törətmişdir. Onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması isə məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510cu maddəsinə tövsif edilməli və onun həmin əməlin törədilməsində təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin və o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aynurə Sadıqova Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3852/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3852/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver