Məhkəmə qərarları › İş №3(001)-3865/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3865/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3865/2024 02.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Bakı şəhəri DYPİ-in xx.xx.2024-cü il tarixli EQ 19119339 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Dövlət X5 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19119339 nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19119339 nömrəli protokola (qərara) əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 (BB247818) xx.xx.2024-cü il tarixinədək “X4 A” QSC-in əməkdaşı olmuşdur. **-PH-*** dövlət qeydiyyat nişanlı, X7 200 markalı nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmuşdur. Lakin, ona məxsus sürücülük hüquqları məhdudlaşdırılmışdır və xx.xx.2024-cü il tarixində işdən kənarlaşdırılmışdır. Həmin tarixdən etibarən **-PH-*** dövlət qeydiyyat nişanlı, X7 200 markalı nəqliyyat vasitəsi onun idarəetməsində olmamışdır. Şirkət tərəfindən əvəzinə yeni işçi təhkim olunmuşdur. Əvəzinə təhkim olunmuş X8 oğlu (AD148813) xx.xx.2024-cü il tarixdən fəaliyyətə başlamış, şirkət tərəfindən ona yol vərəqəsi təqdim olunmuşdur. Lakin şirkət tərəfindən elektron sistemdə **-PH-*** dövlət qeydiyyat nişanlı, X7 200 markalı nəqliyyat vasitəsinə dair idarə hüquqları etibarnamə üzrə hələ də ona məxsus olduğu göstərildiyindən müvafiq cərimə protokolları da onun barəsində tərtib edilmişdir. Barəsində Bakı şəhəri DYPİ-in xx.xx.2024-cü il tarixli, EQ 19119339 EQ/19101348 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ/19119339 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ/19117101 nömrəli protokolları tərtib edilmişdir. xx.xx.2024-cü ildə “X4 A” QSC tərəfindən DİN Baş Dövlət Yol Polis İdarəsinə e-müraciət ünvanlanmış, işin halları qeyd edilmiş və barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19117101 nömrəli cərimə protokolunun (qərarının) silinməsi xahiş edilmişdir. Buna baxmayaraq, protokol (qərar) aktiv olaraq qalmış və barədində dəbbə pulu hesablanmışdır. Bakı şəhəri DYPİ-in xx.xx.2024-cü il tarixli, EQ 19119339 nömrəli protokolu (qərarı) özü İXM-in tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası İXM-in 76- cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Müvafiq halda sübut kimi istifadə edilən məlumatların onun əməlində inzibati xəta tərkibinin olmasını, ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasını istisna edir. Göründüyü kimi protokol qəbul edilərkən Paşayev Emil ümumiyyətlə həmin şirkətdə çalışmamış, sadəcə proses elektron formada həyata keçirildiyindən tətbiq edilən cərimələr onun barəsində tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin faktiki sürücüsünün aydınlaşdırılması məqsədilə QSC-yə hər hansı sorğu ünvanlandırılmamışdır. xx.xx.2024-cü ildə “X4 A” QSC tərəfindən DİN Baş Dövlət Yol Polis idarəsinə ünvanlanmış e-müraciət zamanı işin halları tam və aydın formada izah edilmiş, X3 barəsində tərtib olunmuş, Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19119339 nömrəli protokolu (qərarı) ləğv olunması xahiş edilməsi halında, Bakı şəhəri DYPİ-nin səlahiyyətli şəxsi məhz qeyd edilən nöqsanları və faktları əsas götürməklə barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul etməli idi. Bakı şəhəri DYPİ-in xx.xx.2024-cü il tarixli, EQ 19119339 nömrəli protokolun (qərarın) ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi və şikayət verən şəxs iştirak etməmişlər. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin və şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-in xx.xx.2024-cü il tarixli, EQ 19119339 nömrəli protokoluna əsasən, X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində protokola müvafiq olaraq 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “BP Exploration (Caspian Sea) Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi öz xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar ona məxsus “X7” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X2 etibar etmişdir. Göründüyü kimi inzibati xətanın törətdildiyi vaxt “X7” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən deyil, başqa şəxs tərəfindən idarə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri DYPİ-in xx.xx.2024-cü il tarixli EQ 19119339 nömrəli qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhəri DYPİ-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ-in xx.xx.2024-cü il tarixli EQ 19119339 nömrəli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar