Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3879/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X7 protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 1-ci ərazi X6 İdarəsinin böyük mühəndis inspektoru, daxili xidmət kapitanı X2 iştirakı ilə, Şəxs MMC, AZ1001, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi ev 202, VÖEN **********, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 1-ci ərazi X6 İdarəsindən daxil olmuş X7 protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 1-ci ərazi X6 İdarəsinin böyük mühəndis inspektoru, daxili xidmət kapitanı X3 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 22 sentyabr 2023-cü il tarixli MN № ******* saylı X7 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X7 Protokoldan görünür ki, xx.xx.2023-cü ildə Bakı şəhəri Binəqədi rayonu Neft pr. ev 3068-ci məhəllə “Elit” Ticarət Mərkəzində yerləşən obyektdə (digər daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olan) müraciət əsasında plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması müəyyən edilmişdir. Məhkəmə iclasında X7 protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 1-ci ərazi X6 İdarəsinin böyük mühəndis inspektoru, daxili xidmət kapitanı X3 X7 protokolu müdafiə edərək, hüquqi şəxs Şəxs MMC-in inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində X7 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə təkrarən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X7 işin materiallarını yoxlayıb, X7 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X7 icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 22 sentyabr 2023-cü il tarixli 3223 saylı X1 görünür ki, həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Neft pr. ev 3068-ci məhəllə “Elit” Ticarət Mərkəzində yerləşən obyektdə (digər daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olan) müraciət əsasında plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində X7 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi X7 protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDIİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağaye
Məhkəmə qərarları › İş №3(001)-3879/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3879/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver