Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3873/2023 02.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş X6 protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X4 tərəfindən hüquqi şəxs «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 20 sentyabr 2023-cü il tarixli EP № ******* saylı X6 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə X6 protokolu və ona əlavə edilmiş materialları öyrənib hesab edir ki, 20 sentyabr 2023-cü il tarixli EP № ******* saylı X6 Protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X10 barəsində tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli EP № ******* saylı X6 Protokoldan görünür ki, BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində aparılmış sözügedən X6 iş üzrə icraatda «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X7 nümayəndəsi qismində həmin orqanda mütəxəssis vəzifəsində işləyən X5 nümayəndə qismində iştirak etmiş, faktla bağlı izahat verib, X6 protokolu imzalamışdır. Halbuki, X6 iş üzrə materiala X2 BBGİ-in Təhqiqat Şöbəsində «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X8 təmsil etmək və bununla əlaqədar müvafiq qanuni hərəkətləri həyata keçirmək kimi səlahiyyətlər verildiyini təsdiq edən etibarnamə əlavə edilməmiş, işçinin əmək müqaviləsinə dair reyestrdən çıxarış qoşulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə görə barəsində X6 iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan X6 işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, qanun hüquqi şəxsin nümayəndəsi qismində əsas iş yeri həmin hüquqi şəxs olan işçinin iştirakını nəzərdə tutsa da, bunu müəyyən şərt daxilində mümkün hesab etmişdir. O şərtdə əsas iş yeri həmin hüquqi şəxs olan işçiyə müvafiq qaydada səlahiyyət verildiyini təsdiq edən etibarnamədir. Hazırkı işdə isə «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» Publik Hüquqi X1 müvafiq səlahiyyətli dövlət orqanlarında cəmiyyəti təmsil etmək və bununla əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq qanuni hərəkətləri həyata keçirmək kimi səlahiyyətlər verməmiş, buna baxmayaraq o, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X10 barəsində BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində aparılmış X6 iş üzrə icraatda səlahiyyəti olmadığı halda cəmiyyətin nümayəndəsi qismində iştirak edərək faktla bağlı izahat vermiş, hətta X6 protokolu imzalamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1 və 100.1.7-ci maddəsinə əsasən X6 protokolda barəsində X6 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində X6 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X10 barəsində tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli EP № ******* saylı X6 Protokol düzgün tərtib edilməmişdir və bu səbəbdən X6 protokol onu tərtib etmiş orqana – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..X6 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə X6 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X9 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X10 barəsində tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli EP № ******* saylı X6 protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3873/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3873/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver