Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3878/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş MN seriyalı № ******* saylı 22 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı 22 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada (X21 Mərkəzi) plandankənar yoxlama zamanı ümumi cərrah X1 tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə təkrarən məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş; X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə etdiyi müraciətindən görünür ki, o, mərhum qardaşı X6 Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada 20 aprel 2023-cü ildə ümumi cərrah X10 tərəfindən düzgün əməliyyat olunmadığından və bunun nəticəsində qardaşı Nizami Kərimovun ölməsindən şikayətlənmiş, həkimin cəzalandırılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 1124 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada 20-xx.xx.2023-cü il tarixdə AEM-in Tibbi Nəzarət şöbəsinin müdiri X13, hüquq şöbəsinin baş hüquq məsləhətçisi X17 və Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X14 tərəfindən plandankənar yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan (KY231976553 saylı) görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 1124 saylı Qərar əsasında Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinilkada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X9” PHŞ-in baş direktoru vəzifəsini müvəqqəti icra edən Rafiq Xudayev tərəfindən təsdiq edilmiş Yoxlama suallarının Siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinilkada aparılacaq yoxlama suallarının siyahısı aşağıdakı kimi müəyyən edilmişdir: -Lisenziyanın şərtlərinə riayət olunurmu? -Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərini sertifikasiyaya cəlb edirmi? Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin AEM-in Tibbi Nəzarət şöbəsinin müdiri X13, hüquq şöbəsinin baş hüquq məsləhətçisi X17 və Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X14 tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 1124 saylı Qərarına əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada yoxlama keçirilmiş, yoxlama zamanı ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada ümumi cərrah X1 tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. MN seriyalı ******* saylı 22 sentyabr 2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin AEM-in Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X14 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı № ******* saylı 22 sentyabr 2023-cü il İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* saylı 22 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə etdiyi insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair müraciətindən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 1124 saylı Qərarı əsasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə 20-xx.xx.2023-cü il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmış, həmin yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmiş, aparılacaq yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Bundan sonra qeyd olunan tarixlərdə sözügedən klinikada yoxlama aparmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları ümumi cərrah X1 tibb fəaliyyəti ilə məşğul olduğunu müəyyən etmişlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-ci bəndinə görə plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 16.1-ci maddəsinə görə bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. 16.4-cü bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.7-ci bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Göründüyü kimi qanunverici insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində belə məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılmasını nəzərdə tutsa da, bunu müəyyən şərt daxilində mümkün hesab etmişdir. Həmin şərt isə sözügedən qanunun 16.1.3-cü bəndində təsbit edilmiş insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətləri və ya kütləvi informasiya vasitələrində yayılan konkret məlumatlardır. İşin təsvir edilmiş hallarına görə baxılan işdə Şəxs MMC ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə fiziki şəxs X4 rəsmi müraciət daxil olmuş, o müraciətində mərhum qardaşı X6 Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada 20 aprel 2023-cü ildə ümumi cərrah X10 tərəfindən düzgün əməliyyat olunmadığından və bunun nəticəsində qardaşı Nizami Kərimovun ölməsindən şikayətlənmişdir. İşin sonrakı gedişatı ondan ibarətdir ki, 20-xx.xx.2023-cü il tarixlərdə sözügedən klinikada yoxlama aparmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları ümumi cərrah X1 tibb fəaliyyəti ilə məşğul olduğunu müəyyən etdiklərindən Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. Baxılan işdə inzibati xəta hadisəsi (ümumi cərrah X3 olmadan mərhum X8 əməliyyat etməsi) xx.xx.2023-cü ildə baş vermiş və həmin tarixdə bitmişdir. Həmin inzibati xəta dairəsi İXM-in 38.1-ci maddəsində müəyyən edilmiş bir il inzibati məsuliyyətə cəlbetmənin mümkünlüyünü nəzərdə tutan inzibati xəta deyil. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC sözügedən inzibati xətaya görə inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək, yəni xx.xx.2023-cü ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Çünki, inzibati məsuliyyətə cəlb etmə müddətləri şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsas verən və inzibati xətanın törədildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş inzibati xəta ilə həmin inzibati xətaya görə şəxsin məsuliyyətə cəlb edilməsi arasında müddət nə qədər çox uzanarsa, şəxsin tənbeh edilməsi də bir o qədər lüzumsuz olur və tənbeh istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Odur ki, məhkəmə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmiş, onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcud olmasa da, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin AEM-in Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X14 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3878/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3878/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver