Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3904/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «Dayanıqlı və X3 Agentliyi» X4 nümayəndəsi X1 iştirakı ilə, «Dayanıqlı və X3 Agentliyi» X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən «Dayanıqlı və X3 Agentliyi» X6 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan «Renault Dokker minik» markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (xx.xx.2023-cü il, saat 12:41) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bu barədə xx.xx.2023-cü il tarixli sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi rayon X8 Şöbəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Binəqədi rayon X8 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında «Dayanıqlı və X3 Agentliyi» X4 nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq bildirmişdir ki, protokolu tərtib edən səlahiyyətli orqan tərəfindən həmin protokolun surəti DOST Agentliyinə təqdim edilməmişdir. Həmçinin, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin - DOST Agentliyinin nümayəndəsinin iştirakı təmin edilməmiş (məlumat verilməmiş, dəvət olunmamış), beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə müvafiq hüquq və vəzifələrinin izah edilməsi, izahatının alınması, habelə protokolun imza üçün təqdim edilməsi prosesləri həyata keçirilməmiş, protokolda hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin izahatının alınması barədə heç bir qeyd daxil edilməmişdir. Bununlada İXM-in 100-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, yol hərəkəti qaydaları əleyhinə olan müvafiq inzibati xəta törədilən ** PE *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi BB235264 seriya nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 4 saylı Bakı DOST Mərkəzinə məxsusdur. Binəqədi Rayon Polis İdarəsi DYPŞ-in xx.xx.2023-cü il tarixdə həmin Mərkəzə daxil olmuş 3-17-7/1-31185/2023 nömrəli sorğu məktubundan məlum olmuşdur ki, Mərkəzə məxsus **-PE-*** dövlət qeydiyyat nişanlı RENAULT DOKKER MİNİK markalı avtomobili idarə edən şəxs Sabunçu-Zabrat-Kürdəxanı yolunun Zabrat istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 12km/saat həddində aşmış və törədilmiş inzibati xətaya görə İXM-in 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məktubla Mərkəzdən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs haqqında məlumatın verilməsi xahiş edilmişdir.Qeyd edilən məktuba Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-7/2-29055/2023 nömrəli cavab məktubu hazırlanaraq qanunvericiliklə müəyyən olunmuş müddət (5 gün) ötürülmədən xx.xx.2023-cü il tarixdə 6 saylı Poçt filialının 108 saylı Poçt şöbəsi vasitəsilə göndərilmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in DYP WEB portalından çıxarışdan görünür ki, «4 saylı Bakı Dost Mərkəzi» X4 mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı RENAULT DOKKER MİNİK markalı avtomobilin sürücüsü xx.xx.2023cü il, saat 12:41-də Sabunçu-Zabrat-Kürdaxanı yolu ünvanda hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bildirişdən və onun ünvan sahibinə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilməsini təsdiq edən qəbzdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi «4 saylı Bakı Dost Mərkəzi» X7 müraciət edərək, mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı RENAULT DOKKER MİNİK markalı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. «4 saylı Bakı Dost Mərkəzi» X4 xx.xx.2023-cü il tarixli 3-17-7/2-29055/2023 nömrəli cavab məktubundan görünür ki, Mərkəz Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə rəsmi qaydada məktub göndərərək, həmin Mərkəzə məxsus olan **-PE-*** dövlət qeydiyyat nişanlı RENAULT DOKKER MİNİK markalı nəqliyyat vasitəsini idarə edən sürücü haqqında məlumatı təqdim etmişdir. Həmin məktub xx.xx.2023-cü il tarixdə 6 saylı Poçt filialının 108 saylı Poçt şöbəsi vasitəsilə göndərilmişdir. Belə olan halda aydın olur ki, «4 saylı Bakı Dost Mərkəzi» X6 mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatı vaxtında təqdim etdiyindən inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs «Dayanıqlı və X3 Agentliyi» X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «Dayanıqlı və X3 Agentliyi» X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3904/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3904/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver