Məhkəmə qərarları › İş №3(001)-3856/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3856/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3856/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil, Tələbkarın nümayəndəsi X7 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 07 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14193/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən “karuselə nəzarət edən direktor müavini” başlığı altında olan videonun silinməsi, təkzib olunması, cavabdeh Şəxs Azadlıq.info və Meydan TV-də iddiaçı X3 üzr istəməsi cavabdeh Şəxs həvalə edilməli və 1000 manat məbləğində pul vəsaiti mənəvi ziyan cavabdeh Şəxs tutularaq iddiaçı X9 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14193/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, eyni tarixli tələbin könüllü icra olunması barədə bildiriş borcluya ünvanlanmışdır. Borclu hazırda məhkəmə qərarını hqismən, 1000 manat məbləğinbdə pulkun ödənilməsi hissəsində icra etmiş, məhkəmə qərarı qalan hissədə icra edilməmişdir. Bu səbəbdən barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmiş, vəkili onun məhkəmə iclasına gəlmək üçün çıxdığını və hazırda tıxacda olduğundan məhkəmə iclasına vaxtında çata bilmədiyini bildirmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru bildirmişdir ki, borclu icra sənədindən məlumatlıdır. İcra Şöbəsində bildirmişdir ki, icra sənədinin icra edilməməsi ondan asılı olmamışdır. Belə ki, məhkəmə qərarında təkzibin və üzr istənilməsinin Azadlıq.info və Meydan TV-də icrası nəzərdə tutulmasına baxmayaraq həmin X5 bundan imtina etmişdirlər. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərə alaraq inzibati xəta haqqında məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi icra sənədinin borclu tərəfindən tam icra olunmasını, videonun silinməsini və borclu barəsində inzibati həbs tətbiq edilməsini xahiş etdi. Həmçinin tələbkarın adından məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, artıq üç ildən çoxdur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi borclu tərəfindən qərəzli olaraq yerinə yetirilmir. Bu dövlətə hörmətsizlik kimi qiymətləndirilməlidir. İcra sənədinin yerinə yetirilməməsində borclunun vəkili Zibeydə Sadıqovanın da günahı vardır. Belə ki, o, müvəkkilini inandırmışdır ki, məhkəmə qətnaməsini icra etməyə bilər. Borclu məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün Binəqədi İcra və X10 qəzetinin, Meydan Tv-nin məktublarını təqdim edib. Həmin məktublarda Azadlıq qəzeti və Meydan TV məhkəmənin çıxardığı qərara etiraz etməsələr də, məhkəmədə tərəf kimi iştirak etmədiklərini əsas gətirərəik qərarı yerinə yetirməkdən imtina edirlər. Fəaliyyəti dayandırılmış, yeri - yurdu məlum olmayan Azadlıq qəzetini, ölkədən xaricdə fəaliyyət göstərən Meydan TV-ni tərəf kimi məhkəməyə necə cəlb etmək olardı? Həmin məktublar məhkəmə qərarı icraya yönəldiləndən, İcra şöbəsinə göndəriləndən sonra meydana çıxıb. Qərarının icrası ilə bağlı Binəqədi İcra və Probasiya Şöbəsi məhkəmələrə müracət edən kimi borclunun vəkili bu məktubları meydana atıb, qəbul olunmuş məhkəmə sənədinin təsvir hissəsində bu məktublarla bağlı müxtəlif informasiyalar yer alsa da, bu, heç bir məhkəmə qərarının nəticəvi hissəsində, qət hissəsində heç bir halda öz əksini tapmayıb. Həmin məktublarla bağlı Binəqədi İcra və Probasiya Şöbəsinin icra məmuru Aynurəxanım Ağalarova «İcra haqqında» Qanunun 14-cü maddəsini əsas görürərək Bakı Apellvasiva Məhkəməsinə ərizə ilə müraciət edib, ərizədə 1) borclu Şəxs Azadlıq qəzeti və Mevdan TV-ııin adından İcra şöbəsinə təqdini olunmuş məktublarına (bu məktublardan biri guya Almaniyada, o biri isə guya Fransada yazılıb, amma buna baxmayaraq məktubların hər ikisi nöqtəsinə və vergülünəcən bir-birini təkrardır və bu, məktubların qondarma olduğunu açıq-aydın göstərir) - habelə 2) borclunun tələbkardan hansı qaydada üzr istəməsinə aydınlıq gətirilməsini xahiş olunmuşdur. Bakı Apellyasiva Məhkəməsi 2(103)-14193/2019 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadında icra sənədinin «tam aydın olmaqla, icra sənədində izah edilməli hər hansı bir hal olmadığını» bildirib, borclunun tələbkar X3 üzr istəməsini X5 haqqında Azərbaycan Respublikasının Qanunun 44 və 45-ci maddələrinə uvgun həvata keçirməyi tövsiyə edib, icra məmuru Aynurəxanım Ağalarovanın ərizəsini isə təmin etməyib. Borclunun vəkili X11 icra və X12 rayon məhkəməsinə «borclunun ölkədən çıxışına qadağa qoyulmasına dair» təqdimatla müraciətindən sonra, həmin məktublar yenidən Binəqədi Rayon Məhkəməsində ortaya atıb, hakim Səadət Səlimova, bu məktublara qərardadının təsvir hissəsində yer ayırsa da, amma qəradadının nəticəvi hissəsində, qət hissəsində heç bir münasibət bildirməyib, sadəcə Binəqədi İcra və Probasiya Şöbəsinin təqdimatını rədd edib. Bundan sonra vəkil Zübeydə Sadıqova, «İcra sənədi üzrə icraata xitam verilməsinə dair» ərizə ilə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ərizə göndərərək, bir növ Binəqədi İcra və Probasiya Şöbəsinin səlahiyyətlərinə müdaxilə etmək fikrinə düşüb. Bundan sonra Binəqədi İcra və Probasiya Şöbəsini rəisi İlham Həsənovun Bakı Apellyasiva məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-14193/2019 saylı qərardadına istinad edərək, KİV haqqında qanunun 44-45 maddələrinə əsaslanaraq borcluya KİV haqqında qanunun 44-45-ci maddələrini yerinə yetirməyi tələb edən 17/68№130428-2 s aylı xx.xx.2022-ci il tarixli məktub göndərib, vəkil Zübeydə Sadıqova Ədliyyə Nazirilivi İcra Baş İdarəsinə göndərdiyi növbəti məktubda bunu Binəqədi İcra və Probasiya Şöbəsi tərəfindən «qətnamənin icra üsulunu dəyişdirməsi» kimi qiymətləndirib və Binəqədi İcra və Probasiya Şöbəsini «jurnalisti qətnamədə göstərilməyən hərəkətlərə məcbur etməkdə» günahlandırıb. Halbuki vəkil Zübeydə Sadıqova yaxşı bilir ki, borclunun tələbkardan üzrxahlığının KİV haqqında qanunun 44-45 maddələrinə uyğun icra olunması faktı Aynurəxanım Ağalarovanın Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi ərizəsi müqabilində “borclunun tələbkardan hansı qaydada üzr istəməsi” sualına cavab olaraq meydana çıxıb və o cavab üç məhkəmə sənədində öz əksini tapıb. Əvvəlki məhkəmə iclasında izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, borcu icra etməkdən boyun qaçırmır. İcra sənədinin ondan asılı olan hissəsini icra etmişdir. Qərarı icra etməkdən yayınmış olsaydı 1000 manat məbləğində ödəniş etməzdi. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərarın icrasında qəsdən yayınmır. Onun məhkəmə qərarını qismən icra etməsi özü buna birinci dərəcəli sübutdur. İcra sənədinin qalan hissəsinin icra edilməməsi onun iradəsindən asılı deyildir. Çünki məhkəmə qərarlarında konkret olaraq 2 kütləvi informasiya vasitəsində təkzibin və üzr istəmənin həyata keçirilməsi nəzərdə tutulmuşdur və həmin subyektlər rəsmi qaydada videonun silinməsi, təkzib edilməsi və üzr mətninin dərc edilməısindən rəsmi qaydada imtina edirlər. Bugün qüvvəyə minmiş məhkəmə qərarının icra üsulu dəyişdirilməmişdir və tələbkarın üzr istəmənin başqa kütləvi informasiya vasitəsində həyata keçirilməsini tələb etməsi qanuni deyildir. Məhkəmə qərarı olduğu kimi icra edilməlidir. İcra sənədinin ondan asılı olan hissəsini icra etmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, “Azadlıq” qəzetinin Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “X2 qarşı verdiyi iddia ərizəsində “Azadlıq” qəzeti tərəf kimi cəlb edilməyib. “Azadlıq” qəzeti həmin mülki işdə tərəf olmadığından sizin təkzibinizi qəzetin səhifəsində dərc etmək və xx.xx.2018-ci il tarixdə qəzetin internet səhifəsində yayımlanan “Karuselə nəzarət edən direktor müavini” başlıqlı videoreportajı çıxartmaq barədə xahişinizi icra etməkdən imtina edirik.” Meydan TV-nin Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “X2 qarşı verdiyi iddia ərizəsində “Meydan” TV tərəf kimi cəlb edilməyib. “Meydan” TV həmin mülki işdə tərəf olmadığından sizin təkzibinizi qəzetin səhifəsində dərc etmək və xx.xx.2018-ci il tarixdə qəzetin internet səhifəsində yayımlanan “Karuselə nəzarət edən direktor müavini” başlıqlı videoreportajı çıxartmaq barədə xahişinizİ icra etməkdən imtina edirik.” Qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən araşdırma aparılmış, eləcə də icra sənədinin videoçarxın silinməsi hissəsində icrasının mümkün olubolmaması yoxlanılmış, heç bir müsbət nəticə əldə edilməmişdir. Media haqqında Qanunun 18.1-ci maddəsinə görə media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 18.2-ci maddəsinə görə bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş tələblə müraciət edilən zaman, yaxud məhkəmə qərar çıxaran zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti dayandırılmışsa və ya o yenidən təşkil olunmuşsa təkzib, cavab və ya düzəliş həmin media subyektinin və ya onun hüquqi varisinin vəsaiti hesabına iddiaçının istədiyi media subyektlərinin birində dərc oluna (yayımlana) bilər. Normanın tələbindən göründüyü kimi iddiaçının istədiyi digər kütləvi informasiya vasitəsində təkzib və cavab verilməsi yalnız məhkəmə qərar çıxaran zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti dayandırılmışsa və ya o yenidən təşkil olunmuşsa mümkündür. Lakin icra işinin materiallarında Azadlıq.info saytı və Meydan TV-nin fəaliyyətinin müvəqqəti dayandırılması və ya yenidən təşkil edilməsi halı mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. Həmin Qanunun 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Eyni zamanda, icra məmurunun istinad etdiyi - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. "Göründüyü kimi "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Hətta, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qeyd olunan hallara istinad edərək, bir daha bu nətəcəyə gəlinir ki, Şəxs əməlində hər hansı inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə aşağıdakı əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. İş üzrə görünür ki, icra məmuru özü qeyd edir ki, borclunun icra işindən bugün məlumatı olmuşdur. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar