Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3854/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxsn nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxsn İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxsn nümayəndəsi Nümayəndə bildirmişdir ki, Binəqədi Rayon Polis İdarəsi xx.xx.2025-ci il tarixli məktubu ilə Şəxsn barəsində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədləri tədbir görülməsi məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş icraata qəbul edilərək məhkəmə baxışı təyin edilmişdir. Binəqədi RPİ-nin Dövlət X1 institut barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, institutun istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri barədə yenilənmiş məlumatlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə, surəti isə Binəqədi RPİnin Dövlət X2nə institutun 25 dekabr 2025-ci il tarixli, 3-44-14/2-1/12-984/2024 nömrəli məktubu ilə göndərilərək məlumatların aidiyyəti üzrə işlənilməsi bildirilmişdir. Həmin məktub Baş X4 İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən 26 dekabr 2024-cü il tarixində məktubun surəti üzərində imza və möhür edilməklə təhvil alınmışdır. Eyni zamanda həmin məktubun surəti Binəqədi RPİ-nin Dövlət X1 səlahiyyətli nümayəndəsi tərəfindən də 26 dekabr 2024-cü il tarixində məktubun surəti üzərində imza və tarix qoyulmaqla təhvil alınmışdır. Məktuba əlavə edilmiş “ Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun balansında olan yeni təhkim olunmuş nəqliyyat vasitələrinin siyahısı” cədvəlinin 8-ci bəndində protokolda qeyd edilmiş “KHAZAR MİNİK” markalı **-PX-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar göstərilmişdir. Lakin sözügedən idarələr tərəfindən mərkəzi informasiya sistemində təqdim edilmiş məlumatlar işlənilməmiş, əsassız halda İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Binəqədi RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğunun çatdırılması barədə qəbzə imza çəkmiş şəxsi tanımır, həmin sorğu Şəxsnə çatdırılmamışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxsn əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə və Binəqədi RPİ-nin Dövlət X2nə təqdim edilmiş, həmin məlumatlar xx.xx.2024-cü imza edilərək qəbul edilmişdir. DİN-nin DYP portal çıxarışından və SA575675274AZ kodlu Bakı şəhər Binəqədi rayon Polis İdarəsi Dövlət X2 tərəfindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Şəxsnə mülkiyyətində olan “KHAZAR MİNİK” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 346.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinə dair Bakı şəhər Binəqədi RPİ-nin Dövlət X2 tərəfindən sorğu verilmiş, həmin sorğu xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və imzlanmışdır. xx.xx.2025-ci il, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Axundov küçəsi, ev 73C ünvanında yerləşən Şəxs tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu, yəni alındığı vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən sözügedən sorğu Şəxs hüquqi ünvanı olan ünvan 1 həmin sorğunun çatdırılması barədə qəbzdə sorğunun kim tərəfindən qəbul edildiyi qeyd edilməmişdir. Həmçinin Şəxsn nümayəndəsi Nümayəndə məhkəmədə bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 sorğusu çatdırılmadığı üçün sorğuya cavab verilməmişdir. Məhkəmədə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən sözügedən həmin sorğunun Şəxs tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən iş materiallarına sorğunun Şəxsnə göndərilməsini təsdiq edən xəbərnamə əlavə edilsə də, həmin xəbərnamədə sorğunun verilməli olduğu ünvan qeyd edilməmiş, eləcə də sənədi qəbul edən şəxsin publik hüquqi şəxslə əlaqəsinin olub-olmaması müəyyən edilməmişdir. Bununla belə, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qeyd olunan hallar nəzərə alınmadan sorğunun əldə edilməsi əsas götürülərək Şəxs barəsində inzibati icraat başlanılmışdır. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxsn əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxsn əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3854/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3854/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver