Məhkəmə qərarları › İş №3(001)-3881/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3881/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3881/2022 09.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X7, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxx 1966-cı il tarixdə Zaqatala rayonu, Bazar kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1(bir) azyaşlı övladı olan, işləməyən, 2-ci qrup əlil, Birinci Qarabağ müharibəsi iştirakçısı, Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsi, ev 56 A, mənzil 26 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 iyul 2022-ci il tarixdə, saat 16.00-da ünvan 2 ünvanda küçədən keçən yolu qazdığına, nəticədə kanalizasiya xəttinin qırılmasına səbəb olduğuna görə zərərçəkmiş şəxs X11 ilə sözlü mübahisə etmiş, mübahisə zəminində X6 – sol baldır nahiyyəsinin qançırı və sıyrıqlarına səbəb olan xəsarətlər yetirməklə onu döymüşdür. Buna görə də, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X13 tərəfindən xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X13 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 iyul 2022ci il tarixdə, saat 16.00-da ünvan 2 ünvanda küçədən keçən yolu qazdığına, nəticədə kanalizasiya xəttinin qırılmasına səbəb olduğuna görə zərərçəkmiş şəxs X11 ilə sözlü mübahisə etmiş, mübahisə zəminində X6 – sol baldır nahiyyəsinin qançırı və sıyrıqlarına səbəb olan xəsarətlər yetirməklə onu döymüşdür.Buna görə də, o, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs onun əməlində inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X8, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X11 – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onu səbəbsiz yerə döydüyünə görə inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı Hacı Musayev tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərara əsasən məlum olur ki, X4 müraciəti əsasında toplanmış HK-1/1263 saylı cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına görə rədd edilmiş və qərarın surəti Şəxs, X5 və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPi-nin 40-cı PB-nə göndərilməsi qərara alınmışdır.Həmçinin, X5 və X1 barəsində icraat ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 2041 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı X4 bədən səthində aşkar olunmuş xəsarətlər-sol baldır nahiyyəsinin qançırı və sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 3-5 gün əvvəl əmələ gəlmişdir, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən, dərəcələri təyin olunmur.Onun bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsi və bel sapı ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilər və şəxsin özü tərəfindən az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 iyul 2022-ci il tarixdə, saat 16.00-da ünvan 2 ünvanda küçədən keçən yolu qazdığına, nəticədə kanalizasiya xəttinin qırılmasına səbəb olduğuna görə zərərçəkmiş şəxs X11 ilə sözlü mübahisə etmiş, mübahisə zəminində X6 – sol baldır nahiyyəsinin qançırı və sıyrıqlarına səbəb olan xəsarətlər yetirməklə onu döymüşdür.Bu fakt tərəflərin izahatları, eksper rəyi və iş materialları ilə tam subuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2-ci qrup əlil olmasını, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsi cəzanı yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halların mövcudluğunu, yəni 2-ci qrup əlil olmasını, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmçinin, müdafiçəsi X8 məhkəmə prosesində təyinatla iştirak etdiyindən 12 aprel 2018ci il tarixdən 03 may 2018-ci il tarixədək onun əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 yanvar 2010-cu il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 2 manat miqdarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi hazırki iş üzrə məhkəmə baxışı müddətində 05 saat hüquqi yardım göstərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat cərimə edisin. 3(001)-3881/2022 saylı inzibati işi üzrə müdafiəçi X8 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod - 200156, VÖEN – ********** , m /h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48 AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar