Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3864/2023 18.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi X1, şikayətçi Babaşov Ülvin Afiz oğlunun iştirakları ilə, Babaşov Ülvin Afiz oğlunun xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Babaşov Ülvin Afiz oğlunun xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Lada Priora” markalı avtomobil ilə Abşeron rayonu, Digah qəsəbəsi adlanan ərazidə yol polisi əməkdaşı ondan avtomobili yol kənarına çəkməsini istədi. Avtomobili saxladıqdan sonra ona qayda pozuntusuna yol verdiyini bildirdi. O, əksinə iddia edərək, video görüntüyə baxmaq istəsə də, yol polisi əməkdaşı ona şəxsi mobil telefonu ilə uzaq məsafədən çəkilmiş görüntü göstərdi. Sözügedən qayda pozuntusu ilə bağlı heç bir aydın görüntü təqdim edilməməsinə baxmayaraq, o, İXM-in 327.4-cü maddəsi ilə 150 manat cərimə edilmişdir. Şikayət və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta Abşeron rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətə əlavə edilmiş Babaşov Ülvin Afiz oğlunun şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun qeydiyyat ünvanı Bərdə rayonunun ərazisidir. Babaşov Ülvin Afiz oğlu şikayətə onun yaşadığı yerdə baxılmasına dair vəsatət əlavə etmədiyindən onun İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət inzibati xətanın törədildiyi yer üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, Babaşov Ülvin Afiz oğlunun İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Babaşov Ülvin Afiz oğlunun İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3864/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3864/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver