Məhkəmə qərarları › İş №3(001)-3854/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3854/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3854/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Rəhman İbrahimovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu “Motodrom” qəsəbəsində “Şəki” kafesinin arxasında Binəqədi RPİ-in 40-cı PB-in əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindən təmiz çəkisi 1,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Binəqədi RPİ-in 40-cı PB-in təhqiqatçısı K.Cahangirov tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Rəhman İbrahimov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü ildə Zığ qəsəbəsində tanımadığı şəxsdən 1,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana alıb üzərində saxlamışdır ki, özü istifadə etsin. Həmin gün saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu “Motodrom” qəsəbəsində “Şəki” kafesinin arxasında Binəqədi RPİ-in 40-cı PB-in əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindən təmiz çəkisi 1,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Əməlindən peşmandır. İlk dəfə inzibati xəta törətdiyini nəzərə alıb cərimə növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru Rəhman İbrahimov bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu “Motodrom” qəsəbəsində “Şəki” kafesinin arxasında Binəqədi RPİ-in 40-cı PB-in əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindən təmiz çəkisi 1,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Binəqədi RPİ-in təhqiqatçısı K.Cahangirov tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında tam sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, məcburi köçkün olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə qeyd edilən yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Azərbaycan Respublikası İXM-nin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:..115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir... Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-in 40-cı PB-in saxlancına təhvil verilmiş Şəxs üzərindən aşkar edilmiş 1,55 qram təşkil etmiş narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Binəqədi RPİ-in 40-cı PB-in saxlancına təhvil verilmiş Şəxs üzərindən aşkar edilmiş 1,55 qram təşkil etmiş narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 ( on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar