Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3888/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə İXM-nin 469.3 və İXM-nin 327.1-ci maddəsi üzrə İXP № ******* saylı protokolla barəsində hər iki maddə üzrə 50 AZN məbləğində cərimə tətbiq olunmuşdur. Daha sonra həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, ******* nömrəli, TP ******* saylı intizabi tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Həmin qərarı məhkəmədə mübahisələndirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il, 3(001)-6290/2024 saylı qərarı ilə şikayətinin qismən təmin edilməsi, Binəqədi Rayon Dövlət X7 inzibati tənbeh vermə haqqında 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X8 göndərilməsi qərara alınmışdır. Lakin yenidən araşdırma aparan Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 yenidən əleyhinə xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar qəbul etmişdir, xx.xx.2025-ci il tarixli, 3-13-46/2-7-1951 saylı məktubunda Binəqədi Rayon Polis İdarəsi qeyd etmişdir ki, “xx.xx.2024-cü il tarixdə barənizdə yenidən qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-niıı 327.1 yə 469.3-cü maddələri ilə təqsirli bilinmisiniz, qeyd olunan qərarın surəti Sizə göndərilməsi təmin edilmişdir. Lakin həmin qərarın surətini bu günədək ala bilməmişdir. Həm 102 xidmətinə zəngləri, həm də rəsmi şəkildə məktubları olsa da 2-ci qərarın surətini bu günədək ona verməkdən imtina etmişlər. Yeni qəbul edilmiş qərar da, birinci qərar kimi tamamilə qanunsuz və əsassızdır. Belə ki, İXM-nin 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Eyni zamanda həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icbari sığorta gəldiyi zaman səs eşitmiş, görmüşdür ki, həmin maşınla toqquşmuşdur. Fotoşəkillərdən də görünür ki, ** OS *** dövlət qeydiyyat nişanlı, ‘'LEXUS ES300” markalı avtomobil o gəldiyi istiqamətə çıxmış vəziyyətdə qəza yerində əyri dayanıb, onun avtomobili isə düz dayanmışdır. Buradan da müəyyən olunur ki, o avtomobilinin arxasını arxa-arxaya verərək gəldiyi istiqamətə çıxardıb daha sonra irəli hərəkət etmək istəmişdir. Lakin ehtiyatsızlıq edərək onun avtomobilinə toxunmuşdur. Öz izahatında isə bildirmişdir ki, guya o arxa-arxaya verməmişdir. Buradan sual mevdana çıxır ki, o zaman o necə arxa-arxaya verib dayanıb? Belə çıxır ki, əsas yolu kəsib? Maşının arxasını yola verib əsas gediş-gəliş yolunda saxlamaqda məqsəd nə idi? Maşını kim əyri vəziyyətdə çıxarıb əsas yolda saxlayır? Bütün izahatı yalandır. O yox, qarşı tərəf onun yoluna çıxmışdır. O, əmin olmamışdır ki, onun yolu boşdur. Bundan əlavə izahatında qevd etmişdir ki, guya siqnal vermişdir. Qarajda olan mühafizəçi də yaxınlaşaraq bildirmişdir ki, siqnal səsi eşitməmişdir. Siqnal qarajda yüksək “exo” (əks-səda) verir. Siqnal verilsəydi bundan qarajda olanların xəbəri olardı. Bundan başqa Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il, 3(001)-6290/2024 saylı qərarına da hörmətsizlik etmişlər. Belə ki, məhkəmə qəbul etdiyi qərarda qeyd etmişdir ki, “beləliklə təsvir olunanlardan görünür ki, 10LN101 dövlət qeydiyyat nişanlı “X10 minik” markalı avtomobilin istifadəçisinin həmin avtomobillə bağlı mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə EQ 23579244 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 50 manat cərimə edilmiş, bundan sonra, yəni xx.xx.2024-cü ildə ** LN *** dövlət qeydiyyat nişanlı “X10 minik” markalı avtomobillə bağlı "xxxx" ASC ilə icbari sığorta müqaviləsi bağlamışdır. Bununla belə X4 barəsind eyni fakt üzrə inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin Qeydinə görə şəxs bu maddədə nəzərdə sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olduqda, 20 gün ərzində həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, belə olan halda aydın olur ki, X3 eyni fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni olmamışdır. Bundan başqa, İXM-in 327.1 -ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz olduğundan ona təyin edilmiş cərimənin miqdarı da yenidən nəzərdən keçirilməli və bunun üçün əsaslar olduqda o müvafiq maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Bu məqamda məhkəmə həmçinin qeyd edir ki, X3 xx.xx.2024-cü ildə saat 12:30-da C.Xəndan dalanda ** LN *** dövlət qeydiyyat nişanlı “X10 minik” markalı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğu kifayətedici şəkildə sübut edilmir. İşə yenidən baxılarkən hər iki tərəfin iştirakı ilə sübutlar yenidən tədqiq edilməli, hadisədə təqsirli olan şəxs sübutlar əsasında müəyyən edilməlidir. Lakin məhkəmənin bu göstərişinə də riayət olunmamış, hər iki tərəfin iştirakı ilə sübutlar tədqiq olunmamışdır, əsl təqsirkar müəyyən olunmamışdır. Şikayət vermiş şəxs X4 məhkəməyə eyni zamanda ərizə ilə müraciət edərək inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs və qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə iclasının qərarından şikayətçi və şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, AR İXM-nin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 6290/2024 nömrəli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, Binəqədi rayon DYPŞ-nin inzibati tenbeh vermə haqqında 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi rayon Dövlət X8 göndərilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən ”Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, baş vermiş hadisədə onun təqsirinin olmamasını və barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu göstərmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə şikayətçi tərəfindən verilmiş eyni şikayət təmin olunmuş, yenidən araşdırılması üçün Binəqədi rayon Polis İdarəsi DYPŞ-nə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsi DYPŞ məhkəmənin qərarında qeyd olunmuş xüsusatları nəzərə alınmadan, tərəflərin iştirakını təmin edərək, kifayət qədər araşdırma aparmadan yenidən eyni qərarı qəbul etmişdir. Belə ki, qəbul olunmuş inzibati xəta haqqında qərar kifayət qədər sübutlar toplanılmadan və yenidən araşdırılmadan qəbul olunmuşdur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 28 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3888/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3888/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver