Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3882/2024 29.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi “LCG” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fəxrəddin Şahbazov küçəsi,ev 22a ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu,Zəngəzur küçəsində Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etmədiyini,yanacaq doldurma məntəqəsindən çıxdıqdan sonra polisin onu saxladığını o da cəriməsi nədirsə yazılmasını istədiyini bildirmişdir.Daha sonra rəisə zəng etdiyini lakin onun cavab vermədiyini söyləmişdir.Maşını duracağa apardığını və heç bir mübahisə etmədiyini bildrimişdir.Post patrul xidmətinin ona görə gəldiyini bilməmişdir.Qardaşı gələnə kimi maşından düşməmişdir. Barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs müqavilə üzrə müdafiəçisi “LCG” Vəkil Bürosunun vəkili X9 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək istədiyini lakin 4-cü Polis Bölməsinin əməkdaşlarının bu işin nəzarətdə olduğunu,görüşün mümkün olmadığını,Binəqədi Rayon Polis İdarəsinin rəisinin tapşırığı olduğunu, polis əməkdaşının “məhkəmədə öz fikirlərinizi bildirərsiz” deyə söylədiyini bildirmişdir.Saat 12dən axşam saat 5-in yarısına qədər 4-cü Polis Bölməsinin həyətində gözlədiyini bildirmişdir. O, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməməsinin səbəbinin tutma protokulundakı səbəblə eyni olduğunu bildirmişdir.Belə ki,bunun səbəbi Binəqədi Rayon Polis İdarəsinin və qayının rəisinin tapşırığıdır.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslər İXM ilə deyil,müəyyən qaydalarla cəzalandırılmalıdır deyə bildirmişdir. Şəxs müdafiə hüququ pozulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslər axşam tutulmasına baxmayaraq onların şəxsiyyəti müəyyən edilsə də izahatları alınmamışdır.İzahatın dərhal alınması lazım olduğunu bildirmişdir.Hüquqlarını müdafiə etdiyi şəxs polis onu saxlayarkən bildirmişdir ki, qeydiyyat şəhadətnaməsi var və dəfələrlə polis onu saxlasa da cərimə olunsa da heç vaxt bu səbəbə görə cərimə olunmamışdır.Bu vətəndaşın qeydiyyat haqqında şəhadətnaməsi varsa və bu polis tərəfindən təsdiq edilibsə vətəndaşda etimad hüququ yaranır ki,bu maşınla rahat bir şəkildə çölə çıxa bilər.Polis əməkdaşı isə barəsində icraat aparılan şəxsə sənin qeydiyyat haqqında şəhadətnamən mənə maraqlı deyil deyə bildirmişdir.Konstruksiya dəyişikliyinin nədən ibarət olması barədə heç bir məlumat göstərilməyib.Maşın duracağa barəsində icraat aparılan şəxs tərəfindən aparılıb və burda polisə qarşı hər hansı müdaxilə olmayıb.Şəxsin təqsirsizlik prezumpsiyası məhkəmə tərəfindən təmin olunmalıdır. Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Əhmədov X5 rayonu,Zəngəzur küçəsində Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır.Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsinin əməkdaşı X7 bildirmişdir ki, polis əməkdaşı Qasım Əliyev qayda pozuntusuna görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yaxınlaşaraq özünü təqdim edib qayda pozuntusu barədə məlumat vermiş və sürücü də bildirmişdir ki, avtomobildə olan dəyişikliyə görə ödəniş etmiş və avtomobili belə idarə etdiyini bildirmişdir.Sürücünün avtomobilinin 2011-ci ilin maşını olduğunu və 2024-cü ilin modeli yığıldığını bildirmişdir.İnspektor ona izah etmişdir ki sizin passportda qeyd edilən 6.3 yığılan model 6-7 il öncəki modellə eynidir onun yeni modellə heç bir əlaqəsi yoxdur.Texniki şəhadətnamədə qeyd hissəsində 2011-ci il modelinin 2024-cü il modeli üzrə yığılması səbəbi göstərilməli idi. Polisə Cinayətkarlıqla Mübarizə İdarəsində yaxın adamı olduğunu, polisə mobil telefonunu göstərərək həmin şəxslərə zəng etməyə məcbur etməmələrini bildirmişdir.Polis əməkdaşı buna cavab olaraq, yol polisinin rəisi nə qərar verərsə o qərarı da tətbiq edərik deyə bildirmişdir.Sürücü maşından düşməyərək mobil telefon vasitəsilə bir neçə nəfər şəxsə zəng etmişdir.Polis əməkdaşı sürücüyə yaxınlaşaraq biz sizi gözləməli deyilik,gedək bölməyə nə məsləhət görülərsə onu da edərik deyə bildirmişdir.Yolda gedərkən şöbə rəisinin ünvanına söyüşlər söymüşdür.İnspektor onu telefonla çəkmək istəmiş və ona məni çəkirsən,məni çəkirsən deyərək qışqırmış və gənc polis əməkdaşı telefonu söndürmüşdür.Həmin gənc əməkdaş duracağa çatan zaman barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şöbə rəisinə söyüş söyməsini Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsinin əməkdaşı X1.Eləcə də duracağın qarşısında duracaq işçilərinin yanında da şöbə rəisinin ünvanına küçə söyüşləri söymüşdür.Polis əməkdaşı sizin barənizdə bu söyüşlərlə bağlı tədbir görüləcək deyə bildirmiş və Şəxs polis əməkdaşına söyüşlə cavab vermişdir.Daha sonra onun qardaşı Əhmədov Cavid gəlmiş və jurnalist olduğunu filan yerdə işlədiyini bildirmişdir.Cavidin öncə sakit danışdığını daha sonra qardaşının bölməyə aparıldığını görəndə əl-qol hərəkətləri ilə polisə müqavimət göstərmişdir.Həmin yerdə market olduğunu zərurət olarsa həmin video görüntülərin məhkəməyə təqdim edilə biləcəyini söyləmişdir.Post patrul xidmətinin köməkliyi ilə onlar bölməyə gətirilmişdir.Bölmədə də öz əməllərini davam etdirmişdir.Polisə aqressiv davranmışdır.Yanacaq doldurma məntəqəsindən çıxarkən manevr qaydalarını pozduğu üçün və avtomobildə olan model dəyişikliyi ilə bağlı olaraq sürücünü saxladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru X10 bildirmişdir ki,sürücüyə yaxınlaşaraq qayda pozuntusunu izah etmişdir.Sürücü ondan kimdir sizin rəisiniz Vüsal deyil deyərək soruşmuşdur və polis əməkdaşı rəis Vüsal müəllimdir deyərək cavab vermişdir.Sürücü “mən Vüsalı tanıyıram onun qaynı mənim xalam oğludur.Vüsala bax e niyə belə edir” demişdir. Polis əməkdaşı sürücünün maşınına əyləşmişdir.Sürücü maşını çox aqressiv sürmüşdür.O, nalayiq söyüşlər söymüşdür.Sürücünü telefonla çəkmək istəmiş və ona məni çəkirsən,məni çəkirsən deyərək qışqırmışdır.Duracağa çatarkən polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında həmin vaxt duracaqda olduğunu duaracağa maşın gətirdiyini bildirmişdir.Polis əməkdaşı Fəridin Post patrul naryadını çağırdığını görmüşdür.Fərid ona bir nəfər şəxsin rəhbərliyin ünvanına kobud küçə söyüşləri söydüyünü bildirmişdir.Kömək lazımdırsa edə biləcəyini söyləmişdir.Gətirdiyi avtomobilin sürücüsü yüngül tabesizlik göstərdiyi üçün məcburi şəkildə orda qaldığını bildirmişdir.Sürücünü post patrul maşınına əyləşdirib bölməyə aparan zaman bir nəfər şəxsdə qıraqdan yaxınlaşıb yol polisinə qarşı əl-qol hərəkətləri edərək,”siz mənim qardaşımı heç hara apara bilmərsiz” söyləmişdir.Dəfələrlə bu şəxsi nizam intizama dəvət etsələr də həmin şəxsin ona bu dəqiqə elə eləmə ki sənin də üstündən keçim pulum da var adamım da var lazım olan yerə qədər axıra kimi gedəcəm şəklində cavab vermişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, o cümlədən şahidlərin ifadəsi ilə ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı onun əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3882/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3882/2024
29.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver