Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3865/2023 16.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X6, şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, sentyabr ayının 19-u saat 07:30-08:00 radələrində DSK yolunda üzü Binəqədi istiqamətində işlədiyi şirkətə məxsus avtomobildə hərəkət edirdi. **-YP-*** nömrəli DYP avtomobili ona saxla əmri verdi. Yaxınlaşıb özünü təqdim edən zaman əməkdaşdan saxlama səbəbini soruşmuşdur. İnspektor sistemdə etibarnamə görünməməyini səbəb bildirdi. O bütün sənətləri ona təqdim etdi, bundan sonra inspektor spritli içki qəbul etməyi barədə sual verdi. O da spirtli içki qəbul etmədiyini bildirmişdir. Sonra patrul maşınına dəvət etmiş və avtomobildə olan spirt ölçmə cihazının başlığını dəyişmədən aparata nəfəs verməyi tələb etmişdir. O nəfəs verdikdə polis əməkdaşı bildirmişdir ki, aparat içkili göstərir. Ekranı göstərməyinə baxmayaraq yaxını görmədiyi üçün orda nə yazıldığını görə bilməmişdir. Polis əməkdaşının sualına cavab olaraq 2 gün əvvəl spirtli içki içdiyini bildirmiş, sonra isə içkili vəziyyətdə şirkət maşını sürməyin 2500 manat cəzası olduğunu qeyd etmişdir. İçkili olmadığını bildirsə də, polis əməkdaşı aparatın içkili göstərdiyini, izahat yazmalı olduğunu, həkimə getsələr belə həkim də dediyini təsdiqləyəcəyini bildirmişdir. Boş vərəq çıxararaq izahat yazdırmış, sonra isə izahatı cırıb ata biləcəyini qeyd edərək avtomobili arxasınca sürməyi tələb etmişdir. Cərimə meydançasına gəldikdə maşını içəri salanda dayanacağın mühafizəçisinə polis əməkdaşı maşını qeydiyyata almamağı bildirmiş və ondan orada durmağı tələb etmişdir. Belə ki, 15 dəqiqəyə başqa DYP maşını yaxınlaşacaq və onu buraxacaq. 30 dəqiqə gözləsə də, heç kim gəlməmişdir. Orda gözləyərkən idarəyə zəng vurmuş və baş vermiş bu halı olara bildirmişdir. Ona təcili həkimə getməyi tələb etməsi və narkologiyadan keçməsi bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə getmişdir ki, həmin inspektoru tapsın həkimə getməyi bildirsin. Bu zaman həmin inspektorun Binəqədi yol polisindən çıxdığını görmüş və bildirmişdir ki, həkimə gedib analiz vermək istəyir. İnspektor isə öz növbəsində artıq gec artıq olduğunu bildirmişdir. Bundan sonra özü “Nizami” metrostansiyasının yaxınlığında yerləşən Respublika Narkoloji mərkəzində narkoloji testdən keçmiş, məlum olmuşdur ki, içkili deyildir. Həmin sənədlə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi gələrək inspektoru tapmış və içkili olmadığını, qəsdən ona izahat yazdırıb, onu şərlədiyini bildirmişdir. İnspektor ona artıq səlahiyyətinin olmadığını qeyd edərək 8-ci otağa getməsini bildirmişdir. 8-ci otağa gedərək içkili olmadığını, sübutu olduğunu bildirsə də, ona inspektorla birkildə getməli olduğu və aradan vaxt keçdiyi bildirilmişdir. Sonrasında işin məhkəməyə göndəriləcəyi və onun sürücülük hüququndan məhrum olacağı bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsindən çıxıb cərimə meydançasına gedərkən yolda 102 xidmətinə zəng edib məlumat vermi.dir. Sonra cərimə meydançasına gəlib təhvil-təslim aktını almaq istəsə də, bu zaman mühafizəçi onu saxlayan inspektora zəng edərək onun təhvil-təslim aktını götürmək istədiyini bildirmişdir. Sonra inspektor gəlmiş və aktı verməməyi bildirərək onu maşının yanına çağırmışdır. Ona bildirmişdir ki, bax fikirləş şirkətdə cərimələnəcək səndə cərimələnəcəksən həmdə sürücülük hüququndan məhrum olacaqsan. Nə etməli olduğunu soruşduqda, inspektor 500 manat pul gətirərsə, vəsiqəsinin qaytarılacağını bildirmişdir. Lakin avtomobilin verilməsi üçün müdiriyyətin telefon nömrəsini tələb etmişdir. Razılaşmadığından təhvil təslim aktını ona vermişdirlər. Avtomobildən şəxsi əşyalarını götürüb getmişdir. Səhəri gün, 8-ci otağa gəlmiş və sənədlərinin necə olduğunu öyrənmək istədikdə, ondan kağızları imzalamağı tələb edilmiş, sonra etibarnamə və sürücülük vəsiqəsi ona verilmişdir. Cərimə meydançasından avtomobili çıxara biləcəyi bildirilmişdir. Sonra telefonuna “AsanPay”-dan AR İXM 329.1 və 333.1 maddəsinə əsasən 400 manat cərimə olunması barədə bildiriş gəlmişdir. İXM-nin 329.1-ci maddəsində təhlükəsizlik kəmərini bağlamadan idarəetməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Halbuki, onun kəməri bağlı olmuşdur. 333.1-ci maddə isə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə məsuliyyət nəzərdə tutduğu halda o sərxoş olmamışdır. Bunu sübüt edən arayış da almışdır. Avtomobili saxladığı yerdən cərimə meydançasına özü sürüb aparmışdır. İçkili olsaydı, inspektor ona avtomobil idarə etməyə icazə verməzdi. Onuda qeyd etmişdir ki, avtomobil ayın 19-u saat 08:30 cərimə meydançasına girib lakin protokol ayın 20-sinə qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o spirtli içki qəbul etməmişdir. DYP əməkdaşı ona həkimə getsələr belə, həkimin onun dediyini təsdiqləyəcəyini bildirmişdir. Hətta avtomobili duracağa özü aparmışdır, əgər içkili olsa idi, ona avtomobil etibar edilməzdi. Özü gedərək müayinədən keçmiş və spirtli içki qəbul etmədiyi aşkar olmuşdur. Ona təqdim edilmiş alko-tester istifadə olunmuş alko-tester olmuşdur, yol-patrul xidməti inspektoru həmin cihazın başlığını dəyişməmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq yol polisi inspektorunun ona alkos-testerin cavabı ilə razı olmadığı halda həkim müayinəsindən keçməyi təklif etmədiyini, bu barədə ona hər hansı məlumat verilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən tərtib olunmuşdur. Belə ki, sürücü X7 təhlükəsizlik kəməri taxmadığına görə tərəfindən saxlanılmış, bu zaman sürücüdən spirtli içki qoxusu gəlməsini hiss etmişdir. Bundan sonra alko-tester vasitəsi ilə sürücünün içkili olub-olmaması yoxlanılarkən sürücünün spirtli içki qəbul etdiyini aşkar etmişdir. Həmin alko-testerin göstəricisi 0,335 mg/l olmuşdur. Sürücüyə alkotesterin cavabları ilə razılaşmadığı halda həkim müayinəsinə getmək təklif edilmiş, lakin o həkim müayinəsindən keçmək istəməmiş, içkili olduğunu qəbul etmişdir. Bu səbəbdən də onun barəsində xx.xx.20023-cü il tarixdə inzibati tənbeh vermə haqqında protokol və qərar qəbul edilmişdir. Sürücünü saxlayarkən hətta ona 2 saat sonra ayılmasının mümkün olması da bildirilmişdir. Sürücüdə sərxoşluq aşkar edildiyindən digər yol potrul xidmətinin əməkdaşını çağırmış və nəqliyyat vasitəsi digər inspektor tərəfindən idarə edilərək duracağa yerləşdirilməsi təmin edilmişdir. Şəxsə alko-testerin cavabından narazı qaldığı halda həkim müayinəsindən keçməsi barədə təklif etməsini videogörüntü ilə də qeydiyyata aldığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X9 izahatında göstərmişdir ki, yol patrul xidməti inspektoru tərəfindən sürücü X1 içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməsinin aşkar olunduğunu, bunun alko-tester vasitəsi ilə də təsdiq edildiyini, həmin alko-testerin göstəricisinin 0,335mg/l olduğunu, inspektor tərəfindən sürücüyə alkotesterin nəticələri ilə razılaşmadığı halda həkim müayinəsindən keçirilməsi təklif edildikdə onun bundan imtina etdiyini, bunu təsdiq edən video-görüntünün mövcud olduğunu bildirərək həmin videogörüntünü məhkəməyə təqdim etmişdir. Bundan başqa o izahatında sürücüyə saxlanılarkən spirtli içki qəbul etdiyi müəyyən olunarkən həkim müayinəsindən keçmək təklif edilərkən onun bundan imtina etməsinı baxmayaraq özü saxlanılmasından təxminən 4 saat sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 11:08-də “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”dən keçərkən sərxoş olmadığının müəyyən edilməsi barədə protokolla bağlı isə bildirmişdir ki, sürücünün sorxoşluğunun müəyyən edilməsindən kifayət qədər çox, yəni dörd saata yaxın vaxt keçdikdən sonra müayinədən keçmişdir. Həmin dörd saat ərzində də şəxsin ayılması, sərxoş olmamasının müəyyən edilməsi mümkündür. Sürücü avtonəqliyyat vasitəsini sərxoş halda idarə etməsini “Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında” protokolda verdiyi izahatla da təsdiq etmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin xx.xx.2023-cü il tarixli xx/xx-10067 saylı məktubunda 1 saat ərzində orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq 0,20 promilə qədər alkoqolun orqanizmdən parçalanıb xaric olması, göstərilən 0,306 promil alkoqolun 2 saat 7 dəqiqə ərzində 0,00 promilə düşməsininin mümkün hal hesab edilməsi göstərilmişdir. X2 0,0335 mg/l promil sərxoşluğunun müəyyən edildiyi vaxtdan onun özünün müayinədən keçdiyi vaxta qədər 4 saata yaxın vaxt keçdiyindən orqanizmində olan alkoqolun parçalanıb xaric olması mümkündür. Odur ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar tam qanuni olaraq tərtib olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X7 İXM-in 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Video-diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X5 həkim müayinəsinə zərurət olub-olmadığı barədə sual verilir, lakin sonuncu həkim müayinəsinə getmək üçün hər hansı bir səy göstərmir. İXP ******* nömrəli protokol üzrə sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında protokoldan görünür ki, X7 “Hyundai” markalı 90AL446 nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən alkotester vasitəsi ilə yoxlanılarkən yüngül dərəcəli spirtli içki qəbul etməsinin müəyyən olunduğunu, həkimə getməyə ehtiyac olmadığını, az miqdarda spirtli içki içməsini, bu barədə şirkətə məlumat verilməməsini qeyd edərək imzası ilə təsdiq etmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/33945 nömrəli, xx.xx.2023-cü il tarixli tibbi müayinə protokoldan görünür ki, həmin tarixdə saat 11:08-də X7 ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin xx.xx.2023-cü il tarixli xx/xx-10067 saylı məktubunda 1 saat ərzində orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq 0,20 promilə qədər alkoqolun orqanizmdən parçalanıb xaric olması, göstərilən 0,306 promil alkoqolun 2 saat 7 dəqiqə ərzində 0,00 promilə düşməsininin mümkün hal hesab edilməsi göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş video-diskdə aydın şəkildə görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən X3 həkim-müayinəsinə getməyə zərurət olubolmaması soruşulur. Bundan başqa sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında protokolda da X7 öz xətti ilə yazdığı izahatında az miqdarda spirtli içki qəbul etdiyini, avtonəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməsinin müəyyən edildiyini, həkimə getməyə ehtiyac olmadığını qeyd edir. İnzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini törətməsi xx.xx.2023-cü il, saat 07:19-da müəyyən edilmişdir. Sonuncu isə Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən xx.xx.2023-cü il tarixdə, saat 11:08-də keçmişdir. Məhkəmə qeyd edir ki, X7 yol-patrul xidməti inspektoru tərəfindən alko-tester vasitəsi ilə müayinə edildiyi andan 3 saat 49 dəqiqə sonra tibbi müayinədən keçmişdir. Tibbi müayinə protokolu da X4 xx.xx.2023-cü il tarixdə, saat 11:08-də ayıq olmasını təsdiq edir. Belə olan halda X4 orqanizimində olan 0,335 mg/l promil alkoqolun 4 saata yaxın müddət ərzində parçalanıb xaric olması mümkündür. Onun sərxoş vəziyyətdə avtonəqliyyat vasitəsini idarəetməsi müayinə zamanı özünün verdiyi izahat, alko-testerin nəticəsi ilə, habelə həkim müayinəsindən keçməkdən imtina etməsi isə videogörüntü ilə tam olaraq sübut olunur. Məhkəmə hesab edir ki, əgər X7 yol-patrul xidməti inspketoru tərəfindən alkotester vasitəsi ilə aparılan müayinənin nəticəsi ilə razılaşmırdısa inspektordan həkimmüayinəsindən keçirilməsini tələb edər, könüllü şəkildə izahat yazaraq spirtli içki qəbul etməsini etiraf etməzdi. Halbuki, məhkəmə iclasında tədqiq edilmiş video-görüntüdə də X5 həkim müayinəsinə getmək inspektor tərəfindən təklif olunmuş, X7 öz hərəkətləri ilə həkim müayinəsinə ehtiyacın olmadığını göstərmişdir. Göstərilən xüsusatlar X7 tərəfindən verilmiş şikayətin dəlillərinin həqiqətə uyğunluğunu istisna edir. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın tam qanunidir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları qarşılıqlı şəkildə tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini mübahisələndirəcək hər hansı bir hal aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X10 оğlunun inzibati tənbeh еdilməsinə dаir xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət rədd edilsin. X10 оğlu barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3865/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3865/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver