Məhkəmə qərarları › İş №3(001)-3882/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3882/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3882/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, vəzifəli şəxs İsmayılov Xaləddin (keçmiş) və yeni sədr Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli 3-17-5/2-10694/2025 nömrəli məktubda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “Bakı Neft Qaz X3” QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2- 10694/2025 nömrəli məktubdan görünür ki, borclu X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən X1 cərimə edilməsi barədə xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qeyd edilənlərə əsasən xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi sonuncuya göndərilmişdir. Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hazırki iş üzrə inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xətanın törədildiyi yer Nərimanov rayonudur. Çünki, vəzifəli şəxsin barəsində protokolun tərtib olunmasına səbəb, onun əmək münasibətlərində qanunla nəzərdə tutulmuş öhdəliyi - işçinin əməkhaqqından müəyyən məbləğin tutulmasını təmin etməməsi, yəni üzərinə düşən vəzifəni yerinə yetirməyərək hərəkətsizlik nümayiş etdirməsidir. Qeyd etmək lazımdır ki, əmək müqaviləsinin hüquqi şəxslə (QSC) bağlanıldığı, əmək haqqından tutulmanın aparılmaması da hüquqi şəxsin daxili mühasibatlığı və kadr xidməti ilə bağlı olduğu halda, vəzifəli şəxs bu funksiyanı hüquqi şəxsin məhz olduğu ünvanda yəni ünvan 2ra etməli idi, öz şəxsi yaşadığı yer üzrə ünvan 3 ünvanı üzrə deyil. Lakin göstərilənlərə baxmayaraq X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün vəzifəli şəxsin yaşadığı ünvan üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, inzibati xəta subyektin hərəkətsizliyi konkret olaraq əmək haqqıdan tutulmanın aparılmaması hüquqi şəxsin fəaliyyət yerində baş vermişdir. Vəzifəli şəxsin bu funksiyanı icra etməli olduğu yer hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qısacası, inzibati xəta konkret fiziki hərəkətlə deyil, vəzifəli şəxsin qanunla üzərinə düşən öhdəliyi əməkhaqqından tutulmanı həyata keçirməməsi ilə, yəni hərəkətsizlik formasında törədildiyindən, bu məsuliyyətin icra edilməli olduğu yer hüquqi şəxsin qeydiyyatda və fəaliyyətdə olduğu ünvandır. İnzibati münasibətlərin formalaşdığı və nəticələrinin ortaya çıxdığı yer məhz hüquqi şəxsin hüquqi ünvanı olduğu üçün İXM-də nəzərdə tutulan “inzibati xətanın törədildiyi yer” anlayışı bu halda vəzifəli şəxsin fiziki mövqeyi ilə deyil, hüquqi şəxsin fəaliyyət mərkəzi ilə müəyyən olunmalıdır. Bu səbəbdən, sözügedən protokola baxılması səlahiyyəti məhz hüquqi şəxsin qeydiyyatda olduğu məhkəməyə aiddir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar