Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3867/2023 02.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Ekologiya YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Ekologiya YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərar üzrə tərəfində ödənilmiş 54.40 manat məbləğində cərimə və hesablanmış faiz məbləğinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində idarə etdiyi “LEXUS RX350” markalı, **-ES-*** d.q.n. avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsi ilə baş yolda hərəkətdə olarkən həmin ərazidə xidməti avtomobili ilə duran və özünü təqdim etməyən X14 İdarəsinin adını bilmədiyi əməkdaşı tərəfindən onun iddiasına görə yolun dairəyə yaxın hissəsində yerdə çəkilmiş bütöv xətti kəsib keçməyilə bağlı saxlanılmış və özünü təqdim etmişdir.YPX əməkdaşı öz planşetinə baxıb şəxsiyyətini və avtonəqliyyat vasitəsini idarə etməyi ilə əlaqədar müvafiq sənədləri dəqiqləşdirdikdən sonra ona həmin xəttin tələblərini pozmağında əlaqədar 3 bal və 60 manat məbləğində cərimə tətbiq edəcəyini, o isə öz növbəsində etiraz etməyinə baxmayaraq sonradan ona sübut və bəyan etmədən xidməti avtomobilində tələsik onun barəsində qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati xəta üzrə protokol tərtib etmişdir.Lakin o protokol ona təqdim edilməmişdir.Beləliklə, tərəfindən tərtib ediləcək protokolla razı olmadığı YPX əməkdaşının nəzərinə çatdırmağına baxmayaraq, onu tərtib etdiyi İXP5511835 protokolla tanış etməmiş, protokolla tanış olmamağına və imza etməməyinə baxmayaraq protokolu imzalı “Qərarlı” statuslu protokol kimi sistemə daxil etmiş, beləliklə qulluq mövqeyindən istifadə etməklə məqsədyönlü şəkildə onun iştirakı olmadan qərar çıxarılmasına şərait yaradılmaqla hüquqlarım pozulmuşdur. Həmin xx.xx.2023-cü il tarixli İXP5511835 nömrəli protokol əsasında 327.1 maddəsi ilə 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.YPX əməkdaşının qanunsuz hərəkəti barədə xx.xx.2023-cü il tarixdə Bakı şəhər X14 İdarəsinə ərizə ilə müraciət etmişdir.Həmin müraciətinə baxılmadığı üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir.Bu müraciətindən sonra onun istifadəsində olan mobil nömrəsinə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə sms məlumat daxil olmuşdur.Lakin bu günə kimi hər iki müraciətinə baxılmamışdır.Əlavə olaraq bildirmişdir ki, İXP5511835 nömrəli protokol üzrə tətbiq edilmiş 40 manat məbləğində inzibati cəriməni və hesablanmış faiz məbləğini ödəmədiyinə görə xx.xx.2023-cü il tarixdən idarə etdiyi “LEXUS RX350” markalı, **-ES-*** d.q.n. avtomobilə həbs qoyulacağı barədə SMSRadar.az vasitədə məlumat daxil olmuş və bundan sonra xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində Bakı şəhəri, Yasamal rayonunda Qələbə dairəsi kimi tanınan ərazidə idarə etdiyi “LEXUS RX350” markalı, **-ES-*** d.q.n. avtomobillə hərəkətdə olan zaman YPX əməkdaşı avtomobili saxlayıb tətbiq edilən cərimə və hesablanmış faiz məbləğlərini, yəni 54,40 manatı məcburu qaydada ödənilməsini tələb etdi, cərimə və hesablanmış faiz məbləğlərini ödədikdən sonra hərəkətə davam edə biləcəyini, əks təqdirdə avtomobili məcburi duracağa aparmalı olduğunu bildirdi. O isə öz növbəsində YPX əməkdaşı tərəfindən tələb edilən 54,40 manat məbləğin Birbank vasitəsilə onlayn qaydada ödənişini həyata keçirmişdir.Şikayətçi şikayətində göstərmişdir ki, nə protokol tərtib edilərkən, nə də qərar qəbul edilərkən YPX əməkdaşı tərəfindən İXMnın 327.1-ci maddəsində nəzərdə tutulmuş (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati xətanı törətməyi ona sübut edilməmiş, hüquqları izah olunmamış, protokol və qərar İXM-nin tələblərinin pozulması ilə tərtib edilmişdir.O, hesab edir ki, İXM-nin 327.1-ci maddəsi ilə barəsində tərtib edilmiş İXP5511835 nömrəli protokol ləğv edilməli, inzibati işə xitam verilməli, tərəfindən ödənilmiş cərimə və hesablanmış faiz məbləği geri qaytarılmalıdır. Şikayətçi yuxarıda göstərilənləri əsas tutaraq, Bakı şəhər BPİ-nin Bakı şəhər DYPİ-nin əmədaşı tərəfindən barəmdə İXM- nin 327.1-ci maddəsində nəzərdə tutulmuş (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati xəta üzrə İXP5511835 nömrəli protokol ləğv edilməsi, inzibati işə xitam verilməsi və tərəfindən ödənilmiş 54,40 manat məbləğin cərimə və hesablanmış faiz məbləği geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı şikayətçi X2 YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə əlavə təqdim edərək tələbini dəqiqləşdirdiyini bildirmiş və barsində tərtib edilmiş xx.xx.2023 cü il tarixli, İXP ******* nömrəli protokolu və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5818628 nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2023-cü il tarixdə Ekologiya nəzarət postundan əldə etmişdir. Belə ki, o, Ekologiya YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərar üzrə tərəfində ödənilmiş 54.40 manat məbləğində cərimə və hesablanmış faiz məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin sonuncu variantda təmin edilməsini, xx.xx.2023 cü il tarixli, İXP ******* nömrəli protokolu və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5818628 nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2023-cü il tarixdə Ekologiya nəzarət postundan əldə etmişdir. Belə ki, o, Ekologiya YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərar üzrə tərəfində ödənilmiş 54.40 manat məbləğində cərimə və hesablanmış faiz məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Ekologiya YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hadisə baş verən zaman qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cü maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Qeyd edilən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş orqanın nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir.Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür.Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib.Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi və həmin hadisənin törədilməsində kimin təqsirli olması ilə bağlı bəzi qeyri-müəyyənliklər mövcuddur.Bundan başqa, hadisəni əks etdirən video və foto görüntülər nə məhkəməyə, nə də ki şikayətçiyə təqdim edilməmişdir.Bu da nəticədə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaratmışdır.Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən nöqsanları aradan qaldırmaq üçün şikayət qismən təmin edilməli, Ekologiya YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin DYP-nin X11 Xidmətinə göndərilməlidir. Şikayət ərizəsi qalan hissədə, yəni ödənilmiş cərimə və hesablanmış faizin geri qaytarılması hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Ekologiya YPX inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin DYP-nin X11 Xidmətinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3867/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3867/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver