Məhkəmə qərarları › İş №3(001)-3889/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3889/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3889/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon Dövlət X6 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Dövlət X6 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 14:00 radələrində idarə etdiyi “Mercedes” markalı “**-MD-***” d.q.n nişalı avtomobillə “Dərnəgül” prospektində işıqforun qırmızı işığında dayanmış və yaşıl işıq yandıqdan sonra yolayrıcına daxil olaraq sola dönmə işığı yandıraraq qarşıdan gələn avtomobillərə yol verdikdən sonra sola “Azadlıq” prospektinə dönüb irəliləmişdir. 20 metr sonra körpünün altında dayanmış DYP əməkdaşı “saxla” əmri verərək, onu körpünün altında saxlatmış və qayda pozduğunu bildirmişdir. Hansı ki, körpülərin və estakadaların altında zolaqların sayından asılı olmayaraq dayanmaq görünüşün məhdud olması və digər təhlükəsizlik səbəbli (tikinti qurğusunun uçma ehtimalı, terror və s.) qadağan edilir və polis əməkdaşı onu körpünün altında saxla əmri verərək saxlatmışdır. Bunun özü qayda pozuntusudur və qaydanın pozulmasına məcbur edən şəxs isə DYP xidmətinin əməkdaşlarıdır. X8 əməkdaşının adı Seyid, yaxa nömrəsi 410, idarə etdiyi avtomobil “Kia Sportage” markalı d.q.n nişanı “**-YP-***”-dır. O, ilk öncə yol nişanın tələbini pozduğunu bildirmiş, yol nişanının oxunaqlı yerdə olmadığı və ağacın arxasında olduğunu, həmçinin yerdə nişanlanma xətlərinin oxunmadığını bildirdiyi üçün, yeni bəhanə taparaq işıqforun tələbini pozduğunu bildirmiş və “yoluna qoyaq” demişdir. Sonra öz avtomobilinə dəvət etmişdir. O, heç bir təkliflə razılaşmamış, qayda pozmadığını bildirmişdir. X8 əməkdaşı Seyid protokol tərtib edəcəyini bildirmiş, o isə “tərtib et, amma qərarsız qeyd et“ protokoldan şikayət edəcəyini bildirdiyi halda birbaşa qərarlı protokol tərtib edərək, saat 14:33-də sistemə daxil etmişdir. Sistemə protokolu polis serjantı X2 daxil etmişdir. Hansı ki, həmin polis əməkdaşı ona heç bir izah verməmiş və xəbərdarlıq etməmişdir. İşıqforun içərisində oxlarla göstərilmiş işarə “Yol hərəkəti qaydaları”nın 65-ci maddəsinin 4.1.1 və 4.1.4 işarələrinin tələbləri ilə eynidir və birinci yol kəsişməsində qüvvəsindədir. Dərnəgül pr.-dən Azadlıq pr.-nə dönərkən həmin hissədə ayırıcı zolaq var və o həmin yolayrıcında ikinci hərəkət hissəsinə daxil olmuşdur. Bu isə qayda pozmadığını və DYP əməkdaşının əsassız olaraq ona cərimə yazdığını göstərir. Bununla bağlı 27 aprel 2024-cü ildə Daxili İşlər Nazirliyinə məktub ünvanlamış, lakin 3 iyun 2024-cü ilədək işinə baxılmamış və ona heç bir məlumat verilməmişdir. İşinə baxılmadığı üçün yenidən 3 iyun 2024-cü ildə Daxili İşlər Nazirliyinə məktub ünvanlamış və həmin gün qaynar xəttə müraciət etmişdir. Qaynar xəttin əməkdaşı müraciət daxil olmadığını bildirmiş, müraciət tarixlərini bildirdikdən sonra qaynar xəttin əməkdaşı müraciətin daxil olduğunu təsdiqləmişdir. Bir neçə dəqiqə sonra AR Baş Polis idarəsinin məsul şəxsi onunla əlaqə saxlamış və işinə baxıldığını bildirmişdir. Heç bir əsas və əyani sübut təqdim edilmədən DYP əməkdaşının uyğunsuz qərarı araşdırılmadan və əsaslandırılmadan işi bağlanmışdır. Həmin ərazidə “TŞ 8 003” kamera var və ən azından belə qayda pozuntusu aşkar edilərək, video və foto şəkillərlə sübuta yetirilməli idi. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Bakı şəhəri Binəqədi RPİ DYPŞ-in nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı şəhəri Binəqədi RPİ DYPŞ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ-in Yol patrul xidməti inspektoru polis serjantı X2 “Mercedes” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:33-də Baksol Azadlıq yolu ünvanda svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə görə İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin təsvir edilmiş hallarından göründüyü kimi X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, buna görə Bakı şəhəri Binəqədi rayon DYPŞ-in Yol patrul xidməti inspektoru polis serjantı X2 inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olsa da, xx.xx.2024cü ildə həmin işə özü yerində baxmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbini pozmuşdur. Çünki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmasını qanun qadağan edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 135.1.5-2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon X6 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında baxılmaq üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi rayon X6 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı (X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə 80 manat cərimə edilməsi barədə) ləğv edilsin, inzibati xəta haqqında iş baxılmaq üçün yuxarı səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi rayon X7 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar