Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3881/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X5, X1 iştirakı ilə, xx xxxx 1979-cu ildə Naxçıvan MR Şərur rayonu Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-6050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına ödənilməsi, mənəvi zərərə görə 1000 manat kompensasiya məbləğinin X4 ödənilməsi Binəqədi rayon MKTB-in üzərinə qoyulmuşdur. Borclu Binəqədi rayon MKTB-in rəhbəri Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 27 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra Şöbəsinin böyük icra məmuru X9 protokolu müdafiə edərək bildirdi ki, Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-6050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına ödənilməsi, mənəvi zərərə görə 1000 manat kompensasiya məbləğinin X4 ödənilməsi Binəqədi rayon MKTB-in üzərinə qoyulmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Binəqədi rayon MKTB-in rəhbəri Şəxs rəsmi qaydada verilmişdir. Borclu mənəvi zərərə görə 1000 manat kompensasiya məbləğinin X4 ödənilməsini təmin etmiş, 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına ödənilməsini isə təmin edilməmişdir. Buna görə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında tələbkar X6 inzibati xəta haqqında protokolla razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Binəqədi rayon MKTB-in nümayəndəsi X3 bildirmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-6050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına ödənilməsi, mənəvi zərərə görə 1000 manat kompensasiya məbləğinin X4 ödənilməsi Binəqədi rayon MKTB-in üzərinə qoyulmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarı və borcun könüllü icrası haqqında bildirişi almışlar. Mənəvi zərərə görə 1000 manat kompensasiya məbləğinin X4 ödənilməsini təmin etmişlər. 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına ödənilməsi isə onlardan asılı olmayan səbəbdən mümkün olmamışdır. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun 10-cu maddəsinə əsasən 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına birbaşa ödənilməsi mümkün deyil. Çünki, köçürülən vəsaitlər proporsional bölüşdürülərək fərdi şəxsi hesablarda qeydə alınır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun, tələbkarın, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-6050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına ödənilməsi, mənəvi zərərə görə 1000 manat kompensasiya məbləğinin X4 ödənilməsi Binəqədi rayon MKTB-in üzərinə qoyulmuşdur. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-6050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-6050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin icrası üçün borcluya 10 gün vaxt verilmişdir. İşdə olan DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 04 noyabr 2023cü il tarixli məktubundan aydın olur ki, 4209,25 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X2 DSMF-də olan fərdi hesabına birbaşa ödənilməməsi Binəqədi rayon MKTB-in təqsiri deyil, DSMF-də olan fərdi hesablara vəsairin köçürülməsi qaydaları ilə bağlıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-6050/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3881/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3881/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver