Məhkəmə qərarları › İş №3(001)-3887/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3887/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3887/2024 12.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X2, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 16:45 radələrində Binəqədi şossesində ona məxsus olan **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən **-YP-*** nömrə nişanlı YPX avtomobilində xidmətdə olan Qurbanov Arif adlı YPX inspektoru onu saxlayaraq, yükdaşıma qaydalarını pozması ilə bağlı avtomobilini müvəqqəti duracağa təmin etmişdir. Avtomobili duracağa xx.xx.2023-cü il tarixində saat 17:00 da qəbul edilsə də (təhvil - təslim aktında öz əksini tapıb) barəsində heç bir inzibati protokol tərtib olunmamış və avtomobili qanunsuz şəkildə müsadirə olunmuşdur. Belə ki, avtomobilin yol hərəkətindən kənarlaşdırılması haqqında İXM-in 96-cı maddəsində avtomobilin duracağa təmin edilməsi halları aşkar şəkildə qeyd olunmuş və X10 qanunun 57-ci maddəsində yükdaşıma qaydaları açıq şəkildə təsvir olunmuşdur. Onun tərəfindən qeyd olunan heç bir qayda pozuntusu törədilməmişdir. Avtomobilin qanunsuz şəkildə xx.xx.2023-cü il tarixi saat 17:30-dək duracaqda saxlanılmış, dəfələrlə tələb etməyindən sonra duracaqdan buraxılmış və yolda olarkən istifadəsində olan mobil nömrəyə barəsində İXP5752767 nömrəli inzibati protokol tərtib olunması ilə bağlı sms bildiriş gəlmişdir. Elektron kabinetində tərtib olunan inzibati protokol ilə tanış olarkən protokolda iddia olunan qayda pozuntusunun aşkarlanması tarixi kimi xx.xx.2023-cü il tarixinin qeyd olunduğunu görmüşdür. Bununla da, inzibati protokol tərtib olunarkən İXM-in 101-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş və barəmdə əsassız protokol tərtib olunaraq TP6036302 nömrəli qərar qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 3(001)-4987/2023 nömrəli qərarı ilə TP6036302 nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi X3ytarılmışdır. Binəqədi polis idarəsi isə yenidən öncə qəbul etdiyi qərarı qüvvədə saxlamışdır. Birinci məhkəmənin gedişində polis əməkdaşı özü səhvini etiraf edərək ona yazılan protokolu ödəmişdir. Odur ki, Binəqədi rayon polis idarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında çıxarılmış TP6036302 nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X7 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, 07 oktyabr 2023-cü il tarixdə saat 16:45 radələrində özünə məxsus olan **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi şosessində hərəkətdə olan zaman **-YP-*** nömrə nişanlı YPX avtomobilində xidmətdə olan Qurbanov Arif adlı YPX inspektoru onu saxlayaraq, yük daşıma qaydalarını pozduğunu bildirmiş, onun avtomobilini müvəqqəti duracağa aparmışdır. O, həmin vaxt mən ümumiyyətlə yük daşıma qaydalarını pozmamışdır. İkincisi isə yük daşıma qaydasını pozmağa görə isə minik avtomobili müvəqqəti duracağa aparıla bilməz, bu qanuna ziddir. Avtomobili duracağa xx.xx.2024-cü il tarixdə saat 17:00-da qəbul edilsə də, barəsində heç bir inzibati xəta haqqında protokol tərtib olunmamışdır. Bu hadisədən 2 gün sonra xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki qanunverciliyə görə inzibati xəta aşkar olunduğu vaxtdan 2 gün ərzində inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Onun barəsində isə 48 saat 20 dəqiqə sonra inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun avtomobilini 2 gün müvəqqəti duracaqda saxlamış, 2 gün sonra özümə qaytarmış və protokol tərtib olunacağını bildirmişlər. O, maşını sürüb Sumqayıt şəhərində çatanda, mobil nömrəsinə inzibati xəta haqqında protokol tərtib olunması ilə bağlı SMS bildiriş gəlmişdir. Ona görə də, məhkəmədən barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X5 izahatında bildirmişdir ki, X7 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar əsaslıdır. Odur ki, X4 şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” aktın surətindən görünür ki, **-EU-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı avtomobil duracağa yerləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(001)-4987/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 göndərilmişdir. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə X1 rayonu ərazisində “Toyota” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən "X10” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin tələbinə zidd olaraq yük daşıma qaydalarını pozduğu üçün Binəqədi rayon Polis idarəsi X14 X12 Xidməti inspektoru polis serjantı Arif Qurbanov tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə X7 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarını izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X7 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə X4 müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(001)-4987/2023 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X13 göndərilmiş, lakin inzibati xəta haqqında işə baxılarkən şikayət vermiş X4 iştirakı təmin edilmədən, xx.xx.2023-cü il tarixli, İXP ******* protokol əsasında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X7 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar