Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3893/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-ci il tarixdə İmişli rayonu Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxsoğlunun İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1733/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilmiş və 360.720 (üç yüz altmış min yeddi yüz iyirmi) manat mələğində pul cavabdeh Şəxs qızından tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi və cavabdeh Şəxs 650(altı yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi əsasında xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. İcra sənədi üzrə borclu tərəfindən 360.720 manat borcundan ümumilikdə 11200 manat məbləğində ödəniş edilmiş, 349.520 manat məbləğində borc qalmaqdadır. X2 icra sənədi üzrə borcunu ödəməkdən yayınmış və borcunu qərəzli olaraq ödəməmişdir. X5 icra sənədinin icrasından yayındığını nəzərə alaraq, onun AR İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, hissə-hissə ödəniş etməyə çalışır, bu istiqamətdə addımlar atır və bugünədək borcundan 11.200 manat ödəmişdir. Odur ki, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə çıxış edərək bildirmişdir ki, alqı-satqı borclunun həyat yoldaşı tərəfindən həyata keçirilib. Borclu borcunu hissə-hissə ödəyəcəyinə dair vəd verir və ödənişdən yayınmır. İcra sənədi üzrsüz səbəbdən və ya qərəzli olaraq icra edilməmiş vəziyyətdə qalmamaqdadır. Odur ki, Şəxs evli olmasını və səhhətində xəstəliyinin olmasını nəzərə alaraq, məhkəmədən onun barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, borclu icra sənədini uzun müddətdir ki,icra etmir və icrasından yayınır.Odur ki, məhkəmədən borclu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1733/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilmiş və 360.720 (üç yüz altmış min yeddi yüz iyirmi) manat mələğində pul cavabdeh Şəxs qızından tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi və cavabdeh Şəxs 650(altı yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirşdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. Mədaxil qəbzlərinin surətlərindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs məxsus kart hesabına ümumilikdə 11200 manat məbləğində ödəniş edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-989/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmə hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-254/202 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 1733/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası zamanı borclu Şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulması Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 1733/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası zamanı borclu Şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulması Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-32/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1733/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilmiş və 360.720 (üç yüz altmış min yeddi yüz iyirmi) manat mələğində pul cavabdeh Şəxs qızından tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi və cavabdeh Şəxs 650(altı yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə bugünədək cəmi 11200 manat ödəniş etmişdir və hazırda 349520 (üç yüz qırx doqquz min beş yüz iyirmi) manat məbləğində borcu yığılmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-254/202 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3893/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3893/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver