Məhkəmə qərarları › İş №3(001)-3891/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3891/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3891/2024 25.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Ramazanova Gözəl Şamil qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20777243 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20777243 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, EQ 20777243 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsilə 200 manat cərimə edilmişdir. Lakin onun etibarnamə əsasında idarə etdiyi “Fiat Doblo” markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanı qarşısından 26 aprel 2024-cü il tarixdə gecə saatlarında qaçırıldığından o, həmin gün DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə bu barədə məlumat vermişdir. Bundan sonra ona Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən etibarnamə əsasında idarə etdiyi “Fiat Doblo” markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı araşdırma aparılması haqqında məlumat verilmişdir. 08 may 2024-cü il tarixdə həmin hadisə üzrə cinayət işi başlanılmış və həmin iş üzrə hazırda zərərçəkən şəxsdir. Bu vəziyyətdə onun barəsində inzibati tənbeh tətbiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli, EQ 20777243 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20777243 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsilə 200 manat cərimə edilmişdir. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli HV-1/1128 saylı məktubundan görünür ki, X1 etibarnamə əsasında idarə etdiyi “Fiat Doblo” markalı **-ZZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması faktı öz təsdiqini tapdığından, həmin faktla bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində araşdırma aparılmışdır. Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 01:50 radələrində ünvan 1 ünvanı qarşısında dayanan X2 məxsus “Fiat Doblo” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq qaçırmış və həmin gün təxminən saat 02:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu Xocəsən metrostansiyası yaxınlığında yol nəqliyyat hadisəsi törədib avtomobili yararsız hala salaraq zərəçəkmiş şəxs X2 xeyli miqdarda maddi ziyan vurmuşdur. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, X1 etibarnamə əsasında idarə etdiyi “Fiat Doblo” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saat 01:50 radələrində ünvan 1 ünvanı qarşısından X3 tərəfindən qaçırılmışdır. Qeyd olunan avtomobili idarə edərək yol hərəkəti qaydalarının pozulması ilə bağlı isə nəqliyyat vasitəsini idarə etməyən X1 adına inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Belə olan halda aydın olur ki, “Fiat Doblo” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyən X1 yol hərəkəti qaydalarını pozub inzibati xəta törətməsi də mümkünsüzdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20777243 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, EQ 20777243 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar