Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3896/2024 01.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, kondisioner ustası işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Məlikov adına xəstəxananın yaxınlığında Binəqədi RPİ-in DYPŞ-in YPX inspektoru polis serjantı R.Həsənovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən X6 barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə rəisi, polis mayoru X7 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə rəisi, polis mayoru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, X2 tanışı İsmayıl Şükürlü xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Məlikov adına xəstəxananın yaxınlığında idarə etdiyi VAZ 2107 markalı 01CE787 dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydasını pozduğu üçün Binəqədi RPİ-in DYPŞ-in YPX inspektoru polis serjantı R.Həsənov tərəfindən dayandırılmışdır. İnspektor sürücü İ.Şükürlüyə qayda pozuntusu barədə izah verərkən kənarda özlərini İ.Şükürlünün dostları kimi təqdim edən bir neçə nəfər şəxs, o cümlədən X6 yaxınlaşaraq birlikdə inspektor R.Həsənova xidməti fəaliyyətini həyata keçirməyə mane olmuşlar. X6 qeyd olunan şəxslərlə birlikdə inspektor R.Həsənovla mübahisə etməyə başlamış, yüksək səslə danışıqları ilə intizamsızlıq göstərmişdir. İnspektor R.X1 intizama dəvət etsə də, o polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məcburiyyət qarşısında qalan inspektor R.Həsənov əraziyə Binəqədi RPİ-in PPXB-dən kömək çağırmışdır. Dərhal həmin yerə gəlmiş Binəqədi RPİ-in PPXB-in polis nəfərləri X3 və onunla bərabər intizamsızlıq edən şəxsləri 4-cü PŞ-yə gətirmişlər. Sonra bu barədə raport tərtib edərək həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, kondisioner ustası işləyir. xx.xx.2024-cü ildə günorta vaxtı tanışları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Məlikov adına xəstəxananın yaxınlığında yerləşən kafedə əyləşib yemək yemişlər. Bu zaman səs gücləndirici vasitəsilə YPX inspektoru tanışı İsmayıl Şükürlüyə məxsus avtomobilin sürücüsünü çağırmışdır. Çağırışa əsasən İsmayıl Şükürlü kafenin yanında park etdiyi VAZ 2107 markalı 01CE787 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. YPX inspektoru ona avtomobili idarə edərkən manevr etmə qaydasını pozduğunu bildirdikdən sonra buna dair sübut, yəni videogörüntünün ona nümayiş etdirilməsini tələb etmişdir. Buna görə onunla inspektor arasında mübahisə yaranmışdır. Bu səbəbdən kafedə onunla birlikdə yemək yemək üçün əyləşmiş tanışları onlara yaxınlaşmışlar. Onlar da inspektorla danışmaq istəmiş, bu inspektorun xoşuna gəlməmiş və bu səbəbdən ora post patrul çağırılmışdır. Polis nəfərləri gəldikdən sonra onları birlikdə 4-cü PŞ-yə dəvət etmişlər. Heç bir etiraz bildirmədən 4-cü PŞ-yə gəlmişlər. Sonra barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in YPX inspektoru polis serjantı R.Həsənov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, İsmayıl Şükürlü xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Məlikov adına xəstəxananın yaxınlığında idarə etdiyi VAZ 2107 markalı 01CE787 dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydasını pozduğu üçün dayandırılmışdır. Sürücü İ.Şükürlüyə qayda pozuntusu barədə izah verərkən kənarda özlərini İ.Şükürlünün dostları kimi təqdim edən bir neçə nəfər şəxs, o cümlədən X6 yaxınlaşaraq birlikdə ona xidməti fəaliyyətini həyata keçirməyə mane olmuşlar. X6 qeyd olunan şəxslərlə birlikdə onunla mübahisə etməyə başlamış, yüksək səslə danışıqları ilə intizamsızlıq göstərmişdir. X3 intizama dəvət etsə də, o polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məcburiyyət qarşısında qalaraq əraziyə Binəqədi RPİ-in PPXB-in əməkdaşlarını çağırmışdır. Binəqədi RPİ-in PPXB-in polis nəfərləri X3 və onunla bərabər intizamsızlıq edən şəxsləri 4-cü PŞ-yə gətirmişlər. Bu barədə raport tərtib edərək həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi RPİ-in PPXB-in polis nəfərləri E.Nəsirzadə və D.Salahlı tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Məlikov adına xəstəxananın yaxınlığında Binəqədi RPİ-in DYPŞ-in YPX inspektoru polis serjantı R.Həsənovun qanuni tələblərinə qəsdən tabe olmadığı, bir neçə şəxs halında yüksək səslə intizamsızlıq göstərdiyi üçün əraziyə çağırılmışlar.Əraziyə gəldikdən sonra X3 və onunla birlikdə olan 2 nəfər şəxsi Binəqədi RPİ-in 4-cü PŞ-yə gətirmişlər. xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi qismən özünün izahatı ilə yanaşı, Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in YPX inspektoru polis serjantı R.Həsənov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli raportla və Bakı şəhəri Binəqədi RPİ-in PPXB-in polis nəfərləri E.Nəsirzadə və D.Salahlı tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli raportla, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə X4 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə X2 ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə X2 məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə X2 ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3896/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3896/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver